Almaniya, Hollandiya və Norveç Rusiyadan ola biləcək təhdidə cavab vermək üçün Şərqi Avropaya hərbi qüvvə göndərib.
Baki-xeber.com xəbər verir ki, NATO-nun baş katibi Jens Stoltenberg bildirib ki, beynəlxalq hüquq və Ukraynanın suverenlik və ərazi bütövlüyü pozulur: «Rusiyanı, Minsk razılaşmalarına hörmət etməyə çağırırıq".
Stoltenberg, sərhəddə göndərilən qabaqcıl güc adlandırılan hərbi birliklərin sayını açıqlamayıb. NATO mətbuat katibi Oana Lungescu isə əsgər sayının bir neçə minə çatacağını bildirib.
Son vaxtlar Rusiyanın döyüş təyyarələri və gəmiləri, tez-tez Baltik və Skandinaviya ölkələrini təhdid edir.
Sözügedən hərbi birlik Rusiyanın Ukraynadakı siyasətinə görə yaradılıb. Qrup müəyyən mərhələdə haradan gəlirsə gəlsin hər cür təhdidə qarşı daşındırıcı rol oynamaq və təhdidlə üzləşən üzv ölkələrin təhlükəsizliyini qorumaq məqsədi ilə yaradılıb.