Vətəndaş müharibəsinin yaşandığı və iqtisadi cəhətdən çətin bir dövrdən keçən Ukraynanın hərbi sirlərini satışa çıxardığı iddia edildi. Rusiya mətbuatı Ukraynanın "Kopye” adlı qitələrarası ballistik raketin istehsal sirlərini cənub-şərqi Asiyada hələlik adı açıqlanmayan bir ölkəyə satdığını yazır.
Baki-xeber.com xəbər verir ki, Rusiya agentliklərinin bildirdiyinə görə, Ukraynanın qitələrarası raket istehsalçısı "KB Yujnoe", 1985-ci ildə istehsal edilən "Kopye” adlı balistik raketin istehsal sənədlərini başqa bir ölkəyə satıb.
Ukraynalı hərbi diplomatik çevrələrə yaxın bir mənbəyə istinad edilən xəbərdə daha sonra bildirilir: "Kopye'nin istehsal sənədləri cənub-şərqi Asiyada bir ölkəyə satıldı. Əgər satış təsdiqlənərsə bu, ABŞ üçün yaxşı bir xəbər olmayacaq".
"Kopye” "Kuryer" adlı Sovet raket kompleksinin alternativi kimi 1985-ci ildə istehsal edilib.