"Charlie Hebdo" nəşrinin karikaturalarını yayımlayan Türkiyənin "Cümhuriyyət" qəzeti ilə bağlı rəsmi təhqiqata başlanılıb. Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, istintaqı İstanbul prokurorluğu aparır.
İstintaq tədbirləri Cinayət Məcəlləsinin "Xalqı kin və düşmənçiliyə təhrik etmə və ya təhqir etmə" maddəsi əsasında görülür.