Rusiya və İran "S-300” zenit-raket komplekslərinin satışı ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq üçün danışıqları bərpa edəcək. APA-nın "Jane’s” (Jane’s İnformation Group) nəşrinə istinadən verdiyi məlumata görə, İran Müdafiə Nazirliyindən bildirilib ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqunun İrana səfəri zamanı razılıq əldə edilib. Danışıqların detalları bəlli deyil.
"Kommersant” qəzeti isə danışıqların qapalı keçirildiyini və konkret razılığın əldə olunmadığını yazıb. Qəzetin mənbələri problemin həlli üçün bir neçə ilə ehtiyac olduğunu bildiriblər.