«Putin, «Ərəb Baharı»dan istifadə edərək Avropaya qarşı hücuma keçib». Bu iddia ilə Rusiya prezidenti Vladimir Putinin keçmiş məsləhətçisi, bu gün isə Vaşinqtondakı Cato İnstitutunda müəllim işləyən məşhur rusiyalı iqtisadçı Andrey İllarionov çıxış edib.
Baki-xeber.com xəbər verir ki, Delfi.lv saytının suallarını cavablandıran İllarionov, son hadisələrə görə, Rusiya ilə yanaşı Qərbi də tənqid edib: "Bugünkü Rusiya rəhbərliyi, NATO-nun «yatan nəhəng» olmasından istifadə edir. Bu nəhəngi Suriyadakı kimyəvi silahlarla, yüz minlərlə adamın həyatını itirdiyi vətəndaş müharibəsilə, Ukraynadakı döyüşlə, Avropadakı ilhaqla, 300-ə yaxın vətəndaşın öldüyü təyyarə olayı ilə uyandıra bilmədilər".
Qərbin, Rusiyanın Ukraynaya «təzyiqi» qarşısında o qədər də açır orlmayan sanksiyalarla yetindiğini və Moskvanın də buna görə Ukrayna üzərində nəzarəti tam təmin etməyə girişdiyini deyən İllarionov, ABŞ və AB-nin Rusiya ilə üz-üzə gəlməkdən qaçdıqları bir yana, Ukraynadakı təzyiq qurbanlarına da dəstək olmamaqda günahlandırıb.
Putinin keçmiş məsləhətçisinə görə, Rusiya yalnız Ukraynada hərbi əməliyyatlarla kifayətlənməyib, Qərbə, xüsusilə də Baltik ölkələri və Polşaya qarşı 3-cü Dünya Müharibəsinə də zəmin hazırlayır. Bununla yanaşı, İllarionov Rusiyanın Gürcüstanın şərqinə, Qazaxıstana və Belarusa da hücum edə biləcəyini proqnozlaşdırır.