Bazar günü günü, 29 noyabr 2026
     

Vahid Ələkbərov həyəcanlı neft qiyməti proqnozu verdi

Image


Dünya bazarlarında neftin qiymətdən düşməsi hələ də davam edir və prosesin harada dayanacağı barədə qəti fikir söyləyən yoxdur. Belə vəziyyətdə neftin 25 dollardan da aşağı düşəcəyinə dair fikirlər səslənir. Təbii ki, bu vəziyyət hasilatçı ölkələrin daha az gəlir əldə etməsinə səbəb olur. Bu arada ötən il ərzində neftin ucuzlaşmasının Azərbaycanın qazanclarına hansı səviyyədə təsir etdiyi də məlum olub.
Qeyd edək ki, Azərbaycan 2014-cü ildə 18,4 milyard ABŞ dolları məbləğində xam neft ixrac edib. 2013-cü illə müqayisədə xam neft ixracı məbləğ baxımından 9% və ya 1,84 milyard dollar azalıb. Azərbaycan 2013-cü ildə 20,24 milyard dollarlıq xam neft ixrac etmişdi.
Açıqlanan göstəricilərə görə, Azərbaycandan ötən il 33 milyon ton xam neft ixrac olunub. 2013-cü ildə xam neft ixracı 34,2 milyon ton təşkil etmişdi. Beləliklə, həm neftin ixrac həcmi, həm də ondan əldə olunan gəlirlərin miqdarı azalıb. Bu isə o deməkdir ki, Azərbaycanın xam neftdən əldə etdiyi gəlirlərin azalma səbəbi ixracın həcminin azalması və dünya bazarlarında neftin qiymətinin aşağı düşməsidir. Hazırda qiymətlərin daha böyük sürətlə aşağı düşməsi qaçılmaz sayılır. Maraqlıdır ki, bu vəziyyətdə OPEK hələ də hasilatı azaltmaq niyyətində deyil. Əksinə, qurum neft hasilatını artırmağı düşünür və bu da qiymətlərə təsirsiz ötüşmür. Təşkilat 2015-ci il üçün "qara qızıl"ın hasilatını sutkalıq 92,26 milyon barreldən 92,3 milyon barrelədək artıracaq. Lakin ekspertlərə görə, OPEK qiymət düşüşünə uzun müddət laqeyd qala bilməz. Çünki neftin bir barrelinin qiyməti 3-4 il 30-40 dollar səviyyəsində qalarsa, Səudiyyə Ərəbistanının qızıl-valyuta ehtiyatları sadəcə olaraq yoxa çıxacaq. Belə bir vaxtda Rusiyanın "LUKoil" şirkətinin rəhbəri Vahid Ələkbərov bəyan edib ki, dünya bazarında neftin bir barrelinin qiyməti 25 dollara qədər enə bilər:
"Qiymət 25 dollara qədər azala bilər. Amma bu sürətli ucuzlaşma qısamüddətli olacaq". Ələkbərov Qaydar Forumunda jurnalistlərin suallarına cavab verərkən deyib ki, 2015-ci il ərzində də neftin qiymətində sıçrayışlar olacaq. "Bank of America Merrill Lynch" bankının ekspertləri isə hesab edir ki, bu ilin 1-ci rübünün sonuna Brent markalı neftin bir barrelinin qiyməti 31 dollara, WTİ isə 32 dollaradək enə bilər. Amerikalı bankirlərin proqnozuna görə, "qara qızıl"ın ucuzlaşması ehtiyatların artması hesabına baş verəcək. Mütəxəssislər hesab edir ki, belə vəziyyət neft hasilatçılarının gəlirlərinin daha da azalması ilə nəticələnəcək. Bu arada bəzi ölkələr büdcədə neft qiymətini endirib. Məsələn, İran dövlət büdcəsinə etdiyi dəyişikliklə builki dövlət büdcəsində neftin bir barrelini 40 dollar məbləğində nəzərdə tutmaq niyyətindədir. İran dövlət büdcəsində neftin bir barrelinin qiymətini 72 dollar olaraq qəbul etmişdi. İranın birdən-birə 32 dollar azaldaraq, neftin bir barrelini büdcəsində 40 dollardan müəyyənləşdirməsi hazırkı qiymətlərlə bağlı dünyanın əsas ixracatçısının müəyyən bilgilərə malik olduğunu düşünməyə əsas verir. İranın maliyyə və iqtisadiyyat naziri Əli Tayebniyənin sözlərinə görə, onlar neftin qiymətinin aşağı düşməsini üstünlüyə çevirmək niyyətindədir.
Yaranmış durumda millət vəkili Əli Məsimli də bildirib ki, mövcud vəziyyət bütün sahələrdə qənaət rejiminin tətbiq edilməsini və israfçılığın aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsini diqtə edir. Çünki hökumətin müşavirəsində qeyd edildiyi kimi, bu il bizim gəlirlərimiz azalacaq: "Ona görə prezident bildirdi ki, dövlət strukturları da özlərini məsuliyyətli aparmalıdır. Bundan ötrü obyektiv monitorinqlər keçirilib, idarəetmə sistemindəki paralelliyin aradan qaldırılmasına yönəlik tədbirlər görülməlidir. Dövlət vəsaitini israfçılıqla istifadə edən sahələr və qurumlar aşkarlanmalı, buna müvafiq xüsusi tədbirlər proqramı hazırlanmalı və sistemli şəkildə həyata keçirilməlidir". Milli Məclisin digər üzvü Vahid Əhmədov isə bildirir ki, neftin bir barrelinin ucuzlaşan hər 10 dollarına görə təxminən 240-250 milyon manat vəsait uduzuruq. Deputatın sözlərinə görə, Azərbaycan dövlət büdcəsinin neft gəlirlərindən asılılığı 11 faizdir: "Vahid Ələkbərovun da açıqlamasını oxudum ki, neftin qiymətləri hətta 25 dollara düşəcək. İran da hiss edir ki, bu il neftin qiymətində ciddi artım olmayacaq. Ona görə də dövlət büdcəsinə yenidən baxıb, neftin barrelini 72 dollardan 40 dollara qədər endirmək fikrindədir. Bu proses baş verə bilər, tam real variantdır. Bizdə dövlət büdcəsi neftdən cəmi 11 faiz asılıdır. Ümumilikdə ölkə büdcəsinin yalnız 2,2 milyard manatı birbaşa neftdən gələn mənfəətdir. Bu baxımdan narahatlıq üçün əsas yoxdur. Buna baxmayaraq, ola bilər ki, neftin qiyməti 50 dollar olsun. O zaman təsir hiss olunacaq. Neftin bir barrelinin 10 dollar aşağı satılmasına görə təxminən 240-250 milyon manat vəsait uduzuruq. Hazırda dövlət büdcəsində neftin bir barreli 90 dollardan nəzərdə tutulub. Bunu nəzərə aldıqda, indiki qiymətlərlə büdcəmiz ziyan görə bilər".
Millət vəkili mətbuata açıqlamasında may ayında dövlət büdcəsinə yenidən baxılma ehtimalı olduğunu deyib: "Ola bilər ki, bizdə də may ayında büdcəyə yenidən baxılsın. Mənim aldığım məlumata görə, neftin qiymətlərindən əlavə hökumətin bəzi variantları var. Hansı variantı hökumət məqbul sayarsa, o variant üzərində də dayanacağıq. Ancaq bir daha təkrar edim ki, hazırkı neft qiyməti bizim büdcəmizə əhalinin hiss edəcəyi səviyyədə təsir etməyəcək".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ