Ukrayna prezidenti Pyotr Poroşenko 2015-ci ildə üçmərhələli hərbi səfərbərlik haqqında fərman imzalayıb. APA-nın "112.ua” saytına istinadən yaydığı məlumata görə, dövlət başçısı bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında açıqlama verib. O, fərmanın təsdiq üçün parlamentə göndərildiyini söyləyib.