Bazar günü günü, 29 noyabr 2026
     

"İrəli" ABŞ-ı insan hüquqlarının himayədarı kimi çıxış etməkdən imtinaya çağırdı

Image


Dünyaya demokratiya dərsi keçən ABŞ-da əslində heç də hər şey göründüyü kimi deyil. Bunu "Trend"ə açıqlamasında "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. Təşkilat sədri hesab edir ki, ABŞ dövləti tərəfindən Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə səsləndirilmiş fikirlər obyektiv reallığı əks etdirmir və insan hüquqlarını məqsədyönlü şəkildə siyasiləşdirmək və təzyiq alətinə çevirmək cəhdlərinin tərkib hissəsidir:
"Biz müstəqil dövlətik. Azərbaycanın 3 min ildən artıq dövlətçilik tarixi ərzində burada etnik, dini və milli zəmində heç bir qarışıqlıq olmayıb. İndi isə, bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan Respublikasının qanunvericiliyi etnik, dini və milli müstəvidə qırğın törədilməsi üçün edilən çağırışlara birmənalı şəkildə qadağa qoyur".
Onun fikrincə, bu gün Azərbaycanın öz milli-mənəvi dəyərlərinə söykənən daxili siyasəti mövcuddur. Düşünülmüş təməl prinsiplər üzərində qurulmuş və inkişaf edən Azərbaycan dövlətinə və cəmiyyətinə müxtəlif vasitələrlə "yetişdirilmiş viruslar"ın zərər vurmasının qarşısının alınması heç də antidemokratik bir şey deyil. Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Azərbaycan öz daxili siyasətini xalqın maraqları əsasında qurub. Eyni zamanda, xarici siyasətdə də bu prinsipləri qoruyub saxlayır. Siyasət kimə və ya kimlərəsə xatir deyil, dövlətin maraqlarına uyğun qurulur. M.Seyidov hesab edir ki, demokratiya, plüralizm və s. kimi şüarlar ABŞ və Qərb üçün spekulyasiya alətindən başqa bir şey deyil: "ABŞ-da söz azadlığının qorunması sahəsində ciddi problemlər mövcuddur. Eyni zamanda, ABŞ hüquq-mühafizə orqanlarında qulluq mövqeyindən sui-istifadə halları vətəndaşların hüquqlarını əhəmiyyətli dərəcədə pozur. Bu ölkədə irqi ayrı-seçkiliyin sistemli xarakter alması və bunun əsasında cəmiyyətdə qarşıdurmanın dərinləşməsi, məhkəmə-hüquq sistemində ciddi çatışmazlıqlar, polis və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional gücdən istifadə, zorakılığın artması və digər sahələrdə ciddi problemlər mövcuddur. Lakin ABŞ, nədənsə, bütün bunları görməzdən gəlir. Araşdırsaq görərik ki, özünü "demokratiyanın beşiyi" hesab edən və müxtəlif dövlətlərə qarşı "demokratik" çağırışlar səsləndirən ABŞ-da jurnalistlərin informasiya əldə etməsinə, dövlət məmurlarının KİV nümayəndələri ilə təmasda olmasına ciddi maneələr yaradılır, media nümayəndələri təqib edilir və onlara qarşı açıq təzyiqlər göstərilir".
"İrəli" sədrinin sözlərinə görə, hazırda ABŞ dünyada özünü hegemon kimi təqdim edir və müxtəlif bəhanələrlə digər ölkələrin daxili işlərinə qarışır. Bu məqsədlə tapılan "faktlar" isə çox zaman qısa müddətdə iflasa uğrayır: "Məsələn, İraqda kimyəvi silah axtarışına çıxan ABŞ 12 il müddətində burada axtardığını tapa bilməsə də, lazım olan enerji qaynaqlarını öz əlinə keçirdi. Eyni zamanda, artıq dünyanın qınaq obyektinə çevrildiyini görüb, guya İraqdan çıxdı. Amma heç bir ay keçməmiş İraqda yeni qüvvə - İŞİD peyda oldu. Bu gün isə özünü terrora qarşı mübariz, öndə gedən qüvvə kimi göstərsə də, əslində maddi maraqlar naminə minlərlə insanın qətlində, əlil olmasında, öz yurd yerlərindən didərgin düşməsində birbaşa rol oynayan ABŞ-ın hansısa demokratiya və insan hüquqlarından danışması nə dərəcədə doğrudur?! Burada bir məntiq ortaya çıxır. ABŞ-ın hansısa ştatında bir amerikalının öldürülməsi az qala dünya miqyasında matəmə çevrilir və bu, insan hüquqlarının pozulması kimi dəyərləndirilir. Amma İraqda, Əfqanıstanda, Ukraynada və digər ölkələrdə hər gün onlarla, yüzlərlə insan öldürülür, lakin bir dəfə də olsun buna reaksiya verilmir. Yaxud Azərbaycan torpaqlarının bir hissəsi təxminən 25 ildir ki, Ermənistanın işğalı altındadır. Minlərlə insan müharibənin qurbanına çevrilib, bir milyondan artıq vətəndaş öz doğma yurdunu tərk etmək məcburiyyətində qalıb. Mərkəzi ofisi ABŞ-da yerləşən və əsas üzvlərindən biri elə ABŞ-ın özü olan BMT-nin qəbul etdiyi 4 qətnamənin icrası isə həyata keçirilmir. İndi ABŞ-ın Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı bəyanat verməsi nə dərəcədə doğrudur? Bəli, Azərbaycanda hüquqları pozulmuş 1 milyondan artıq insan var. Onlar öz doğma yerlərindən didərgin düşüblər. Bəs bu insanların haqlarının bərpası üçün ABŞ niyə addım atmır?"
M.Seyidovun qənaətincə, deməli, burada məqsəd heç də insan hüquqlarının qorunması deyil: "Cəmiyyətə buraxılmış bir neçə "virus"un aşkar edilərək qarşısının alınması, nədənsə, ABŞ-a insan haqlarının pozulması kimi görünür. Amma 20 ildən çoxdur hüquqları pozulmuş insanlar nəzərə alınmır. Əksinə, onların hüquqlarını pozanlara hər il milyonlarla dollar maddi yardım ayrılır. Budurmu insan hüquqlarının müdafiəsi? Demokratiya adı altında digər ölkələrə təzyiq göstərməyin, onların daxili işlərinə qarışmağın başqa bir yolu isə Qərb parlamentlərində təşkil edilən müzakirələrdir. Məsələn, ABŞ Konqresində bu və ya digər ölkə barədə dinləmələr təşkil olunur, həmin ölkələrin demokratik inkişafının səviyyəsi "qiymətləndirilir". Bir dövlətin öz qanunverici orqanında digər bir suveren dövlətlə bağlı müzakirə və dinləmələr keçirməsi birmənalı olaraq onun daxili işlərə qarışmaqsı kimi qiymətləndirilməlidir. Fikrimcə, ABŞ insan hüquqlarının "himayədarı" kimi çıxış etmək iddiasından əl çəkməli və beynəlxalq öhdəliklərinə uyğun olaraq, ölkə daxilində insan hüquqları məsələlərinə ciddi diqqət yetirməlidir. ABŞ hər hansısa bir dövlətə "demokratiya dərsi" keçməkdənsə, ilk növbədə, öz sərhədləri daxilində demokratiyanın bərqərar olmasına çalışmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, müstəqillik və inkişaf yolu ilə addımlayan ölkəmizdə xalqla iqtidar arasında möhkəm birlik var. Düşünürük ki, bu birliyi pozmaq istəyən qüvvələr, bu günə qədər olduğu kimi, bundan sonra da iflasa uğrayacaq".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ