Əvvəllər Ukraynanın komando birqadasında xidmət etmiş, daha sonra isə Səudiyyə Ərəbistanı şeyxinin mühafizəsində işə başlayan ukraynalı, ölkəsini Rusiya tərəfdarı terrorçulardan və Rusiya ordusundan qorumaq üçün Ukraynaya gəlib.
Baki-xeber.com xəbər verir ki, bununla bağlı Ukrayna hərbi qərargah komandirinin köməkçisi Viktor Kevlyuk fərdi «Facebook» səhifəsində yazıb: "O şəxs, Ukraynanın şimalında olan bir əsgərlik şöbəsinə gəldi. Ondan soruşdular "Kimsiniz, nə iş görürsüz?". O dedi ki, keçmişdə komando olub. İndi isə Səudiyyə Ərəbistanı şeyxinin mühafizəçisidir".
Sözügedən komando, şeyxin ölkəsini müdafiə etmək üçün ona icazə verdiyini və zəfər qazandıqdan sonra geri dönməsini istədiyini deyib. Şeyx, "Sənə icazə verirəm. Cihad, müqəddəs bir şeydir, get. Zəfərdən sonra geri dönərsən. Amma o zamana qədər sənə yalnız maaşının yarısını ödəyəcəyəm" – deyə bildirib.
Viktor Kevlyuk, sözügedən şəxsin artıq 3 aydır Ukraynanın şərq bölgələrində terrorla mübarizə əməliyyatında iştirak etdiyini bildirib.