Bazar günü günü, 29 noyabr 2026
     

Ramzan Kadırov Dumaya ailəliklə cəzalandırma haqqında qanun layihəsi təklif edib

Image


Çeçenistan Respublikasının millət vəkilləri Rusiya Dumasına terrorçuluqda ittiham olunanların ailə üzvlərinin cəzalandırılmasına dair qanun layihəsi təqdim edib. Qanun layihəsi ilə birlikdə təqdim olunmuş izahat məktubunda deyilir ki, hazırda terror aktları törədənlərin ailə üzvləri və yaxınları heç bir məsuliyyət hiss etmirlər, əksinə intihar bomba partlayışları üçün ödənilən böyük pullar onların ailələrinə çatır.

Qanun layihəsi müəlliflərinin fikrincə, ailə üzvləri və yaxın qohumların məsuliyyət dərəcəsi onların ictimaiyyətə qarşı ağır cinayət törədən qohumlarının fəaliyyətindən nə dərəcədə xəbərdar olduqlarından asılı olmalıdır.

Çeçenistasn parlamentinin spikeri Dukuvaxa Abduraxmanov deyib ki, terrorçunun valideynləri və həddi-büluğa çatmış yaxın qohumları terror aktının hazırlanmasında köməklik göstərdikləri halda məsuliyyətə cəlb olunmalıdırlar. Spiker bu köməyin nədən ibarət ola biləcəyini izah etməyib.

Rusiya mətbuatı yazır ki, ölkənin Cinayət Məcəlləsində artıq "terror fəaliyyətinə kömək” maddəsi mövcuddur. Lakin çeçen qanunvericilərə belə gəlir ki, bu maddə kifayət deyil.


Kollektiv cəzalandırma

Əslində onun hakimiyyətinə qarşı döyüşən yaraqlıların ailə üzvlərinin cəzalandırılması ideyası Çeçenistanın başçısı Ramzan Kadırovdan qaynaqlanır.

Bir çox müşahidəçilərin firkincə, daha doğrusu, bu artıq ideya da deyil, tam miqyasında həyata keçirilən prosedurdur.

Ötən ay yaraqlıların Qroznıya hücumundan dərhal sonra onların yaxın qohumlarının evləri Kadırovun göstərişi ilə yandırılmışdı.

Media xəbərlərinə görə, Dövlət Dumasında əksər millət vəkilləri "kollektiv məsuliyyətin” Cinayət Məcəlləsinə daxil edilməsi təklifini başa düşmədiklərini bildirirlər. Rusiyanın insan haqları qrupları isə qanunvericilik təşəbbüsünü "orta əsrlərə qayıdış” cəhdi kimi qiymətləndirir.


Divantutma əməliyyatlarının qanuniləşdirilməsi

"Kavkazski uzel” internet saytının baş redaktoru Qriqori Şvedov deyib ki, Ramzan Kadırov Rusiya Dumasına belə bir qanun layihəsini təklif etməklə, respublikada qiayamçıların ailə üzvlərinə qarşı artıq həyata keçirilən divantutma əməliyyatlarını legitimləşdirmək istəyir.

"Düşünürəm ki, bu, məhkəməsiz divan tutulmalarına haqq qazandırmaq üçün edilir” – deyib baş redaktor.

Şvedov BBC Rus xidmətinə müsahibəsində deyib ki, "qanun layihəsinə cəza olaraq yaraqlıların ailə və qohumlarının evlərinin sökülməsi və ya yandırılması daxil edilməyib, qalan müddəalar isə Rusiya qanunlarında artıq çoxdan mövcuddur”.

Qriqori Şvedovun fikrincə, bu qanun layihəsində çox sayda anlaşılmazlıqlar var. Məsələn, hər hansı cinayət haqqında məlumatlı olmaqla mülkiyyət müsadirəsinin necə uzlaşdırılacağı bəlli olmur. Layihədə terror aktının hazırlanmasından xəbərdar olmaq, ona kömək etməklə bir qiymətləndirlir.

Çeçenistan millət vəkilləri həmçinin ictimai təhlükəsizliyə qarşı cinayətlər üçün həbsxana cəzasının artırılaraq 15 ildən 25 ilə çatdırılmasını istəyirlər.

Qroznıya hücum edən yaraqlıların qohumlarının evləri yandırılan zaman Ramzan Kadırov bəyan etmişdi ki, "valideynlərin övladların hərəkətləri üçün məsuliyyət daşımadığı dövrlər artıq keçib”.


Kadırovun zəhmi

İnsan haqları qrupları bu qənaətdədirlər ki, Çeçenistan liderinin zəhmindən çəkinən Duma üzvləri təklif olunan layihənin absurdluğunu birbaşa tənqid etməkdənsə, onun məqsədə uyğunluğuna şübhə ifadə edirlər.

Məsələn, "Vahid Rusiya” fraksiyasından Frants Klintseviç TASS agentliyinə deyib ki, terrorizmə görə cəzaların gücləndirilməsinə ehtiyac olsa da, bunun üçün məsuliyyətin terrorçunun ailə üzvlərinin üzərinə qoyulmasının qanuniliyindən əmin deyil: "Onsuz da Şimali Qafqazın heç bir yerində yaxınlardan və qohumlardan nəyisə gizlətmək mümkün deyil… Amma valideynləri "övladlarını düzgün tərbiyələndirmədiklərinə görə” həbsxanaya necə salmaq olar? Burada yüz ölçüb-bir biçmək lazımdır. Hələ üstəlik qəbul olunarsa, bu qanun bütün Rusiya ərazisində qüvvəyə minməlidir”.


Stalindən də qəddar

Rusiya insan haqları müdafiəçiləri ümid edirlər ki, Duma bu layihəni dəstəkləməyəcək. Tanınmış fəal Svetlana Qannuşkina "kollektiv məsuliyyəti” "absurd” adlandırıb:

"Bizə hansısa orta əsrlərə qayıtmağı təklif edirlər. Hətta Stalin vaxtında da deyirdilər ki, oğul ataya cavabdeh deyil və əksinə... Bu isə kollektiv məsuliyyət, kollektiv təqsir, kollektiv cəzadır və yalnız absurd kimi qiymətləndirilə bilər”.

Qriqori Şvedov isə bildirib ki, bu təşəbbüssüz də Çeçenistanda artıq qohumların cəzalandırılması sistemi qurulub və fəaliyyət göstərir: "Çeçenistanda terrorçuları dəstəkləyənlər artıq de-jure yox, de-fakto qanundan kənar sayılırlar. Həm də onlara qarşı bank hesablarının həbsi və mülkiyyətlərinin müsadirəsindən daha ağır cəzalar verilir. Mənə belə gəlir ki, bu qanunvericilik aktı yaxşı heç nə vəd etmir, çünki Çeçenistan artıq çoxdandır ki, qanunlarla yox, Kadırovun dərrakəsi ilə yaşayır”.

Şvedovun sözlərinə görə, Çeçenistan reallığında terrorçuya kömək etmək yox, elə onun qohumu olmaq kifayətdir ki, kimisə cəzalandırsınlar: "Bu qanun layihəsi qanunsuzluğu qaniniləşdirmək məqsədi güdür”.


Kadırovun özü "böyük” sözünə baxırmı?

Rusiyanın müxalifət mətbuatı yazır ki, bu qanunvericilik təşəbbüsünün arxasında şəxsən Kadırovun dayanması heç kim üçün sirr deyil.

Ötən il, dekabrın 4-də yaraqlıların Qroznıya hücumu olmuş, hücum nəticəsində azı 10 çeçen polis öldürülmüşdü. Hadisənin elə ertəsi günü Ramzan Kadırov terrorçuların valideynləri üçün cəzaların tətbiq edilməsi barədə çıxış etdi. Onun bu ilk bəyanatından dərhal sonra qiyamçıların qohumları olduqları güman edilən bir neçə ailənin evləri yandırıldı.

Rusiya prezidenti Vladimir Putin isə Çeçenistan başçısının bəyanatını şərh edərkən, qohumların məsuliyyəti prinsipi ilə razılaşmadığını bildirmişdi. Lakin təhlilçilərin fikrincə, indi Dumaya belə bir qanun layihəsinin təqdim olunması onu göstərir ki, Ramzan Kadırov da öz böyüyünün sözünə heç də həmişə qulaq asmır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ