Bazar günü günü, 29 noyabr 2026
     

Mirmahmud Mirəlioğlu "bir il hakimiyyətdə qala bilməyən dostlarına" yumşaq tənə ilə dərs verdi

Image


KXCP sədri missiyası bitmiş qurumda hələ də qalmasının səbəbini isə tam açıqlamadı

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun APA-ya müsahibəsini ixtisarla çap edirik.
- Artıq parlament seçkilərinin keçiriləcəyi ilə qədəm qoyulub, lakin hələ də KXCP-nin, KXCP-nin sədri Mirmahmud Mirəlioğlunun Milli Şurada fəaliyyətini davam etdirib-etdirmədiyi, KXCP-nin Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində fəaliyyətinin nə anlam daşıdığı məlum deyil. Bu məsələyə aydınlıq gətirə bilərsinizmi?
- Milli Şurada fərdi üzvlükdür. Milli Şura təsis ediləndə başlanğıcdan da partiya məsələsi bir az mübahisəli idi. Bizim Milli Şurada fərdi üzvlüyümüz davam edir. Partiyamızın üzvlərindən Milli Şuradan istefa verənlər, çıxanlar, o cümlədən qalanlar da var. Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi də sırf funksional əməkdaşlıq mərkəzidir və bu mərkəzdə də iştirak edirik.
- Ancaq Milli Şuranın rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən qurumun fəxri sədri Rüstəm İbrahimbəyovun açıqlamalarına baxsaq, Milli Şuranı hakimiyyətə yeganə alternativ mərkəz kimi təqdim edirlər və parlamentə də qəti olaraq Milli Şura formatında qatılacağını bəyan edirlər. KXCP parlament seçkilərinə hansı formatda qatılmağı planlaşdırır?
- Biz artıq bu istiqamətdə fəaliyyətə başlamışıq. Ötən həftə Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan 8 partiya bir təşəbbüslə çıxış etdik və ayrı-ayrı siyasi qurumlara müraciət etdik. Həmin müraciətdə yer alan bəyannamədə 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərin ölkə və siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları, vətəndaşlar üçün mühüm əhəmiyyətini nəzərə alaraq, seçkilərə hazırlıq və seçkilərin keçirilməsi prosesində əməkdaşlıq etmək niyyətimizi ifadə etmişik. Əməkdaşlığın dərəcəsi, sahə və istiqamətlərinin dəqiqləşdirilməsi sonrakı məsləhətləşmələrdə müəyyən ediləcək. Bu zaman ölkədə demokratik siyasi islahatların aparılması, o cümlədən demokratik seçki islahatının aparılması, seçkiqabağı şəraitin demokratikləşdirilməsi, parlament seçkiləri ilə bağlı fəaliyyətin koordinasiyası, demokratik qüvvələrin 2015-ci il parlament seçkilərində vahid koalisiya şəklində iştirakına nail olmaq məsələlərinin prioritetliyi nəzərdə tutulur. Yanvarın 12-də də Demokratik Qüvvələr Birliyində təmsil olunan partiyalarla görüşdük. Bu həftə ərzində bütün bu istiqamətdə görüşləri keçirməyi nəzərdə tuturuq
- Siz partiyanızın qərargahında keçirilən sessiyada Milli Şuradan çıxacağınız barədə bəyanat verəndən sonra Milli Şuranın tədbirləri partiyanızın qərargahında keçirilmədi. Milli Şuranın sədri Cəmil Həsənliyə nə üçün KXCP-nin qərargahında Milli Şuranın tədbirlərinin keçirilmədiyi barədə sual vermişik, deyib ki, bu barədə danışmaq istəmir. Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev isə sırf KXCP-yə təzyiqlərin olmaması üçün Milli Şuranın tədbirlərini KXCP-nin qərargahında keçirmədiklərini bildirib. Hər iki tərəfdə bir inciklik var?
- Bir inciklik yoxdur. Sadəcə, mənim izahını verə bilmədiyim bir hərəkət var ki, niyə Milli Şuranın sessiyaları, Koordinasiya Mərkəzinin toplantıları KXCP-nin qərargahında keçirilmir. Verilən cavablar buna cavab deyil. Oqtay Gülalıyev həm də KXCP-də siyasi məsələlər üzrə müavindir, partiyamıza daha çox bağlıdır, Milli Şurada da mətbuat xidmətinə rəhbərlik edir. Bu məsələlərdə bilərəkdən qarışdırılan izahlar var. Milli Şuranın tədbirləri KXCP-nin qərargahında keçirilməlidir, keçiriləndən sonra baxarıq ki, təzyiq olacaq, yaxud olmayacaq. Həm də mən məsuliyyətlə deyirəm ki, qərargah sizin ixtiyarınızdadır, siz də gəlib tədbirlərinizi keçirmirsiniz. Siz KXCP-nin qərargahında tədbir keçirmək istəmirsinizsə, bunun cavabını mən niyə axtarmalıyam, cavabını siz verməlisiniz. Ancaq aramızda heç bir narazılıq - filan yoxdur.
- Yaxud belə deyək ki, Milli Şura KXCP-nin qərargahında tədbir keçirmək istəmirsə, siz niyə onların çətin şəraitdə keçirdiyi hansısa tədbirdə iştirak etməlisiniz?
- Mən lazım olanda, məsələn, Milli Şura təsis ediləndə, insan haqlarını müdafiə ilə bağlı tədbirə, Leyla Yunus və Eldəniz Quliyevin ofislərinə də getmişəm, tədbirlərində çıxışlar da etmişəm. Amma qeyd etdiyim məsələ ilə bağlı sualların ünvanı mən deyiləm.
- Kənardan belə təəssürat yaranır ki, artıq Mirmahmud Mirəlioğlu Milli Şurada istənmir, arzulanmır. KXCP-nin bir sıra üzvləri də artıq Milli Şuradan istefa verib.
- Milli Şurada üzvlük fərdidir, kim istəyirsə qalır, kim istəyirsə, fərqli addım atır. Milli Şura 2013-cü ildə keçirilən prezident seçkiləri ilə bağlı yaradılmış müxalifətin qurumudur. Milli Şura prezident seçkiləri ilə əlaqədar yaradılmışdı, seçkilərin keçirilməsinin də artıq 1 ili tamam olub. Mən hesab edirəm ki, Milli Şura öz missiyasını bitirib. Bütün rıçaqların əllərində olmasına baxmayaraq, 1 il hakimiyyətdə qala bilməyən dostlarım, əqidədaşlarım sonradan prezident seçkiləri ilə bağlı qurum yaradıb, bəziləri istəyir ki, bu qurum uzunömürlü olsun. Bu adamlar hakimiyyətin uzunömürlü olması üçün belə çalışmadılar, amma müxalifətdə olanda bir qurumun ömrünün sonsuzluğa qədər davam etməsini istəyirlər.
- Milli Şuranın missiyası bitibsə, niyə Mirmahmud Mirəlioğlu missiyası bitmiş bir qurumda qalır?
- Bu ayrı məsələdir, mənim şəxsi məsələmdir.
- Belə anlaşılır ki, bəzi insanların qınağı ilə üzləşməmək üçün Milli Şuradan çıxmaqdan çəkinirsiniz, çünki gördünüz ki, Müsavat Partiyası, "El" Hərəkatı Milli Şuranı tərk edəndə onlar haqqında nələr dedilər.
- Mən heç getməmiş də mənim haqqımda nələr deyirlər?! Sadəcə, Milli Şuranı biz özümüz təsis etmişik. Mən öz təsis etdiyim quruma gedib ərizə ilə müraciət etməliyəm ki, bu qurumdan çıxıram? Ayıbdır, bu qurumu özüm qurmuşam, təsisçinin biri də mənəm.
- Yəni Milli Şuranın missiyası bitdiyi üçün birgə qərar verilməsini zəruri sayırsınız?
- Dəfələrlə demişəm ki, bir siyasi qurumu quranda, bir yerdə bir blok yaradanda, hansısa əhval-ruhiyyə ilə bunu etmişik, ora daxil olmuşuqsa, o əhval-ruhiyyə ilə də oradan ayrılaq. Bir dəfə də bunu edək! Hətta Müsavat Partiyası Milli Şuradan gedəndə də mövqeyim belə olub ki, gəlin bu məsələni elə bu gün bir yerdə həll edək. Buna görə qalmışam. Yeri gəlmişkən, Müsavat Partiyası gedəndən sonra "Milli Şuranı KXCP xilas etdi" deyənlər indi lüğətlərində, tərbiyələrində mənfi nə varsa, hamısını KXCP əleyhinə deyirlər.
- Yəni Milli Şuradan çıxmaqla sonuncu bəhanəni onlara vermək istəmirsiniz?
- Milli Şura gündəmin məsələsi deyil, bu barədə danışmayaq. İndi Milli Şurada üzvlükdür də, qalıb, nə olsun ki?!
- Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun təşəbbüsü ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) yaradılıb. Qubad İbadoğlu hərəkatın gələcəkdə partiyaya çevriləcəyini də istisna etmir. Hərəkatda KXCP üzvləri də təmsil olunur. Hərəkatın partiyaya çevrilməsi KXCP-nin sosial bazasına ziyan vura bilərmi?
- Əslində bizim üzvlərimiz sayılan adamlar, bir neçə müddətdir ki, bizdən üz döndərib, özlərini fraksiya elan ediblər. Biz hesab edirik ki, partiyalaşma olacaqsa, bu artıq ayrı məsələdir. Onlar özləri, hələ ki, bəyan edirlər ki, Müsavat Partiyasının tərkibində fəaliyyət göstərirlər, ADR isə sırf hərəkatdır. Bizim o Hərəkatda olan üzvlərimiz müxtəlif qruplara aiddirlər. Bəzilərini biz partiyadan uzaqlaşdırmışıq və ya özləri partiyadakı fəaliyyətlərini dayandırıblar. Bəziləri də var ki, KXCP ilə əlaqələrini üzüblər. Sadəcə olaraq, biz onları üzvümüz hesab edirik və onlar da özlərini bizim partiyanın üzvü hesab edirlər. Hələlik bu məsələ ortalıqdadır, hüquqi həllini tapmayıb. Hüquqi həllini tapmamasının səbəbi də bizim səbrimizin üstündədir. Onlar ziyan da, xeyir də olsa, nə edəcəklərsə, özlərinə edəcəklər. Hərəkat elə olmur axı?! İndi belə istəyirlərsə, olsun. Orda kifayət qədər təcrübəli insan var, arzu edirəm ki, səhv addım atmasınlar.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ