Ermənistanın ikinci şəhəri Gümridə kütləvi etiraz aksiya iştirakçıları bir ailənin 6 üzvünü öldürməkdə ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun Ermənistana təhvil verilməsini tələb edirlər.
Etiraz iştirakçıları Gümridə Rusiya Federasiyası Konsulluğu, yerli prokurorluq və administrasiya binaları önündə etiraz piketləri keçirib. Daha əvvəl isə yüzlərlə avtomobilçi öz avtomaşınları ilə Gümri şəhərində yürüş keçiriblər. Yürüşə paytaxt İrəvandan gəlmiş onlarla avtomobil həvəskarları qatılıb.
Seryoja Avetisyanla birlikdə onun 6 ailə üzvünü öldürüb, körpə nəvəsini ölümcül yaralamaqda şübhəli bilinən Gümridə yerləşən 102-ci Rusiya hərbi bazasında hərbi xidmət keçən Valeri Permyakov Rusiya hərbi bazasının ərazisində saxlanılır.
Rusiya hərbi bazası yaxınlığında nümayiş iştirakçıları ilə polis arasında toqquşma baş verib.
İrəvanda isə çərşənbə axşamı bir qrup fəallar Rusiya bazasının rəhbərliyini məsuliyyətə cəlb etmək tələbi ilə Rusiya səfirliyi qarşısında etiraz aksiyasını keçiriblər. Onlar Rusiya bazasının təhlükəsizlik qarantı deyil, əksinə, Ermənistanın maraqlarına təhdid etdiyini bəyan ediblər.