Bazar günü, 13 iyul 2025
     

Dağıstanda soydaşlarımızın qeyri-müəyyən günləri davam edir

Image

Dağıstanda yaşayan soydaşlarımıza təzyiqlər davam edir. Bu respublikanın rəhbərliyi belə bir halın olmadığını bəyan etsə də, proseslərin gedişi tamam fərqli mənzərədən xəbər verir. Hadisələrin gedişi ilk növbədə rəhbərlikdə təmsil olunan azərbaycanlıların tutduqları vəzifədən kənarlaşdırılmasının xüsusi diqqət mərkəzində yer aldığını göstərir.
Belə bir vaxtda məlum olub ki, Dərbənd administrasiyasının eyniadlı rayonunun, yəni Dərbənd rayon bələdiyyəsi rəhbərinin səlahiyyətlərini icra edən Yəhya Hacıyev vəzifədən gedib. Məlumatlara görə, o, kollektivi yığıbaraq, onlara birgə işə görə təşəkkür edib və səbəbini izah etmədən bildirib ki, tutduğu vəzifədən gedir. O da vurğulanır ki, Dağıstanın ən nüfuzlu azərbaycanlılarından biri olan Yəhya Hacıyev ötən ilin noyabrında Dərbənd rayonunun rəhbəri Qurban Qurbanovun vəzifədən uzaqlaşdırılmasından və barəsində cinayət işi qaldırılmasından sonra onun səlahiyyətlərini icra etməyə başlamışdı. Məlumata görə, Yəhya Hacıyevin səlahiyyətlərini onun birinci müavini Əli Xasbulatov icra edəcək. Yəhya Hacıyev Dərbənd rayonu başçısının səlahiyyətlərini icra edənə qədər kənd təsərrüfatı kooperativinə rəhbərlik edib. Onun vəzifədən getməsinin səbəbləri açıqlanmır. Lakin bunun yuxarılardan edilən təzyiqlər nəticəsində baş verdiyi daxil olan məlumatlar sırasındadır. Onun istefasından öncə hüquq-mühafizə orqanları Dərbənd rayon administrasiyasının binasında axtarış aparıb və administrasiyanın torpaq və əmlak məsələləri İdarəsinin rəhbəri Kamil Seyidovu dindirib. K.Seyidov Q.Qurbanova yaxın fiqurlardan biridir. Məlumata görə, Kamil Seyidov Dərbəndin keçmiş meri Qurban Qurbanovun vəzifədən uzaqlaşdırılmasından sonra faktiki olaraq işlərdən kənarlaşdırılmışdı və bütün məsələləri mer İmam Yarəliyevin yaxın qohumu həll edirdi.
Xatırladaq ki, uzun illərdir Dərbənd meri olan Qurban Qurbanov ötən il vəzifəsindən uzaqlaşdırılıb, daha sonra həbs edilib və bir müddət sonra ev dustaqlığına buraxılıb. Qurbanovun vəzifədən uzaqlaşdırılmasından sonra Dərbənddə gərginlik hökm sürür. Yuxarıda qeyd olunduğu kimi, K.Seyidov da Q.Qurbanova yaxın adam hesab edilir. Onun istintaqa cəlb edilməsi azərbaycanlıların dövlət vəzifələrindən təmizlənməsi kampaniyasının bir hissəsi hesab olunur.
Onu da bildirək ki, Ramzan Abdulatipovun burada rəhbərliyə gəlməsindən sonra o və kadrlarının həyata keçirdiyi siyasət soydaşlarımızın getdikcə daha böyük narazılığına səbəb olur. Son günlərdə isə Dərbənddə Nizami Gəncəvinin heykəlinin yandırılması, Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin heykəlinin sındırılması, tanınmış din xadimi Seyid Mir Qafar ağanın qəbrinin təhqir edilməsi soydaşlarımızın genişmiqyaslı aksiyalar keçirməsinə səbəb olub. Dərbənd şəhərində yaşayan azərbaycanlılar mitinq keçirib. Onlar Dərbənd şəhər meri İmam Yaraliyevin istefasını, Dərbənddə sosial problemlərin həll edilməsini tələb edib. Baş verənlərə görə soydaşlarımız şəhərin meri Yaraliyevi suçlayıblar. Mitinq iştirakçılarından birinin sözlərinə görə, Dərbənd şəhər rəhbərliyi ildən-ilə üst-üstə yığılıb qalan sosial problemləri həll etmək istəmir. Bütün bunlardan sonra İmam Yarəliyev vəzifəsindən gedib, lakin artıq o, şəhərə yeni statusda-xalq deputatları sovetinin rəhbəri kimi rəhbərlik etməyə başlayıb. Xatırladaq ki, İ.Yarəliyev 2014-cü ildən Dərbənd şəhərinin meridir və indi yeni statusda rəhbər vəzifəni icra edir. Dərbənd rayonunun meri isə seçki yolu ilə seçilmiş əslən azərbaycanlı Qurban Qurbanov idi. Rəhbərlik müddətinin 2015-ci ilin ortalarında başa çatmasına baxmayaraq, Dağıstan prezidenti Ramzan Abdulatipov 2014-cü ildə Q.Qurbanovu vəzifədən kənarlaşdırıb. Abdulatipov bu addımı ilə azərbaycanlıların mövqeyini zəiflətmək, Dərbənd rayonunun təbii resurslarını qeyri-azərbaycanlılara paylamaq kimi niyyətini həyata keçirmək istəyir. Qurban Qurbanovun vəzifəsindən çıxarılması haqda qərarı Mahaçqalanın Sovetsk rayon məhkəməsi qəbul edib. Məhkəmə qarşısında Qurbanovun vəzifədən azad edilməsi barədə vəsatəti Rusiya İstintaq Komitəsinin Şimali Qafqaz regionu üzrə idarəsi qaldırmışdı. Q.Qurbanov hazırda ev dustağıdır və onun barəsində cinayət işinin araşdırması gedir. Ona yaxın şəxslərin də sıradan çıxarılması isə soydaşlarımıza qarşı kampaniyanın hələ səngiməyəcəyini deməyə əsas verir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910