Cümə axşamı günü, 12 noyabr 2026
     

İlin sonuna kimi Bakı və İrəvan sülh müqaviləsi imzalayacaq

Image


Azərbaycan və Ermənistan liderlərinin son Brüssel görüşündən sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması prosedurunun tezləşdirilməsi ilə bağlı əldə edilən razılıq gündəmin əsas mövzuları sırasında yer alır. Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasının, əslində yaxın aylar ərzində mümkün olduğunu bildirir.

Qeyd edək ki, bu xüsusda prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində önəmli fikirlər səsləndirib. Dövlət başçısı bildirib ki, regionda vəziyyət sülhə doğru inkişaf edir: “Mən İtaliyaya Brüsseldən gəldim. Orada mənim, Avropa İttifaqı Şurasının prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşümüz oldu. Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu. Zənnimcə, bu, görüşün ən mühüm nəticələrindən idi. Bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq. Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib”. Azərbaycanın sülh müqaviləsi ilə bağlı müəyyənləşdirdiyi müddəti, əslində, Ermənistanda da qəbul edirlər. Erməni politoloq Andranik Ovannisyan bildirir ki, həqiqtən də ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması gözlənilir. O qeyd edir ki, Paşinyanın fərmanı ilə Ermənistan Xarici İşlər Nazirliyində Azərbaycanla sülh sazişinin imzalanmasına hazırlıq üçün işçi qrup yaradılıb: “Bu işlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da məşğul olur. Xüsusilə hazırkı nümunə sənəddə ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və Ermənistanla Azərbaycan arasında regional nəqliyyat kommunikasiyalarının blokunun açılması nəzərdə tutulur. Müqavilənin imzalanma vaxtı barədə dəqiq məlumat yoxdur, lakin onun noyabrda baş tutacağı ehtimal edilir”. Onu da qeyd edək ki, Brüsseldə Azərbaycan prezidenti ilə danışıqlardan sonra Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları ilə görüşüb və Ermənistan-Azərbaycan müzakirəsinin təfərrüatlarını təqdim edib. Parlamentin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan bununla bağlı bildirib ki, sülh müqaviləsinin imzalanmasının ləngiməsi Ermənistan üçün fəlakət ola bilər.

Paşinyanın hakim partiyadan olan deputatlarla görüşü barədə hökumətə bağlı media xəbər yayıb və yazır ki, baş nazir deputatlara ilin sonuna qədər sülh müqaviləsi imzalamaqda qərarlı olduğunu deyib. Elə Andranik Köçəryan da sülh məsələsində gecikmənin erməni tərəfinin maraqlarına uyğun olmadığını etiraf edib: “Qarşı tərəf çox yaxşı bilir ki, müqavilənin imzalanmasının ləngiməsinin effekti haradadır. İndi özümüz də elə vəziyyətdəyik ki, vaxtı uzada bilmərik”. Erməni politoloq Benyamin Poqosyan isə diqqəti ona yönəldir ki, sülh müqaviləsində Qarabağın statusu ilə bağlı heç nə olmayacaq: “Azərbaycan 2020-ci il müharibəsində qazandığı qələbədən maksimum yararlanmaq və Ermənistanı saziş imzalamağa məcbur etmək istəyir. Bu xüsusda gözlənilən müqavilədə Ermənistan da Qarabağın inzibati-ərazi vahidi olmadığını tanıyır. Qarabağdakı ermənilər bu fonda Azərbaycan vətəndaşı olacaqlar. Bu, Azərbaycanın qəti mövqeyidir”. Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan da məsələ ilə bağlı maraqlı açıqlamalar verib. O qeyd edir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi məsələsində iki ssenari var: “Onlardan biri Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olmasıdır. Ermənistan hakimiyyəti, faktiki olaraq, Azərbaycana rahat mövqe tutmaq və bəyan etmək imkanı verib ki, Qarabağ erməniləri Azərbaycanın digər ərazilərində yaşayan digər vətəndaşlarla eyni hüquqlara malikdir. İkinci ssenari də var: Azərbaycanın Qarabağa nəzarəti hüquqi cəhətdən möhkəmlənəcək. Danışıqlar prosesində öz müqəddəratını təyinetmə hüququ prinsipi ümumiyyətlə yoxdur. Sülh müqaviləsi Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul etməkdən ibarətdir. İndiki Ermənistan hakimiyyəti Qarabağı artıq tərk edib. Onlar Bakıdan heç bir şəkildə erməni maraqlarını əks etdirməyən, Qarabağ ermənilərinin  öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə təsir etməyən beş təklifi bəyəndilər”. Amerikanın “Stratfor Worldview” saytı da yazır ki, İrəvan Bakının dedikləri ilə razılaşmağa məcburdur: “Ermənistan qoşunlarının yaxın həftələrdə Qarabağdan çıxarılması ikitərəfli mübahisədə Azərbaycanın üstünlüyünü daha da gücləndirəcək. Regionun dağlıq ərazisi ilə əlaqədar nəqliyyat marşrutlarının məhdud olması Azərbaycan genişmiqyaslı hərbi əməliyyata başlayacağı təqdirdə Ermənistan qüvvələrinin dəhlizi ələ keçirmədən Qarabağa qayıtmasını hərbi baxımdan mümkünsüz edəcək. Amma bu risqlərə baxmayaraq, Ermənistan iyulda verdiyi sözə əməl edəcək və sentyabrda bütün qoşunlarını Qarabağdan çıxaracaq. Ermənistan bunu etməsə, bu, Azərbaycanla əlavə toqquşmalara, hətta daha bir irimiqyaslı müharibəyə gətirib çıxara bilər. Bakının daha güclü qüvvələrinin olduğunu nəzərə alsaq, bu, İrəvana baha başa gələcək və ona heç bir xeyir verməyəcək. İndi  Azərbaycan öz üstünlüyündən istifadə edərək İrəvanı Bakının şərtləri ilə sülh sazişi bağlamağa inandırmağa çalışır. Azərbaycan üstünlüyünü nümayiş etdirmək üçün Qarabağda erməni qüvvələrinə qarşı məhdud hərbi əməliyyatlar keçirə bilər. Regionun gələcəyi və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı 2020-ci ildə əldə olunan atəşkəsdən sonra həllini tapmayan bir çox məsələlərə aydınlıq gətirmək üçün sülh sazişi bağlanmalıdır. Həll olunmayan məsələlər arasında Qarabağda qalmağa qərar verən ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsinin əsas mexanizmləri də var. Sülh müqaviləsinin imzalanması, çox güman ki, həm Ermənistanı, həm də Azərbaycanı Türkiyə və Avropa İttifaqı ilə əlaqələri dərinləşdirməyə sövq edəcək. Sülh müqaviləsi Rusiya sülhməramlılarının Qarabağdakı gələcəyini də şübhə altına ala bilər. Tərəflər arasında sülh və Rusiyanın Cənubi Qafqazda iştirakının azalması Aİ və türk investorlarının regionu daha az risqli görməsini təmin edə bilər”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ