Rusiya qaynaqlarından yeni xəbər gəlib. Haqqın.az saytının məlumatına görə, Ən Yeni Dövlətlər İnstitutunun direktoru ("Bakı-Xəbər"- bu nə institutdur?) Aleksey Martınov belə bir variant irəli sürüb.
Martınova görə, ABŞ MKİ İrəvanda xüsusi əməliyyat hazırlayıb və Ermənistan cəmiyyətini Rusiya əleyhinə qaldırmaq üçün bu qətli düzüb-qoşub.
Nə qədər inandırıcıdır? Bəlkə Martınov özü bu versiyanı irəli sürmək sifarişini Rusiya hakim dairələrindən alıb? Mübahisəli mövzu ilə bağlı araşdırma aparacağıq.
Bu gün rus əsgərinin yaraladığı 6 aylıq uşağın ölümündən sonra erməni mətbuatı yazıb ki, Ermənistan cəmiyyətində Rusiya əsgərlərinə qarşı aqressiya daha da artır.