Cümə axşamı günü, 12 noyabr 2026
     

ABŞ yeni silahını işə salır...

Image


Qlobal miqyasda gedən proseslər getdikcə daha çox geridönməz xarakter almağa başlayır. Azərbaycanın da daxıl olduğu regionda baş verən proseslər qaynar fazaya keçməkdədir. Ermənistanın təxribatları və Azərbaycanın verdiyi adekvat cavab proseslərin yeni məcraya yönəlməsini bir qədər sürətləndirmiş oldu. 2020-ci ildəki 44 gunlük savaşdan sonra ilk dəfədir ki, qlobal güclər olduğumuz regionun nüfuz dairəsinə alınması üçün mübarizəni daha da aktivləşdirib. ABŞ diplomatiyasının regiona hücumu Pelosinin Ermənistanın Azərbaycana qarşı təxribatından həmən sonra Ermənistana səfəri ilə pik nöqtəsinə yetişmiş oldu. Siyasi dairələr nə qədər bu səfəri müxtəlif prizmalardan yozmuş olsalar da, əsl məqsədi demək olar ki, açıqlayan olmadı. Bəs bu ömrünü ancaq xalqlar və toplumlar arasında münaqişələri qızışdırmağa sərf edən siyasi meyitin səfərində nə məqsəd gizlənir?

Ukrayna-Rusiya savaşı getdikcə Qərbin müharibədən öncə nəzərdə tutduğu bütün ehtimal və proqnozları dəfn etməkdədir. Ukraynanı artıq məqsədi və məramı yaddan çıxan müharibəyə sürükləyib Rusiyanın verdiyi iqtisadi və siyasi itkilərdən dolayı çökəcəyini proqnozlaşdıran Qərb fasiləsiz tətbiq etdiyi iqtisadi sanksiyaların da bir işə yaramayacağını gözəl anlayır. Yaxın perspektivdə Avropanın ABŞ-ın diqtəsilə Rusiyaya tətbiq etdiyi sanksiyaların daha güclü əks təsirinə düşəcəyini Avropada sadə vətəndaşlarından tutmuş siyasi elitasına qədər hər kəs bütün çılpaqlığı ilə anlayır. Və bu əks təsiri zəiflətməkdə aciz olduqlarını daha çox dilə gətirməyə başlayırlar.

Artıq Avropada hər kəs ABŞ-ın "sanksiya tətbiq edək, Rusiya çökəcək "avantürasının evlərini işıqlandırıb, qızdırnayacağını çox gözəl anlayır. Və belə bir mərhələdə ortaya qoca, heydən düşmüş Pelosinin Ermənistana səfəri məsələsi çıxır. Bundan öncə Çinin prefekturası olan Tayvana etdiyi səfərlə qlobal gücə sahib olan Çinin nəbzini ölçmək və onu planlaşdırılan yeni həmlələr üçün neytrallaşdırmaq niyyəti güdürdü.

Bəs ABŞ-ın son gedişləri nəyə hesablanıb? Bir qədər mürəkkəb və anlaşılmaz gedişın altında heç kimin nəzərə almadığı İran durur. Qəribə səslənsə də, İran bu dəfə dimdiyindən ilişən quşa dönüb. Ermənistana etdiyi jestlər, hətta Azərbaycanı belə Ermənistana görə müharibə ilə hədələmək  kimi uzağa gedən İranı ən yaxın tərəfdaş və müttəfiqi olan Ermənistan Pelosinin səfəri ilə vurmuş oldu. ABŞ yeni geosiyasi perspektivdə Rusiya enerji ehtiyatlarına alternativ kimi İranı görür. Amma molla rejimi bu perspektivin ustundən qalın qara xətt çəkir.

Buna görə ABŞ-ın növbəti hədəfi İran molla rejimini laxlatmaqdı. Məhz belə bir prosesin başlandığını artıq demək olar. Bunu son proseslərdən açıq aydın görmək olur.

Belə bir dönəmdə baş verən hadisələrin xronologiyasına nəzər salaq:

1. Azərbaycan Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alır;

2. ŞƏT sammiti baş tutur (Qərb və ABŞ-a    əzələ nümayişi);

3. Qırğızıstan və Tacikistan sərhədində gərginlik;

4. Pelosinin məlum Ermənistan səfəri;

5. Hamıya kiçik görünsə də, İranda tələbə qızın məhz mühafizəkarlar tərəfindən döyülməsi və ölümü;

6. İranda etirazların baş qaldırması;

7. Və Rusiyanın enerji böhranı yaratmaq istəyinin doğuracağı nəticələri gözləməyib səfərbərlik elan etməsi.

Son iki hadisə, demək olar ki, saat fərqilə baş verdiyindən təhlil və proqnoz nöqteyi-nəzərindən bir-biri ilə sıx bağlı olması daha çox ehtimal olunur.

Niyə? Bu sual yarana bilər və ehtimal olunan cavablarını həm yuxarıda qeyd etdiyimiz, həm də sonra qeyd edəcəklərimizlə aydınlaşdırmağa çalışaq.

ABŞ bu qışın Avropa üçün çox sərt keçəcəyini gözəl anlayır. Bu qış nə qədər sərt olsa da, Avropanın məhrumiyyətlər bahasına olsa belə ABŞ-a arxa çevirəcəyi ehtimal olunmur. Amma növbəti qış artıq ABŞ Rusiyanın yanında olacaq, Avropanı öz orbitindən uzaqlaşdırmamaq üçün İranı öz orbitinə bütün mümkün vasitələrdən istifadə edərək çəkməyə başlayacaq və bu prosesin başlandığını artıq İranda son baş verənlər fonunda ehtimal etmək olar. Çünki Suriya, İraq və Liviya siyasəti fiaskoya uğrayan ABŞ son çarəni İranda görür. Məhz belə bir ehtimalı anlayan Rusiya siyasi elitası tez-tələsik səfərbərlik elan edərək Ukrayna ilə munaqişəni bu qışı keçmədən həll etməyə çalışacaq. Butun bu geosiyasi proseslər fonunda Ermənistanın Azərbaycana genişmiqyaslı təxribatını kimin körüklədiyi və kimin sifarişi əsasında baş verdiyi də aydınlaşır. Ermənistan parlamentinin sədri Simonyanın N.Pelosinin Erməbistan səfəri çərçivəsində, baş verən toqquşmalardan sonra məhz ABŞ-ın dəstəyi ilə atəşkəsin əldə olunduğunu erməni həyasızlığı ilə bəyan etməsi və Pelosinin bundan məmnun görünməsi ehtimallarımızın nə qədər doğru olduğuna işarə edir. Ermənistanın təxribatları məhz Pelosinin Ermənistana səfəri üçün siyasi zəmin hazırlamaqdan ötrü nəzərdə tutulmuşdu ki, burdan Azərbaycanın ünvanına həyasız bəyanatlar səsləndirmək əslində aysberqin görünən tərəfidi. Məhz İranda baş verən olaylardan və umumi proseslərdən doğan nəticə belədir ki, ABŞ İrana mumkun gizli müdaxiləni başladıb - molla rejiminin devrilib, Qərbə daha əlverişli hakimiyyətin qurulması və İranın karbohidrogen enerji resurslarının hesabına əlaltısı olan Avropa dövlətlərinin enerji resurslarına olan tələbatını ödəmək. Belə bir məqamda daim Risiyanın marioneti olmuş Ermənistan ən əlverişli rıçaq rolunu oynayır.  İrana  agent axını və molla hakimiyyətini dəyişdirmək üçün ideal platsdarm rolunu oynayan Ermənistan həm Türkiyə, həm Azərbaycan, həm də Rusiyaya olan mövqeyindən dolayı ön xəttə çıxmış olur. Onsuz da həmişə kulək istiqamətində olan Ermənistan, əgər İranda hakimiyyət dəyişikliyi olarsa, avtomatik olaraq ABŞ-ın orbitinə keçmiş olacaq.

Bəs baş verməsi ehtimal olunan bu geosiyasi dəyişikliklər Azərbaycana yaxın və uzaq perspektivdə nə vəd edir?

İranın ABŞ-ın mümkün və ehtimal olunan müdaxiləsindən dolayı dünyaya açılması baş verərsə, regional perspektivdə hab funksiyasını itirməsi təhlükəsi ilə qarşılaşa bilər. Ermənistanın gizli və aşkar şəkildə ABŞ-ın  yönləndirmə orbitinə daxil olması isə həm sülh, həm də regional kommunikasiyalar baxımından daha çox şıltaqlıq etməsinə gətirib çıxaracaq. İran və Ermənistanın Qərbə yönəlməsi isə balanslaşdırılmış siyasi kurs yürüdən Azərbaycanı ABŞ-ın heç kimə rifah və xoşbəxtlik gətirməyən hədəfinə çevirə bilər. Qlobal miqyasda baş verən proseslər zamanı İran molla rejiminin indiki situasiyada devrilməsi dünyaya, o cümlədən Azərbaycana  yaxşı heç nə vəd etmir. Məhz Rusiya və Çin kimi qlobal miqyaslı oyunçuları neytrallaşdırmağa yönəlmiş bu proseslər artıq bizim yerləşdiyimiz coğrafi məkanda dövr etməkdədir və müsbət bir tendensiya ehtimal olunmur. Mümkün olan bütün siyasi imkanlar səfərbər olunmalı, bu qlobal geosiyasi proseslərin mümkün  neqativ təsirləri minimuma endirilməlidir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ