Cümə axşamı günü, 12 noyabr 2026
     

KTMT-dən ağzı yanan Ermənistana BMT-də də qapının arxasını göstərdilər

Image


Məlum olduğu kimi, 2022-ci il sentyabrın 13-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik edən Ermənistanın təşəbbüsü ilə Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə növbədənkənar sessiyası keçirilib. Srssiyanın mövzusu belə adlandırılıb:  “Ermənistan və Azərbaycan sərhədində müəyyən ərazilərdə vəziyyətin gərginləşməsi və həllinə köməklik göstərilməsi haqqında”.  

İclasda Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistanın baş naziri Koxir Rəsulzoda, Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç iştirak ediblər. Nikol Paşinyan iştirakçılara 2022-ci il sentyabrın 13-də gecə yarısından başlayaraq ağır silahlar və PUA-ların tətbiqi ilə toqquşmaların baş verdiyi Ermənistan və Azərbaycan sərhədində bəzi ərazilərdə vəziyyət barədə məlumat verib. Məsələ ilə bağlı Nikol Paşinyan həmkarlarının suallarını cavablandırarkən bir sıra sensasion etiraflar edib. Ermənistan tərəfindən bütün Ermənistan-Azərbaycan sərhədinin minalanmasının, eləcə də Azərbaycanla sərhəddə hərbi infrastrukturun yaradılmasının yolverilməzliyi ilə bağlı Azərbaycanın mövqeyini səsləndirən dövlət başçılarından birinin sualına cavab verən Paşinyan deyib ki, Ermənistan sərhədlərinin mühafizəsini gücləndirmək üçün bu tədbirləri görüb. Bununla da Paşinyan ilk dəfə olaraq delimitasiya edilməmiş sərhədin qeyri-qanuni minalanması və Ermənistanın Qarabağın işğaldan azad edilmiş rayonları yaxınlığında iri hərbi bazalar tikməsi faktlarını təsdiqləyib. Bundan əlavə, dövlət başçılarına son döyüş əməliyyatlarının təfərrüatlarından bəhs edən Paşinyan Azərbaycan ordusunun bölmələri ilə döyüşlərdə həlak olanların həqiqi sayını açıqlayıb. O, 150-dən çox erməni hərbçisinin həlak olduğunu bildirib. Sərhəd toqquşmaalrının Ermənistanın günahı üzündən baş verməsi fonunda isə KTMT İrəvana hərbi yardımdan imtina edib. Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin isə bu məsələ ilə bağlı konkret mövqe ifadə edib: “Biz Azərbaycanla münasibətləri sizə görə pozmayacağıq”. O, ermənilərə xəbərdarlıq da edib: “Azərbaycan öz təhlükəsizliyini qorumağa başlayanda, ermənilər hər oyundan çıxırlar. Özləri birinci başlayırlar, sonra ondan-bundan yardım istəyirlər. Azərbaycan Cənubi Qafqazın açar dövlətidir və bu düzgündür. Biz Azərbaycanla münasibətləri sizə görə pozmayacağıq. Ağlınızı başınıza yığın və yola gəlin. Nə Qərb, nə də başqası sizə kömək edən deyil!”. Bu fonda “armenianreport” portalı da yazır ki, Ermənistan tək qalıb: “İndiki halda heç kim, ilk növbədə Rusiya və KTMT Ermənistanı müdafiə etməyə cürət etməyəcək. Hətta belə davranışın izahı da verilir - Türkiyə-Azərbaycan tandemi ilə silahlı münaqişəyə girməkdən qorxurlar. Xüsusilə indi, Ukrayna istiqamətində bir sıra dağıdıcı məğlubiyyətlərdən sonra. Rusiya və KTMT bir daha qorxaqlıqlarını nümayiş etdirdilər. 44 günlük müharibə zamanı da belə idi, lakin sonra Moskvadan “əsaslar” eşidildi. Necə ki, Ermənistan ərazisində müharibə aparılmayıb və ona görə də Rusiya Federasiyası və KTMT-nin müdaxilə etmək üçün heç bir hüquqi əsası yox idi. İndi artıq Ermənistan ərazisində müharibə gedir, amma Rusiya Federasiyası və KTMT yenə heç nə etmir! Çünki əsas bu dəfə odur ki, Azərbaycanla sərhədlər müəyyən edilməyib.

Bunu başa düşməliyik. Artıq Rusiyanın "əsas müttəfiqləri" - güclü ordu və donanma yoxdur! Krımın Ukraynanın nəzarətinə keçməsi artıq həll olunmuş məsələdir. Və Ermənistan üçün Putinin taleyinin nə olacağı önəmli deyil. Bizim üçün Rusiya və KTMT-yə heç bir ümidin olmadığı yeni reallıqlardan çıxış etmək vacibdir. KTMT  öz faydasızlığını hər yerdə nümayiş etdirdi. Üstəlik, onun üzvləri Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlarını açıq şəkildə dəstəkləyiblər! Bəli, başqa formatları axtarmaq lazımdır. Ən çətin anlarımızda yanımızda olmağa hazır olanlara arxalanmalıyıq. İlk növbədə - ABŞ və Fransaya. Onlar tərəqqi, demokratiya dünyasıdır. Prosesə Rusiya təsirindən qurtulmaqla başlamaq lazımdır. İndi əksini tələb edən hər kəs Ermənistanın və erməni xalqının düşmənidir”. Amma məsələ bundadır ki, ABŞ və Fransa da Ermənistana istədiyi dəstyi vermir. Bunu BMT Təhlükəsizlik Şurasında sentyabrın 14 və 15-də sərhəd insidentləri ilə bağlı aparılan müzakirələr bir daha tədiqlədi. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirir ki, sentyabrın 14-də keçirilən iclasda BMT Təhlükəsizlik Şurasında Ermənistanla Azərbaycan arasında tezliklə atəşkəs əldə olunmasından, həmçinin vəziyyətin siyasi və diplomatik yollarla həllindən danışılıb.Rusiyalı diplomat qeyd edib ki, məsləhətləşmələr bağlı qapılar arxasında keçirilib: “Hamı yekdilliklə tezliklə atəşkəsin və vəziyyətin siyasi-diplomatik yollarla nizamlanmasının tərəfdarı olduğunu söylədi”. Sentyabrın 15-də aparılan müzakirələr barədə isə BMT baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə müavini Miroslav Yença məlumat verib. Onun sözlərinə görə, BMT vurğulayıb ki, Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə gərginlik bütün regionu sabitsizləşdirə bilər: “BMT İrəvanı və Bakını sərhədin delimitasiya və demarkasiyası, sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atmağa çağırıb”. Diplomat bildirib ki, son günlərin sərhəd toqquşmalarından sonra həm Ermənistan, həm də Azərbaycan BMT-yə məktub göndərərək bir-birlərini 2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəsi pozmaqda ittiham ediblər: “BMT bu iddiaların doğruluğunu yoxlaya və ya təsdiq edə bilməz, lakin biz bu təhlükəli vəziyyətlə bağlı dərindən narahatıq və tərəfləri gərginliyin azaldılması üçün addımlar atmağa çağırmışıq. Son toqquşmalar göstərdi ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi əvvəllər olduğu kimi, indi də ciddi maneələrlə üzləşir. Bu gərginlik həm də ondan xəbər verir ki, tərəflərin bir-birlərinin ərazi bütövlüyü və suverenliyini tanıması çərçivəsində delimitasiya və demarkasiya isitqamətində mümkün qədər tez hərəkət etmələri zəruridir. Biz ardıcıl olaraq tərəfləri sərhəd gərginliyinin azaldılması üçün bu prinsipial olan mühüm mexanizmdən istifadə etməyə çağırırıq”. BMT baş katibinin müavini vurğulayıb ki, Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə gərginlik bütün regionu sabitsizləşdirə bilər və buna görə də bütün regional oyunçular dinc tənzimləmə istiqamətində konstruktiv addımlar atmalı və tərəflərə təzyiq göstərməlidirlər. Qeyd edək ki, bunlar həm də Azərbayanın Ermənistandan istədikləridir. Halbuki Ermənistan BMT-nin Azərbaycana sanksiyalar tətbiq rdəcəyini gözləyirdi. Əvəzində BMT Azərbaycanın dediklərini Ermənistana ünvanladı.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ