Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili, Rusiya prezidenti Vladimir Putinin yalnız Krımdan deyil, Abxaziya və Cənubi Osetiyanı da qaytarmaq və Ukraynanın şərq bölgələrindən və Dnestryanından geri çəkilmək məcburiyyətində qalacağını deyir.
Baki-xeber.com xəbər verir ki, Saakaşvili bildirir ki, Ukrayna Krımı və işğal edilən digər bölgələri geri ala biləcək: «Bundan heç şübhəm yoxdur. Rusiya, girməməsi lazım olan yerə girib, orada batdı. Putin, hər şeyə qadir olduğuna və Qərbdə hər kəsi satın ala biləcəyini inandı".
Rusiyanın Krımı ilhaq etməklə çox irəliyə getdiyini və artıq geri dönüşün olmadığını deyən Saakaşlivi, təcavüzkar diktatorların sonunun eyni olduğunu bildirib.
Saakaşviliyə görə, Putin həm Krımı, həm də Rusiyanın ilhaq və xarabaya çevirdiyi digər bölgələri qaytarmaq məcburiyyətində qalacaq: "Putinə Gürcüstanı, Çeçenistanı, Krımı və digər hərbi manevrləri bağışladılar. Amma daha sonra Putin Şərq Ukraynaya girdi. İndi Putin ya Avropanın yarısını ələ keçirəcək (bu qeyri-mümkündür), ya da Krım, Abxaziya və Cənubi Osetiyadan geri çəkiləcək. Şərqi Ukrayna və Dnestryanından da geri çəkiləcək.
Putin digər ölkələrin ərazi bütövlüyünü pozduğu üçün Rusiyanın da ərazi bütövlüyü ilə bağlı problemləri çıxa bilər. Rusiyanın onsuz da Şimali Qafqazda, Başqırdıstanda, Tatarıstanda, Uzaq Şərqdə və Sibirdə ciddi problemləri var. Bunun üçün Rusiyanın bütöv dövlət kimi davam etmək perspektivləri zəifdir. Lakin bunun əvəzi nə olacaq? Ukrayna və digər ölkələrin ödədiyi əvəz nə olacaq?".
Saakaşvili həmçinin, Rusiyanın hücumlarına qarşı Ukraynanın bir an əvvəl islahatlara başlamasının vacib olduğunu qeyd edib.