Bazar günü günü, 29 noyabr 2026
     

“Qorbaçov Bakıya qoşun yeridilməsi əmrini bilərəkdən şifahi vermişdi ki, sonra məsuliyyətdən boyun qaçıra bilsin” - MÜSAHİBƏ

Image


Rusiyanın tanınmış yazıçı-publisisti, "Zavtra” qəzetinin baş redaktoru, "İzborskiy” klubun sədri Aleksandr Proxanovun APA-nın Moskva müxbirinə müsahibəsi

- Bəzi qüvvələr Qarabağ hadisələrinin Sumqayıt hadisələrindən başlandığını iddia edir. Siz yeganə qeyri-azərbaycanlı mütəxəssissiniz ki, ilk dəfə Qarabağ hadisələrinin Sumqayıtdan deyil, məhz Qafandan başlandığını qeyd edirsiniz. Bunun səbəbi nədir?

- Mən hadisələrin canlı şahidi kimi həqiqəti deməyə borcluyam. Bütün bunları şəxsi təcrübəmdən deyirəm. Hadisələr başlayan zaman mən Ermənistanın Qafan rayonunda oldum. Həmin vaxt Qafanda yaşayan azərbaycanlılar ermənilər tərəfindən məcburən ata-baba yurdlarından çıxarılırdılar. Baxmayaraq ki, Azərbaycan da, Ermənistan da mənim üçün doğmadır, lakin mən həqiqəti deməliyəm. Qafandan azərbaycanlıların çıxarılması uzun illər yığılıb qalan Ermənistanla Azərbaycan arasında ziddiyyətlərin, Dağlıq Qarabağ konfliktinin alovlanması üçün ilk təkan oldu. Fikrimcə, SSRİ rəhbərliyi, başda Mixail Qorbaçov olmaqla bu ziddiyyətin alovlanmasının qarşısını ala bilərdi. Azərbaycanlıların Ermənistandan məcburən çıxarılmasının, qışın soyuğunda küçələrə atılmasının qarşısını almaq üçün Qorbaçov dərhal tədbir görməli idi. Lakin bilərəkdən və qəsdən bunun qarşısı alınmadı. Ermənilərə güclü dəstək verildi. Və nəhayət Ermənistandan-Qafandan didərgin düşən və intiqam hissi ilə alışıb yanan azərbaycanlılar Sumqayıta yerləşdirildilər. Haqsızlığa uğramış Qafan azərbaycanlıları ermənilərə nifrət bəsləyirdilər. Sumqayıt hadisələrinin baş verməsinin səbəbi əsasən bu intiqam hissi ilə bağlı idi. Sumqayıt isə o zaman sənaye şəhəri idi. Bu şəhərdə əsasən gəlmələr yaşayırdı. Qafandan məcburi çıxarılan azərbaycanlılar planlaşdırılmış şəkildə Sumqayıta yerləşdirildilər və gözlənilmədən Sumqayıtda anti-erməni dalğası qopdu. Bütün bunlar qabaqcadan hazırlanmış ssenarinin tərkib hissəsi idi. Əslində, indi kimin müharibəni başladığı önəmli deyil. Ermənistan-Azərbaycan konflikti də yeni deyil. Bu konfliktin kökü var. Lakin Sovet hökuməti uzun müddət bu konflikti boğub saxlaya bilmişdi. Sovetlər İttifaqının son illərində, yenidənqurma dövründə isə həmin konflikt müəyyən qüvvələrin köməyi ilə yenidən qızışdırıldı və bu Sovetlər İttifaqının süqutuna böyük zəmin yaratdı. Mən yenidənqurma dövründə, 1987-ci ildə Naxçıvanda oldum. O zaman Azərbaycanla İran arasında olan sərhədi gördüm və dəhşətə gəldim. Sərhədin o zaman dövlət üçün nə qədər müqəddəs olduğunu hamı bilirdi. Lakin Naxçıvanda bu əksinə idi. Azərbaycanla İran arasında sərhəd deyilən bir şey qalmamışdı. Bütün sərhəd məntəqələri dağıdılmışdı. Mənə orda dedilər ki, Naxçıvanda İranla sərhəd dağıdılan zaman bütün bunları müşahidə edən Sovet hərbi qulluqçusunun qorxudan ürəyi partlayıb ölmüşdü. Çünki gənc rus zabit, sərhədçi üçün sərhəd müqəddəs idi və o indiyə kimi belə halla qarşılaşmamışdı. Hesab edirəm ki, Azərbaycan-Ermənistan konfliktinin başlanmasında birbaşa günahkar mərkəzi hökumət idi. Günahı tərəflərin üstünə atmaq bir az çətin məsələdir. Qafanda hadisələr başlayan zaman gərək Qorbaçov bunun qarşısını alaydı. O, Qafandakı böhranı vaxtında boğsaydı, bu hadisələr bəlkə də baş verməzdi. Qorbaçov Qarabağda erməni separatizminin qarşısını almaq əvəzinə, ermənilərin bu vəziyyətdən sui-istifadə etməsinə şərait yaratdı.

- Sumqayıt hadisələrini törədən dəstənin başçıların biri erməni Qriqoryan idi. Bu faktın özü ermənilərin bu işdə əlinin olduğunu sübut etmirmi?

- Qorbaçovun həyata keçirdiyi siyasətin özü xarici qüvvələrin siyasətinin tərkib hissəsi idi. Yenidənqurma Sovetlər İttifaqının dağıtmaq üçün qurulan xüsusi əməliyyatın əsasını təşkil edirdi. Təbii ki, bu işdə xarici qüvvələrin rolu böyük idi. Erməni daşnaklarının və ya xarici qüvvələr tərəfindən idarə olunan digər təşkilatların bu işdə rolunun olması aydındır. Millətlərarası konfliktləri qızışdırmaq da beynəlxalq subyektlərin planına daxil idi. Eyni ilə xalq cəbhələrinin yaradılması da beynəlxalq subyektlərin planın tərkib hissəsini təşkil edirdi. Xalq cəbhələri çoxmillətli Sovetlər İttifaqında eyni sxemlər üzərində yaradılmışdı. Azərbaycanda, Gürcüstanda və Baltikyanı ölkələrində xalq cəbhələrinin yaradılması eyni mərkəzin işi idi. Xalq cəbhələrinin yaranmasında "KQB”-nin birbaşa iştirakı vardı. Bununla "KQB” Sovetlər İttifaqının dağılmasında iştirak edirdi. Bu iş "KQB”-yə sızan xarici kəşfiyyatın nümayəndələri tərəfindən aparılırdı.

- 1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının ikinci katibi vəzifəsində çalışan Viktor Polyaniçko yaxın dostunuz olub. Qarabağ hadisələrinin əsas şahidlərindən biri də o idi. Polyaniçko Sizinlə Qarabağ hadisələri ilə bağlı hansısa sirri bölüşübmü?

- Mən onunla Əfqanıstanda tanış olmuşam. Polyaniçko o zaman Əfqanıstanda işləyirdi. Daha sonra onu Azərbaycana göndərdilər. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi vəzifəsində çalışan Polyaniçko birinci katib Ayaz Mütəllibovun yaxın adamı idi. Məhz Ayaz Mütəllibov onu Qarabağda müharibə zonasına göndərmişdi. Əlbəttə ki, o, Azərbaycanın haqlı mövqeyini müdafiə edirdi. Polyaniçko haqqında çox danışmaq olar. O, Azərbaycan uğrunda mübarizə aparırdı. Ona etimad edilən vəzifəni canla-başla yerinə yetirməyə çalışırdı.

- Onun ölümü də sirr oldu...

- Bəli, onu Vladiqafqazda öldürdülər. Polyaniçkonu ora Viktor Çernomırdin göndərmişdi. Onun Çernomırdinlə yaxşı münasibətləri vardı. Polyaniçko Vladiqafqazda xüsusi nümayəndə idi. Geniş səlahiyyətləri vardı. Məncə, onun ölümü silah mafiyasının işi idi. O, silah qaçaqmalçılığının üstünü açmışdı, silah alveri ilə məşğul olan kuryeri həbs etmişdi. Ona görə də Polyaniçkonu aradan götürdülər.

- 1990-cı ilin 20 yanvarında Bakıda baş verən hadisələri necə xatırlayırsınız?

- 20 yanvar hadisələri ilə Sovetlər İttifaqı Azərbaycanı birdəfəlik itirmiş oldu. Həmin dövrdə xalq cəbhələri çox güclü idi. Eyni proseslər həm Gürcüstanda, həm də Baltikyanı ölkələrdə gedirdi. Qorbaçov Bakıya danışıqlara Yevgeni Primakovu, Tiflisə isə İqor Radionovu göndərmişdi. Primakov xalq cəbhəsi ilə danışıqlar aparmaq üçün Bakıya getmişdi. Primakovun missiyası xalq cəbhəsini öz yolundan döndərmək olsa da, o, buna nail ola bilmədi. Danışıqlar uğursuz nəticələndi. Çünki Primakovun həmin dövrdə hakimiyyətdə elə bir nüfuzu yox idi. Bundan sonra isə Qorbaçov Bakıya qoşun yeridilməsi ilə bağlı əmr verdi. Təbii ki, bu əmr şifahi verilmişdi. Yazılı deyil, məhz şifahi əmr vermək təcrübəsi şəxsən Qorbaçovun ideyası idi. O, Bakıya qoşun yeridilməsi əmrini bilərəkdən şifahi vermişdi ki, sonradan məsuliyyətdən boyun qaçıra bilsin. Ona görə də, sonradan Qorbaçov verdiyi əmr dandı, dedi ki, guya hərbi rəhbərlik özü bu əmri verib. Bu, Qorbaçovun məkrli və hiyləgər taktikası idi. Bu taktika ilə məsuliyyətdən yayınmaq istəyirdi. Bakıya daxil olan qoşunların tərkibində mənim yaxın dostum Vladislav Oçalov da vardı. O, böyük bir qrupun rəhbəri idi. Onun dediklərinə görə, Bakıya daxil olanda snayperlərdən onlara atəş açılıb. Bunlar da cavab atəşi veriblər. Təbii ki, cavab atəşi snayperlərin atəşindən çox güclü olub. Tanklardan atəş açıblar. Nəticədə çoxsaylı dinc azərbaycanlı həlak olub. Bütün bu hadisələr xalqın səbrini daşırdı və müstəqilliyə aparan yolda böyük bir addım atıldı. Sovet qoşunları isə geri qayıtdı. Qoşunlar geri qayıdanda biz başa düşdük ki, Sovetlər İttifaqı Azərbaycanı artıq itirib. 20 yanvar hadisələri ilə bağlı da Moskva mətbuatı düzgün informasiya yaymırdı. Qorbaçovun nəzarətində olan KİV-də Bakıda erməni qırğının baş verdiyi yazılırdı. O zaman Moskvada yaşayan azərbaycanlılar izdihamlı mitinq keçirmişdilər. Onlar informasiya izolyasiyasını qırmağa çalışırdılar. İstəyirdilər ki, Sovet ictimaiyyəti əslində Bakıda baş verənlərdən xəbərdar olsun.

- Müsahibələriniz birində bildirirsiniz ki, bir vaxtlar Sovetlər İttifaqını dağıdan güclər, indi də Rusiyanı parçalamağı planlaşdırır. Sovetlər İttifaqını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini qızışdıraraq dağıtdılar. Bəs müasir Rusiyanı parçalamaq planı haradan başlayıb?

- Sovetlər İttifaqının dağılması ilk "narıncı inqilab” nəticəsində baş verdi. 80-lərin sonu, 90-ların əvvəli Sovetlər İttifaqında əslində "narıncı inqilab” baş verirdi. Yenidənqurmanın başlaması ilə QKÇP hadisələrinə qədərki dövr ilk "narıncı inqilab”ın son mərhələsi idi. Bu "soyuq müharibə”də millətlərarası münaqişələr əhəmiyyətli rol oynayırdı. Bu gün də Rusiyada millətlərarası münasibətlər diqqət mərkəzindədir. Şimali Qafqazda vəziyyəti gərginləşdirmək, Tatarıstanı ayağa qaldırmaq meylləri mövcuddur. Lakin Qərbin ən böyük ümidi "Bolotnı” hadisələrinə istiqamətlənmişdi. "Bolotnı” hadisələrində birbaşa olaraq Putinin hakimiyyətdən devrilməsi məsələsi ortaya qoyulurdu və tələb kimi irəli sürülürdü. Müasir şərtlərdə Putinin hakimiyyətdən getməsi Rusiya dövlətinin parçalanması anlamına gəlir. Çünki Rusiya mərkəzləşdirilmiş hakimiyyət mövcuddur. Putinin ətrafında böyük güc formalaşıb. Əgər Putin hakimiyyətdən uzaqlaşdırılsa, o zaman Rusiyada iqtisadi və milli klanların, regionların müharibəsi başlayacaq. Bu separatizmdən də təhlükəlidir. Ona görə də, Qərbin bir nömrəli vəzifəsi Putini hakimiyyətdən uzaqlaşdırmaqdır. Onun hakimiyyətdən uzaqlaşdırılması Rusiya parçalanması üçün ən böyük alətdir. Bütün bu sanksiyalar, neftin qiymətinin düşməsi Rusiyada əhalinin sosial vəziyyətinin pisləşməsinə və bu səbəbdən hakimiyyətə baş qaldıracağına, Putini hakimiyyətdən devirəcəyinə hesablanıb. Bəzən belə bir fikirlər səslənir ki, Ukraynadakı böhran Rusiyanın parçalanmasına səbəb olacaq. Necə ki, Qarabağ hadisələri Sovetlər İttifaqının parçalanmasına səbəb olmuşdu. Əslində belə deyil. Çünki Dağlıq Qarabağ Azərbaycanın tərkibində Sovetlər İttifaqının ərazisi idi. Ukrayna isə müstəqil dövlətdir. O vaxt Qarabağda erməni separatizmi baş qaldıranda Qorbaçov erməniləri yerində oturtmaq əvəzinə onlara dəstək oldu. Bu hadisə bütün SSRİ-yə göstərdi ki, mərkəzi hakimiyyət zəifdir, ona qulaq asmamaq olar. Ona görə də, Dağlıq Qarabağ hadisələri Sovetlər İttifaqının çökməsinə səbəb oldu. Düzdür, Ukraynadakı böhranın Rusiyaya təsiri var, bu təsir sanksiyalarla özünü göstərir. Lakin Rusiyanı parçalamaq Ukraynada və ya digər qonşu ölkələrdə yerlərdə konflikt yaratmaqla deyil, ancaq Putinin hakimiyyətdən getməsi ilə həyata keçirilə bilər.

- Dağlıq Qarabağ konfliktinin yaxın vaxtlarda həlli gözlənilirmi? Konfliktin həllinin açarı əvvəlki kimi yenə Kremldədirmi?

- Bu konfliktin yaxın vaxtlarda həlli gözlənilmir. Azərbaycanın Ermənistanla müqayisədə hərbi potensialı daha güclüdür. Bura həm maddi potensial, həm də insani potensial daxildir. Lakin konfliktin hərbi yolla da həlli mümkün deyil. Müharibə olsa, təbii ki, potensialı çox olan Azərbaycan qələbə qazana bilər. Dağlıq Qarabağ İsrail-Fələstin münaqişəsi kimi həlli uzun çəkən münaqişədir. Artıq xarici oyunçular bu münaqişənin hansı yolla həll olunmasında daha çox söz sahibi olmaq uğrunda mübarizə aparırlar. Ona görə də belə münaqişələrin həlli illərlə uzanır. O ki qaldı münaqişənin həllinin açarının Kremldə olması məsələsinə, deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin artıq bir deyil, iki açarı var. Tək açarla bu konflikti həll etmək mümkün deyil. Mümkün həll üçün iki açara sahib olmaq lazımdır. Bir açar Kremldə, digər açar da Ağ evdə ola bilər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ