ABŞ-ın keçmiş müdafiə naziri və CIA-nın keçmiş başçısı Leon Panetta son vaxtlar Avropanı silkələyən terror təşkilatlarının yeni hədəfinin ABŞ olduğunu bildirib.
Baki-xeber.com xəbər verir ki, Leon Panettanın fikrincə, son vaxtlar müşahidə edilən hadisələr yalnız Avropa ilə məhdudlaşmayacaq: «'Paris, Ottava və Belçikada yaşananların ardından terrorçuların artıq daha təcavüzkar bir şəkildə hərəkət etməyə başladıqlarını görmək məcburiyyətindəyik. Onlar zorakılıq ehtiva edən hərəkət planlarını həyata keçirmək üçün daha çox çalışırlar. Bu hərəkətlərin yalnız Avropa ilə məhdud qalmayacağı qənaətindəyəm. Bu terror təşkilatlarının ABŞ-ı vurmaları artıq an məsələsidir».