Cümə axşamı günü, 12 noyabr 2026
     

“Paşinyan yeni manipulyasiya fəndindən istifadə edəcək”

Image


Azərbaycan-Ermənistan sərhədində son döyüşlər gözlənildiyi kimi İrəvanda siyasi gərginlik dərəcəsini bir qədər də artırıb. Ermənistanın baş nazirinin Azərbaycanla sənədlər imzalamağa hazır olduğu barədə çıxışı İrəvanda izdihamlı nümayişə səbəb oldu. Bunun erməni xalqının sülhü rədd etdiyini və Azərbaycanla sülh müqaviləsinin imzalanmasının əleyhinə olduğunu göstərən əlamət olması haqqında fikirlər səslənir.

Xatırladaq ki, Ermənistan parlamentində çıxışı zamanı baş nazir Nikol Paşinyan Azərbaycanla sülh razılaşması barədə danışıb: “Biz o sülh müqaviləsi adlı sənədi imzalaya bilmərik ki, onun nəticəsində 6 aydan sonra yeni müharibə başlasın. Biz kağıza imza atmağa hazırıq, ona görə bir çoxları bizi söyəcək, bizi satqın adlandıracaq, xalq bizi hakimiyyətdən qovmaq qərarına gələ bilər, amma biz yenə də minnətdar olarıq ki, bunun nəticəsində Ermənistan öz 29840 kvadrat kilometr ərazisi ilə davamlı sülh və təhlükəsizlik əldə etsin”. Baş nazirin bu çıxışına etiraz edən minlərlə insan dərhal küçələrə axışıb. Yerli media Ermənistan parlamenti qarşısında toplaşan insanların zor gücü ilə Milli Məclisə daxil olmağa cəhd etdiyini yazırlar. Daha sonra nümayişin şiddəti bir qədər səngisə də, məlumatlı mənbələr vəziyyətin gərgin qaldığını xəbər verirlər.Hesab edilir ki, sülhə qarşı çıxmaqda davam edərsə, əslində, Ermənistan daha böyük itkilərlə üzləşməli olacaq. Qafqaz məsələləri üzrə tədqiqatı, britaniyalı ekspert Laurens Broers deyir ki, əslində, İrəvandakı nümayiş imzalanacağı haqqında bəhs edilən sülh razılaşmasının özünə qarşı yox, daha çox danışıqların aparılması tərzinə qarşı etiraz sayıla bilər: “Düşünürəm ki, Ermənistan xalqı mütləq sülh sazişinin əleyhinə deyil, lakin onlar bu sazişin necə müzakirə olunduğu ilə bağlı müəyyən şəffaflıq istəyirlər”. Erməni siyasi şərhçi Riçard Giragosyan isə, nümayişə qatılanların sülhə qarşı yox, müharibəyə və insan itkisinə qarşı etiraz etdiyini deyir: “Əksinə, onlar insan itkisinə və müharibəyə etiraz edirdilər. Buna təkan verən sentyabrın 13-də insan itkisi ilə bağlı qəzəb və məyusluq olub, Paşinyan isə yaxşı izahat verə bilməyib, məlumatın olmaması yalnız dezinformasiyanı təşviq edir”. O, hazırkı etirazların əvvəlki aksiyalardan fərqləndiyni deyir: “Bu nümayişlər ölkənin müxalifət partiyaları üçün hər hansı siyasi dəstək deyildi. Əslində, nümayişlər başlayandan sonra səhnəyə gələn müxalifət siyasətçiləri birmənalı qarşılanmadı və bir çox etirazçı müxalifət liderlərindən eyni dərəcədə məyus oldular”. Onun sözlərinə görə Paşinyanın hökuməti çətin vəziyyətə düşsə də, hələ də nəzarəti əlində saxlayır: “Effektiv alternativ və ya etibarlı siyasi rəqibin olmaması ilə Ermənistan hökuməti hələ də ötən ilin yayında keçirilən növbədənkənar seçkilərdə yenidən seçilməsindən qaynaqlanan özünə inam hissini saxlayır”.

İrəvanda mitinqlərin keçirilməsini şərh edən Ermənistanın birinci ombudsmanı, “Hüquqi Zorakılığa Qarşı” adlı QHT-nin rəhbəri Larisa Alaverdyan deyir ki, ictimaiyyətin məsələyə münasibəti çox müxtəlifdir, lakin aşkar mənfi münasibət gözə çarpır: “İlk növbədə partiyaların, parlament müxalifətinin münasibətindən danışmaq olar. İctimaiyyətə gəldikdə, demək çətindir. Hər şey edilib ki, ictimaiyyət müxtəlif hissələrə parçalansın. Az-çox düşünən kütləyə və hər hansı siyasi partiyanı dəstəkləyənlərə gəldikdə, burada sözsüz müxalif mövqelər hökm sürür. Son mitinqlə bağlı mənim cavabdan çox sualım var. Birdən-birə spontan olaraq ora adi insanlar gəlmişdi. Mən bundan heç bir qənaət çıxarmaq istəməzdim. Kimin orada nə nitq söylədiyi və nə dediyi ilə bağlı isə mənim həm hakim strukturu, həm müxalifət tərəfindən provokasiyalara dair böyük təcrübəm var. Ona görə mən qəti fikir söyləmək istəmirəm”. Bu şəraitdə maraq doğuran odur ki, insanları küçələrə çıxaran bu qəzəb nə ilə bağlıdır? Bəzi təhlilçilərə görə, bu, hakimiyyətə qarşı etimadın səviyyəsi ilə bağlı ola bilər. Bu fikrə şərik çıxanlardan biri də, Laurens Broersdir. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi vaxtı rəhbərlikdən gələn bəyanatlarla yerlərdə baş verənlər arasında açıq-aşkar ziddiyyət var idi və 10 noyabr razılaşması erməni cəmiyyətini şoka saldı: “İnsanlar bu ssenarinin təkrarlana biləcəyindən qorxurlar”. “Qraparak” nəşri yazır ki, ə\slinə, xalq həm iqtidardan, həm də müxalifətdən üz döndərib. Ona görə də erməni cəmiyyəti parçalanmış vəziyyətdədir: “Ermənistan sərhədlərində biabırçı vəziyyətdir. Paşinyan bu vəziyyətdən necə çıxa bilər? İndi onun yeganə narahatlığı budur. Onun yeni manipulyasiya fəndindən istifadə edəcəyi aydındır. Ermənistan parlamentinin sərhəddəki eskalasiya ilə bağlı bəyanatı çox zəif və səthidir. “Parlamentin bəyanatında deyilir: “Biz hazırkı vəziyyətdə Ermənistan Respublikasının ərazi bütövlüyü və suverenliyinin qorunması kimi müqəddəs vəzifədə Ermənistan Respublikasının Silahlı Qüvvələrinə tam dəstəyimizi bildiririk. Biz bütün siyasi qüvvələri, siyasi mövqeyindən asılı olmayaraq, bütün soydaşlarımızı sakit olmağa, Silahlı Qüvvələrin ətrafında birləşməyə çağırırıq”. 44 günlük müharibədən sonra silahlı qüvvələr, hərbçilər vətənə xəyanətdə ittiham olunur, generallar, əsgərlər həbs olunur, indi də onun ətrafında birləşməyə çağırırlar. Bu hansı əxlaq normasıdır? Müharibədə uduzmuş silahlı qüvvələr olduğu haqda ictimaiyyətdə fikir formalaşdıraq və indi deyək ki, onların ətrafında birləşək? Bəlkə Nikol Paşinyan bütün bunları unudub? Digər tərəfdən camaat müxalifətə “əl qaldırcaq” deyəcək: baxın, müharibə zamanı da müxalifət birləşmir, birliyin əleyhinədirlər. Zəngəzuru xilas etmək istəyirdik, onlar qarşı çıxdılar”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ