"Rusiya, Qərbi məğlub etmək üçün kifayət qədər gücə malikdir". Baki-xeber.com xəbər verir ki, bu açıqlamanı məşhur amerikalı iqtisadçı Pol Kreyq Robert verib.
O, bildirib ki, Rusiyanın geosiyasi oyunu qazanmaq və Qərbin siyasi və iqtisadi quruluşunu pozmaq üçün əlində kifayət qədər «kozır» var. Robert «Foreign Policy Journal» jurnalındakı məqaləsində Rusiyanın Ukraynanın qaz oğurluğundan yorulub, boru xəttini Türkiyəyə çevirməklə bağlı qərar veridiyini iddia edib: "Rusiya enerji naziri də bu qərarı təsdiqlədi və Avropa ölkələrinin rus qazını alacaqları halda öz infrastrukturlarını qurmaları və ya ölkələrinə boru xətti inşa etmələrinin lazım olduğunu bildirdi. Bu qərar indiki halda Avropanı təbii qazın kəsilməsi mövzusunda təhdid etmir, lakin bu qarşıdakı günlərdə yaşana bilər. Rusiyanın bu qərarının Avropaya təsirini göz önünə alsaq, Moskvanın Qərbin siyasi və maliyyə strukturlarını «vura biləcək» çox «kozır»a sahib olduğunu söyləyə bilərik.
ABŞ-a qarşı yönələ biləcək bir başqa faktor isə Rusiya və Çinin əməkdaşlığıdır. Bu iki ölkə əllərində olan «kozır»ları ortaya qoymurlar, çünki hələ buna ehtiyacları yoxdur. Rusiya və Çin Qərbin maliyyə sisteminə bağlı qalmamaq üçün alternativ maliyyə institutları qururlar.
Vladimir Putin və Çin hökuməti liderlərinə qərbli həmkarlarından fərqli olaraq məntiqli olduqları üçün təşəkkür etməliyik. Əgər Putin Rusiyaya və özünə edilən təhqirlərə birbaşa cavab versəydi bunun Qərb üçün çox qorxunc nəticələri olardı. Putin istədiyi vaxt NATO və Qərbin bütün maliyyə sistemini yıxa bilər. NATO Rusiyaya iqtisadi müharibə açdığı üçün alyans ölkələrinə enerji nəqlini dayandırdığını açıqlaması bunun üçün kifayət edər. Avropa Rusiya enerji qaynaqları olmadan həyatda qala bilməyəcəyi üçün NATO yıxılar və Vaşinqton imperatorluğunun da sonu çatar".