Cümə axşamı günü, 12 noyabr 2026
     

“Azadlıq, milli hökumət” - Cənubi Azərbaycan mollakratiyaya qarşı mübarizənin önündə gedir

Image


İran rejiminin xalqa divan tutmasına baxmayaraq, bu ölkədə etiraz aksiyaları səngimir. Rəşt, Sərdəşt, Əhvaz, Kərəc, Novşəhr və bir sıra şəhərlərində etiraz nümayişləri davam edir. Kərəc şəhərinin Qolşəhr bölgəsində narazı kütlə hökumət əleyhinə sərt şüarlar səsləndirib.

 Rəşt şəhərində də etirazçılar aksiya keçirərək molla rejiminə qarşı “Diktatora ölüm!”, "Qadın, Həyat, Azadlıq!", "Azadlıq, Ədalət, Milli hökumət!", "Azərbaycan Tehrana inanmır!", "İslam Respublikası istəmirik, molla hökuməti istəmirik, uşaq qatili hökumət istəmirik!” və digər şüarlarla çıxış ediblər.  Güney Azərbaycandan olan siyasi fəal Mahmud Bilgin “Amerikanın Səsi” ilə söhbətdə İran Azərbaycanında təşkil olunan etiraz aksiyalarında səsləndirilən şüarları şərh edib. Mahmud Bilgin deyir ki, Təbriz, Kərəc və Qəzvin şəhərlərində rejim tərəfindən qətlə yetrilən Hədis Nəcəfi və Cavad Heydərinin qırxı ilə bağlı təşkil olunan etirazlarda Azərbaycan türkləri İrandakı qiyama öz möhrünü vurub. Xatırladaq ki, Kərəc və Qəzvin şəhərlərində yaşayan türk icmasına mənsub Hədis Nəcəfi və Cavad Heydəri müvafiq olaraq sentyabr ayının 21 və 22-də təşkil olunan nümayişlərdə təhlükəsizlik qüvvələri tərəfindən öldürülüblər. Mərhumların qırxı münasibətilə noyabrın 2 və 3-də İranın müxtəlif şəhərləri, o cümlədən Kərəc, Qəzvin və Təbrizdə hökümət əleyhinə nümayişlər keçirilib. Mahmud Bilgin bu xüsusda bildirir: “İranın silahlı qüvvələrinin başqanları ölümlə təhdid edirdilər ki, küçəyə çıxmayın. Ancaq biz gördük ki, Azərbaycan geri çəkilmədi və şəhidlərinə sahib çıxdı. Kərəc və Qəzvində o qədər insanın ayağa qalxması göstərdi ki, türklər heç geri oturmurlar. Təbriz də özəlliklə Qırx-metir və Şahnaz bölgələrində o hərəkatın ardını tutdu. Türklər öz möhrünü İran qiyamlarında vurdular və öz varlıqlarını göstərdilər. Göstərdilər ki, yön verirlər və hərəkat yaradırlar”. Mahmud Bilgin noyabr ayının ilk günlərdinə Təbrizdə səsləndirilən, plakat üzərində nümayiş etdirilən “azadlıq, ədalət, milli hökümət” şüarına da diqqət çəkərək əlavə edib: “Azərbaycan çox ayıq-sayıq hərəkət etdi. Hədis Nəcəfiyə sahib durdu. Cavad Heydərinin anasının o sızlamaları və türkcə oxşamaları ürəklərə yatdı. Həm də Təbrizdən çıxan ‘azadlıq, ədalət və milli hökümət’ şüarı türklərin aparıcı sloqanına çevrilərək hərəkata yön verdi”.

Bilgin milli hərəkatın həm tələblərinin, həm də hədəfinin “azadlıq, ədalət və milli hökümət” şüarında önə çıxdığını ifadə edir: “Bizim şəhərlərimizdə bu strateji şüar çox vurğulanır. Niyə? Çünki “azadlıq, ədalət, milli hökümət” şüarında bizim hər istəyimiz var. Həm müstəmləkəçiliyə qarşı azadlıq istəyirik, həm ədalət və bərabər hüquqlar istəyirik, həm də bunları qorumaq üçün milli hökümət istəyirik. Bu da çox gözəl bir söyləm yaradıb ki, hətta ərəblər də bu şüarın ərəbcəsini İsveçdə təşkil edilən mitinqində səsləndirdilər. Demək ki, bu şüar İranda başqa millətlərin də şüarına çevrilir. Çünki içində həm istəklərimiz var, həm də hədəfimiz”. Mahmud Bilgin müsahibədə İran Azərbaycanında təşkil olunan nümayişlərdə səsləndirilən digər şüarları da şərh edib: “Kimlər bu “azadlıq, ədalət və milli hökümət” şüarını verir, onlar həm də deyirlər ki, “nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi”. Yəni biz millətçilərik. Yolumuz nədir? Şüarlarda həm də deyilir: “Azərbaycan öz yolunu tapıbdı, vilayəti (ali dini lideri), səltənəti atıbdı”. Yəni biz diktatorluq hər formada olur olsun, hamısına qarşıyıq və millətimizin yanındayıq. Millətimizin dərdləri nədir? Şüarlarda həm də deyirlər ki, “Azərbaycan talandı, millət oyan, amandı!” Yəni iqtisadi baxımdan əzilən millətimizin yanındayıq...”. Bu arada, İranda vətəndaşlar rejimə etiraz olaraq pasportlarını da yandırırlar. Xarici pasportunu yandıran narazı vətəndaşlar deyir: “Səfər etmərik, qalıb bizə aid olanı geri alarıq. Onların (hakimiyyət) acığına yeni nəfəs alarıq!”. Eyni zamanda, ölkədə mollaların başlarından əmmamənin salınma kampaniyası davam edir. İranda narazı gənclər hökumətin geyim məhdudiyyəti ilə bağlı xəbərdarlıq plakatını yırtaraq bildirirlər: “Biz kişilər və qadınlar istədiyimizi geyinəcəyik. Azadlıq üçün!”. İranda məcburi hicaba etiraz edən qadınlar artıq qorxmadan küçədə yaylıqsız gəzirlər. Bu arada daha bir maraqlı məqam odur ki, İran hakimiyyəti iri şəhərlərdə küçələrə qoyulan zibil konteynerlərini yığışdırır. Bildirilir ki, bu, etiraz aksiyaları ilə əlaqədardır. Hakimiyyət zibil qutularının yandırılmasından ehtiyatlanır. Çünki aksiya iştirakçıları Tehranın təzyiq və təqiblərinin qarşısını almaqdan ötrü küçələrdə barrikadalar qurmaq üçün həmin konteynerlədən istifadə edirlər. İranın keçmiş prezidenti Seyid Məhəmməd Xatəmi də indiki halda vəziyyətin ağır olduğunu etiraf edir.  O bildirir ki, hökumət xalqın etirazını nəzərə almalı, problemlərini həll etməlidir. Eks-prezident Sistan-Bəlucistanda baş verən kütləvi aksiya zamanı polislə qarşıdurmada gənclər və yeniyetmələrin ölümündən təəssüf hissi keçirdiyini bildirib. O qeyd edib ki, İranın bu regionunda yaşayanların əziyyət çəkməsi heç kimə sirr deyil. Regionun iqtisadi vəziyyətinin ağır olması hökumətə də məlumdur. Keçmiş prezident nəzərə çatdırıb ki, problemlərin kökünü xaricdə deyil, daxildə axtarmaq lazımdır. Xalqın dərdini dinləmək və yaxşı idarəçiliklə ölkənin problemlərinin həllinə nail olmaq lazımdır. Xatəmi bildirib ki, insanların vəziyyətini görməməklə, problemləri inkar etməklə, narazılığa və ümidsizliyə biganə qalmaqla sabitliyə nail olmaq mümkün deyil: “İnsanların dinc nümayişdə səsləndirdiyi problemləri qulaqardına vurduqdan sonra qəzəbli kütlə iğtisas yaratmağa meylli olur. Zorakılıq və aksiya iştirakçılarına qarşı sərt rəftara haqq qazandırmaq problemi daha da artırır”. İranın keçmiş prezidenti hökumətə islahatların keçirilməsini təklif edərək etirazçıların səsinin dinlənilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, ölkə daxilində xalqın səsi eşidilmirsə, xaricdə mütləq eşidiləcək və bundan istifadə olunaraq İrana müdaxilələr artacaq. Yalnız islahatlarla insanların hakimiyyətə itirilmiş inamını qaytarmaq, əhalini ümidsizlikdən çıxarmaq olar. Xatəmi qeyd edib ki, küçə və meydanlara çıxanlar azlıq təşkil edir, lakin cəmiyyətdə onları dəstəkləyənlər olduqca çoxdur. Bunun səbəbi isə ondan ibarətdir ki, problemləri təkcə küçələrə çıxanlar deyil, cəmiyyətin bütün üzvləri yaşayır. O, İran hökumətini islahatlara və xalqın səsini eşitməyə dəvət edib.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ