Cümə axşamı günü, 12 noyabr 2026
     

Medvedyevin Luqansk və Donetsk bəyanatı Ukrayna barədə yeni vəziyyət yaradır

Image


Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev özünün “Telegram” kanalında Luqansk və Donetskin, eləcə də Ukraynada “azad edilmiş digər ərazilər”in Rusiyaya birləşdirilməsi ilə bağlı referendumların keçirilməsinin zəruriliyi barədə çıxış edib.

O, bunu həmin yerlərdə yaşayan “sakinlərin sistemli müdafiəsi” və “tarixi ədalətin” bərpası ilə əsaslandırıb: “Onlar Rusiyanın onilliklər boyu inkişaf vektorunu tamamilə dəyişirlər. Həm də təkcə bizim ölkənin deyil. Çünki onların Rusiyaya qəbulundan sonra dünyada geosiyasi transformasiya dönməz xarakter alacaq. Rusiya ərazisinə təcavüz cinayətdir, onun törədilməsi bütün özünümüdafiə qüvvələrindən istifadə etməyə imkan verir. Amma heç də az əhəmiyyət kəsb etmir ki, dövlətimizin Konstitusiyasına edilən dəyişikliklərdən sonra Rusiyanın heç bir gələcək lideri, heç bir məmur bu qərarları geri qaytara bilməsin. Ona görə də bu referendumlar Kiyevdə və Qərbdə çox qorxuludur. Ona görə də bunları etmək lazımdır”. Beləliklə, Rusiya referendumu işə salmağa hazırlaşır və bunun maraqlı səbbələri də mövcuddur. Luqansk vilayət hərbi administrasiyasının sədri Sergey Qayday həmin səbəblərdən danışarkən qeyd edib: “Əgər Rusiya Luqanskda nəzarətindəki ərazilərdə referendum təşkil etsə, bu, Rusiyada ümumi səfərbərliyə yol açacaq. Rusiya saxta referendum keçirə, tələm-tələsik nəticələri tanıya bilər. Nəticələrə əsasən, onlar hamısı Rusiyaya qoşulmaq istəyəcəklər. Sonra isə Luqansk Rusiya torpağı hesab ediləcək. Ukraynanın Luqanskı azad etməyə çalışması isə Rusiyada ümumi səfərbərlik həyata keçirməyə, müharibə elan etməyə imkan verəcək”. Rusiyalı müxalifət lideri və hüquq müdafiəçisi Mark Feygin də bu qənaəti bölüşür: “Rusiya Federasiyasında Çeçenistan rəhbəri Ramzan Kadırov və “Liqa” özəl hərbi şirkətinin (keçmiş  “Vaqner” özəl hərbi şirkəti) sahibi Yevgeni Priqojin Ukraynadakı müharibəyə 15 min insan toplaya bilər. Bunlar Rusiya Federasiyasının son ehtiyat qüvvəsi olacaqlar. Düşünürəm ki, indi Kadırov və Priqojin daha 15 min nəfəri bir araya toplayacaq və bu, sonuncu ehtiyat olacaq. Kadırov və Priqojin kömək edə bilməsə, o zaman Rusiyada bir neçə ay davam edə biləcək ümumi səfərbərlik olacaq”. İndiki halda ümumi səfərbərlik Rusiya rəhbərliyi üçün çox vacibdir. Çünki Kreml Ukraynada xeyli sayda şəxsi heyət itirib. Onarın yerini dolduqmaq getdikcə çətinləşir.

Xatırladaq ki, Ukraynanın Donbas bölgəsindəki qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının “ictimai palataları” ərazilərin Rusiyaya birləşməsi məqsədilə “referendum” keçirməklə bağlı çağırış ediblər. Eyni zamanda Xersonun işğal administrasiyası analoji “səsvermə”ni keçirəcəyini bəyan edəcəyini açıqlayıb. Rusiyalı təbliğatçı və “Russi Today” telekanalının baş redaktoru Marqarita Simonyan bu təklifə şövqlə hay verib və bunu “Krım ssenarisi” adlandırıb. Kremlin təbliğatçısı “tviter” hesabında yazıb ki, ələ keçirilmiş torpaqları Rusiya ərazisi kimi tanımaqla Moskvanın NATO-nu Ukraynanın əks-hücumlarına cavab zərbələri ilə hədələməsi daha asan olacaq və “hər baxımdan” Rusiyaya sərbəstlik verəcək. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun analitikləriisə bu yanaşmaları ziddiyyətli adlandırır. Ekspertlər qeyd ediblər ki, Rusiya qüvvələri Donetsk və Luqansk vilayətlərinə tam nəzarət etmir. Beləliklə, bu, Kremlin qanuni Ukrayna hakimiyyətinin qismən “işğal etdiyi” ərazilərin ilhaqına gətirib çıxaracaq. Bundan əlavə, Ukraynanın ilhaq edilmiş Krım yarımadasına zərbələr endirməsi də Rusiyanın M.Simonyanın inandırmağa çalışdığı avtomatik qisas əməliyyatlarına gətirib çıxarmır. Bu mərhələdə qismən ilhaq həm də Kremli qəribə və hətta alçaldıcı vəziyyətə salacaq ki, Ukrayna qoşunlarından “Rusiya” ərazisini işğal etməməyi tələb etsin. Özü də bu, Rusiyanın həmin tələbi yerinə yetirməyə məcbur edə bilməyəcəyi bir vəziyyətdə baş verəcək. Mütəxəssislərin fikrincə, Rusiya prezidenti Vladimir Putinin şübhəli mənfəət naminə özünü belə ümidsiz vəziyyətə salmağa hazır olub-olmaması hələ də qeyri-müəyyən olaraq qalır. Onların qənaətinə görə, Putin üçün NATO və Ukraynanı münaqişənin daha da alovlanması ilə sadəcə təhdid etmək daha asandır ki, indiki mərhələdə o, çətin ki buna gedəcək. Araşdırma müəllifləri hesab edirlər ki, Kreml qismən ilhaqın həm Rusiya daxilində, həm də yeni ilhaq edilmiş Ukrayna ərazisindən əlavə qüvvələrin cəlb edilməsinə səbəb ola biləcəyinə inanır. Rusiya qüvvələri ciddi şəkildə zəifləmiş və ruhdan düşmüş hissələrini doldurmaq üçün bütün mümkün mənbələrdən əlavə qüvvələr səfərbər etməyə çalışsa da, onlarda əhəmiyyətli döyüş qüvvəsi formalaşdırmaq alınmayıb.Mütəxəssislərin fikrincə, Putinin bütün işğal edilmiş ərazilərin ilhaqı vədindən vaz keçməyə hazır olması onun üçün güzəştə getməyən hərbiyönlü qrupların gözündə ciddi geri çəkilmə ola bilərdi. Eyni zamanda ekspertlər xatırladırlar ki, “DXR” və “LXR” daha əvvəl də Kremlin planlarını “qabaqlayıblar”. Ola bilsin qondarma respublikalar bu dəfə də Ukraynanın davamlı əks-hücumları fonunda öz ərazilərini əldə saxlaması üçün eynisini ediblər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ