Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistanda hakim partiyanın qapalı iclası – “Qarabağı Azərbaycanın ərazisi kimi tanıyaq”...

Image


Azərbaycan mətbautı “Hraparak” qəzetinə istinadən  yazır ki, bir qrup erməni deputat Qarabağın Azərbaycan ərazisi kimi tanınmasını təklif edib.  

“Adıçəkilən deputatlar geri çəkilməyiblər və bu gün də deputat həmkarlarını inandırmağa davam edirlər ki, hazırda yeganə çıxış yolu budur…”

Bir qrup deputatın Qarabağın Azərbaycanın ərazisi kimi tanınması ilə bağlı təklif-tezisindən sonra Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasında əsl dava başlayıb.  

Qəzetin məlumatına görə, “Vətəndaş müqaviləsi”nin deputatları Marina Karapetyan, Sona Qazaryan, Lena Nazaryan və Arsen Torosyan sentyabrın 13-də səhər saatlarında Nikol Paşinyan parlamentə gəlməmişdən əvvəl qapalı fraksiya iclasında bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı  tələbinə baxılması və sərhəddə davam edən gərginliyə son qoyulması  mümkündür. 

“Yəni Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq və bununla da bu mövzunu həmişəlik bağlamaq… Bəyanat, xoşbəxtlikdən, birmənalı qəbul edilməyib. Amma mənbələrimizin bildirdiyinə görə, adıçəkilən deputatlar geri çəkilməyiblər və bu gün də deputat həmkarlarını inandırmağa davam edirlər ki, hazırda yeganə çıxış yolu budur”- deyə erməni qəzeti yazıb.

Sona Qazaryan isə “Joqovurd”a müsahibəsində belə bir təklifin olduğunu inkar etmədən bildirib: “Mən fraksiyanın qapalı iclasını şərh etmək fikrində deyiləm”.

  • “...Bəziləri reallıqları anlayır, Azərbaycanın ərazi bütövlüyünün tanınmasını vacib sayır”

Məsələyə şərh verən AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan parlamentində belə bir hadisənin baş verəcəyi gözlənilən idi. Q.Hacıyev deyir ki, Ermənistanda Azərbaycanın ərazi bütövlüyün tanınmasını, Qarabağ iddiasından əl çəkilməsini istəyən siyasilər də, deputatlar da az sayda da olsa olub, lakin onlar qorxudan səslərini çıxara bilməyiblər. Bəzi deputatların cəsarətli çıxış etməsinin səbəbinə gəlincə, Q.Hacıyev hesab edir ki, artıq obəzi ermənilər də başa düşür ki, Ermənistanın apardığı bu terrorçu, revanşizm siyasəti bu ölkənin özünə və vətəndaşlarına daha çox ziyan vurur. “Doğurudan da bu çox maraqlı və neçə ildir ki, gözlədiyimiz prosesdir. Çünki son illər daha çox eyforiyalarla, uydurmalarla yüklənən erməni ideoloqları, siyasətçiləri həm erməni, həm də Azərbaycan xalqına ziyan vuran çıxışlar edirdilər. Obyektiv danışmaq, obyektiv düşünmək sanki bunlar üçün ya qadağan idi, ya da özləri obyektiv olmaq istəmirdilər. Amma son dövrlərdə həm bəzi erməni tarixçilərinin, həm siyasətçilərin, həm də başqa sənət sahiblərinin obyektiv, ədalətli mövqe tutmağa cəhdlərini müşahidə etməkdəyik. Bəziləri artıq gerçəkliyi dilə gətirməyə cəsarət etməyə başlayıb. Əgər hansı xalq ki, öz xalqına, tarixinə hörmət qoyursa başqasının da tarixinə, torpağına, dövlətinə hörmət qoymalıdır.

Ermənistan parlamentinin bəzi deputatlarının qapalı iclasda belə bir təkliflə çıxış etməsi maraq doğurmaqla yanaşı həm də artıq onların reallığı dərk etməyə başladığı anlamına gəlir. Bu deputatların Qarabağın Azərbaycanın ərazisi kimi tanınması fikrini, ideyasını irəli sürməsi və buna rəsmən qərar verilməsini təklif etməsi onu göstərir ki, bəziləri reallıqları anlayır, Azərbaycanın ərazi bütövlüyünün tanınmasını vacib sayır.  Əslində, bu gözlənilməz deyildi, gözlənilən idi. Təəssüflər olsun ki, ermənilər bu qərara gec gəlirlər. Ermənistanın əsassız ərazi iddialarına, miflərinə görə nə qədər insan həyatını itirdi, biz nə qədər şəhid verdik, şəhərlərimiz, kəndlərimiz, evlərimiz dağıldı, insanlarımız didərgin düşdü”.

Q. Hacıyevin sözlərinə görə, amma zamanında Qarabağı Azərbaycandan qoparmaq niyyəti ilə ermənilər revanşizmə, işğala başlamasaydılar nə bu qədər tələfat olardı, nə də hər iki ölkəyə ciddi ziyan dəyərdi. Baş verənlərin məsuliyyətini Ermənistanın daşıdığını qeyd edən Q. Hacıyev hesab edir ki, Ermənistanın cinayətləri hələ də bitib tükənmir. Q. Hacıyevin bildirdiyinə görə, əgər vaxtilə erməni lobbisinə də, Qarabağdakı ermənilərə də erməni baş bilənləri desəydilər ki, bura Azərbaycan torpağıdır, bizim deyil, Qarabağ Azərbaycan Respublikasının tərkibində olmalıdır, bu qədər qan tökülməzdi. “Amma bunu deyən olmadı, erməni rəhbərlər, siyasətçilər, din adamları insanları revanşizmə çağırdı. Bütün hallarda məsuliyyət ermənilərin üstündədir. Amma təəssüf ki, onlar hələ də məsuliyyətlərini hiss etmirlər. Ermənistan başa düşməlidir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar, sülh sazişi imzalanmalıdır. Amma görün o nə edir? Sərhəddə təxribat törədirlər. Azərbaycan ordusu da əks hücuma keçib bu ölkənin ordusunu darmadağın edib. Bu ölkənin ordusunun 80 faizi dağılıb, siyasəti zəifləyib, iqtisadiyyatı da çöküb. Bu vəziyyətdə artıq Azərbaycanın etdiyi təkliflərlə razılaşmalıdırlar. Son günlərdə sərhəd boyu erməni təxribatının qarşısını almaq üçün ordumuzun həyata keçirdiyi cavab əməliyyatı bir daha erməniləri ayıltdı ki, əgər siz obyektiv mövqedən çıxış etməsəniz, Azərbaycanln haqq işinin gedişinə mane olsanız onun cəzası daha ağır olacaq Gördüyünüz kimi, son təxribat zamanı Ermənistan etdiyinin cəzasını aldı. Bu da nəhayət ki, erməni xalqının, siyasətçilərinin, dövlət rəhbərlərinin ağlını başına gətirməlidir. Onları qızışdıran böyük dövlətlərini də, onlara dəstək olan erməni diasporunu da başa salmalıdır ki, burada əzilən də, məhv olan da bu iki xalqın övladlarıdır. Xaricdəki erməni lobbisi də, böyük dövlətlər də gedib öz evlərində otursunlar ki, proses sülhlə nəticələnsin, sülh müqaviləsi imzalansın.  Qarabağın Azərbaycan torpaqları olduğunu hamısı bilir, bunu  tam etiraf etsələr, Ermənistan birdəfəlik bu iddiadan əl çəksə nəticəsi yaxşı olar”.

Q.Hacıyev qeyd etdi ki, bu Ermənistanın özünün də inkişafına təkan olar.  O, hesab edir ki, bütün hər şeyi nəzərə alıb Ermənistan belə qərar qəbul etməlidir ki, artıq onlar Qarabağa olan əsassız iddialarlndan tamamilə əl çəkirlər. “Parlamentdə səsləndirilən fikirlərə  Ermənistan hökuməti ciddi yanaşmalıdır, çünki bu ölkənin xilası üçündür. Deputatların bu çağırışına bəzi erməni tarixçilərinin də, ziyalıların da qoşulması lazımdır ki, onlar hökuməti bu addımı atmağa məcbur edə bilsinlər ”-deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ