1915-ci il hadisələrinin vurğulanması Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına mane olur. Trend-in çərşənbə günü Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan edib.
Baş nazirin sözlərinə görə, Ankara İrəvanla münasibətlərin normallaşacağına ümid edir, lakin Ermənistan həmin hadisələrlə bağlı öz stereotiplərini dağıtmalıdır.
Davudoğlu qeyd edib ki, türklər və ermənilər ümumi problemləri yalnız birgə həll edə bilərlər.