Rusiya prezidenti Vladimir Putin Osventsim əsir düşərgəsinin azad olunmasının 70 illiyi ilə əlaqədar Polşada keçiriləcək rəsmi tədbirə dəvət olunmayıb. APA-nın "İnterfaks”a istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov V. Putinin iş qrafikində belə bir səfərin olmadığını açıqlayıb.
D. Peskov V. Putinin Osventsimin azad olunması münasibətilə keçiriləcək bayram tədbirinə dəvət olunmadığını söyləyib. Bununla yanaşı, o əlavə edib ki, adətən bu cür tədbirlər üçün rəsmi dəvətnamə göndərilmir. Lakin "Reuters” agentliyi öz mənbələrinə istinadən Polşa tərəfinin şüurlu şəkildə V. Putinə dəvət göndərmədiyi barədə xəbər yayıb.