"Kimin nə deməsindən asılı olmayaraq Müsavat Partiyası doğru bildiyi yolla gedir”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.
O bildirib ki, Müsavat başqanı Arif Hacılının təşəbbüsü ilə onunla AXCP sədri Əli Kərimli arasında keçirilən görüşdə məqsəd heç də hansısa sazişin imzalanmasından ibarət deyildi: "Kimin nə deməsindən asılı olmayaraq, Müsavat Partiyası doğru bildiyi yolla gedir. Bu yolda ictimai rəyi də nəzərə almaq əsas götürülür. Müsavat Partiyası ilə danışıqların əleyhinə olan AXCP funksionerləri 2005-2010-cu illərin parlament seçkiləri ərəfəsindəki münasibətləri, danışıqları da nəzərə alsalar, daha yaxşı olar. Ona görə də bu görüşün müəyyən əhəmiyyəti var”.