Bazar günü günü, 29 noyabr 2026
     

20 Yanvar hadisələri bağlı Moskvada keçirilən mitinqin Təşkilat Komitəsinin üzvü maraqlı faktlar açıqladı - MÜSAHİBƏ

Image


Sovet ordusunun 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qırğınlardan sonra Rusiya paytaxtında yaşayan azərbaycanlılar elə həmin gecə Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin qarşısına toplaşıblar. Minlərlə azərbaycanlı rəsmi Moskvadan hadisələrə düzgün qiymət verilməsini və hərbi qoşunların Bakıya yeridilməsinə əmr verənlərin cəzalandırılmasını tələb ediblər. APA-nın Moskva müxbiri 1990-cı ilin 20 yanvar hadisələri ilə bağlı azərbaycanlıların Rusiya paytaxtında keçirdikləri mitinqin Təşkilat Komitəsinin sədr müavini olmuş, hazırda Ümumrusiya Kənd Təsərrüfatı Elmi Araşdırmalar İnstitutunun direktor müavini, professor Zahid Qocayevlə həmin günlərə qayıdıb. Z. Qocayevin APA-ya müsahibəsini təqdim edirik.

- Zahid müəllim, 1990-cı ilin 20 yanvarında minlərlə azərbaycanlının Moskvada keçirdiyi etiraz aksiyasının episentrində olan insanlardan biri də Sizsiniz. O hadisələri necə xatırlayırsınız?

- iz Rusiyadakı Azərbaycan diasporunun sadə üzvləri idik. Kimi elmlə məşğul olurdu, kimi tibb sahəsində, kimi sənayedə, kimi bizneslə... Heç kim yüksək səviyyədə siyasətlə məşğul deyildi. Hətta ictimai işlə də məşğul olan çox az adam vardı. Həmin dövrdə Azərbaycan diasporunun passionarlığı çox aşağı səviyyədə idi. 20 yanvar hadisələri bizim diasporu silkələdi. Bu hadisələr elə bir vulkanik təsir göstərdi ki, Azərbaycan diasporunun Moskvada yaşayan hər bir üzvü siyasətçiyə, ictimai fəala, təşkilatçıya çevrildi. Yanvarın 21-də Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin qarşısına - indi bu binada Azərbaycanın səfirliyi yerləşir - 5000 insan toplaşmışdı. Nümayəndəliyin qarısındakı bağda insan əlindən iynə atsan, yerə düşməzdi. Qərara gəldik ki, bu böyük kütləni idarə etmək üçün təşkilat komitəsi yaradaq. 15 nəfərdən ibarət Təşkilat Komitəsi yaradıldı. Mən Təşkilat Komitəsinin sədr müavini idim. Təşkilat Komitəsinin sədri Zöhrab Şamxalov, üzvləri Fuad İsgəndərov, Fərhad Ağamalıyev, Tofiq Hüseynov, Abuzər Bağırov və digərləri ilə çalışdıq ki, kütləni istiqamətləndirək. Hadisələrin ertəsi günü, yanvarın 21-də Heydər Əliyev də Moskvadakı Daimi Nümayəndəliyimizə gəldi. Heydər Əliyevin gəlməsi və diasporun qarşısında çıxışı bizim üçün böyük təskinlik oldu. Biz həmin dövrdə faktiki olaraq siyasi izolyasiyada idik. Sovet mətbuatı hadisələri başqa cür işıqlandırırdı. İctimaiyyətə doğru-düzgün məlumat verilmirdi. Moskva KİV-i yazırdı ki, guya Bakıda erməni qırğını baş verir. Cinayətkar dəstələr formalaşıb və onlar Sovet ordusuna qarşı mübarizə aparır. Heç kim həqiqətdə baş verənləri yazmırdı və demirdi. Biz həm siyasi, həm də informasiya izolyasiyasındaydıq. Heydər Əliyevin çıxışı böyük təsir bağışladı və diaspor özünü yetim hiss etmədi. Artıq başa düşdük ki, bizim maraqlarımızı qoruyan nüfuzlu insan var.

- Heydər Əliyevin mətbuat konfransındakı çıxışını necə xatırlayırsınız?

- Heydər Əliyev tarixi şəxsiyyət idi. Baxmayaraq ki, heç bir vəzifədə deyildi, Qorbaçov hakimiyyəti tərəfindən böyük təzyiq altında idi, onun Daimi Nümayəndəliyimizə gəlişini azərbaycanlılar böyük razılıq və izdihamla qarşıladılar. Heydər Əliyevin səhhətində də problemlər vardı. Hiss olunurdu ki, Heydər Əliyev həmin görüşə son gücünü toplayaraq gəlmişdi. O, çıxışında insanları sakitləşdirməyə çalışırdı. Bildirdi ki, rəhbərlikdə olsaydı, bu hadisələrin törədilməsinə yol verməzdi. O, diaspor nümayəndələrinə başa sala bildi ki, "qara gün”ün ömrü az olur, bu belə getməyəcək, bütün dünya bundan xəbər tutacaq. Heydər Əliyev həmin gün diaspora verdiyi dəstəklə bütün azərbaycanlılarda ümid, inam oyatdı. Hamı hiss etdi ki, bizim xalqın arxasında dayanan böyük bir şəxsiyyət var. Bu həmin ərəfədə çox vacib məqam idi.

- Mitinq iştirakçılarının addımı necə oldu? Bildiyimizə görə, etiraz aksiyası təkcə səfirliyin qarşısı ilə məhdudlaşmayıb...

- Qeyd edim ki, həmin mitinq çox yüksək səviyyədə təşkil olunmuşdu. Hesab edirəm ki, Azərbaycan diasporunun tarixində həmin mitinqin Təşkilat Komitəsinin rolu çox böyükdür və buna indiyə kimi lazımi qiymət verilməyib. Biz 3-4 gün ərzində böyük kütləni idarə etmək üçün koordinasiya rolunu ələ aldıq. Təşkilat Komitəsində müxtəlif qruplar yaratdıq. Həmin qruplar mətbuatla, hüquq-mühafizə və hakimiyyət orqanları ilə işləyirdi. Səhərisi gün biz etirazçı kütləni "Ostankino” televiziyasının qarşısına yönəldik. Tələb etdik ki, mərkəzi televiziya Bakıya jurnalist qrupu göndərsin, Sovet ictimaiyyəti Bakıda baş verən həqiqətlər barədə obyektiv xəbər alsın. Mitinqdə iştirak edənlərin sayı 5 min nəfərdən çox idi. Uzunluğu kilometrlərlə ölçülürdü. Küçələr dar olduğundan bir sırada 4-5 nəfər gedirdi. Çox izdihamlı aksiya idi. Mitinq kolonuna qarşı təxribat da törədildi. Bir "Jiquli” maşını sürətlə kolonun arasına girməyə, mitinqi dağıtmağa cəhd etdi. Lakin bizim uşaqlar onun qarşısını ala bildilər, təxribat baş tutmadı. Məqsədimizə çatdıq. 5 min nəfərlik kolon iki saatdan çox piyada hərəkət edərək səfirliyin qarşısından "Ostankino” televiziyasının önünə çatdı. "Ostankino”nun qarşısında 4 saat mitinq keçirdik. Qar da yağırdı. Mitinq başlayandan saat yarım sonra kameralar bizi çəkməyə başladı. Moskvada heç kəs inanmırdı ki, belə izdihamlı etiraz aksiyası ola bilər. Bu, Rusiya paytaxtında ilk idi. Çoxu bu qədər azərbaycanlının Moskvada yaşadığına da inanmırdı. Bir gün sonra kütləni "Staraya İlyinka” küçəsində yerləşən Mərkəzi Komitənin binasına yönəltdik. Bizi heç kəs qəbul etmədi. Daha sonra Qorbaçovun köməkçiləri çıxdı. Onlar da bizə heç nə demədilər. Sabahı gün prokurorluğun qarşısında mitinq keçirdik. 10-15 gün sonra isə mitinq artıq öz nəticələrini verməyə başladı. Hazırda məşhur jurnalist olan Dmitri Kiselyovla razılaşdıq. O, Daimi Nümayəndəliyimizə gəldi. Tofiq Hüseynov, Fuad İsgəndərov və mən səfirliyin binasının ikinci mərtəbəsində "Vesti” proqramının əməkdaşı Dmitri Kiselyova müsahibə verdik və Bakıda baş verən həqiqətlərdən danışdıq. Həmin beş dəqiqəlik veriliş efirə getdi. Bu, Bakıda baş verən hadisələr barədə efirə gedən ilk həqiqi informasiya idi.

Təəssüf doğuran hal bu idi ki, rus insanı arasında bizə çox az adam dəstək verirdi. Onlardan Babuşkin, Qanuşkina və Ponomaryovu qeyd edə bilərəm. Mən hüquq müdafiəçisi Andrey Babuşkinin rolunu xüsusi vurğulamaq istəyirəm. O, həqiqətən Azərbaycan xalqının dostudur. Babuşkin təmiz rus insanıdır. Bütün bunlar haqqında danışmaq lazımdır. Bu şəxsləri unutmaq olmaz. 20 Yanvar hadisəsi XX əsrdə Azərbaycan xalqının tarixində ən qara, eyni zamanda ən şərəfli səhifələrdən biridir. Həmin günlərdə verdiyimiz qurbanların haqqı itməyib. Azərbaycan xalqı bu faciədən sonra böyük nailiyyət əldə edib ki, bunun da adı Azərbaycan Respublikasıdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ