Özbəkistan heç vaxt keçmiş SSRİ-nin bənzəri olan birliklərə qoşulmayacaq. APA-nın 12news.uz-a istinadən xəbərinə görə, bu bəyanatla Özbəkistan prezidenti İslam Kərimov ölkənin yeni seçilmiş parlamentinin aşağı palatasının ilk iclasında çıxış edib.
Onun sözlərinə görə, hazırda bəzi ölkələrdə ittifaq dövlətinin keçmiş sovet sisteminə qayıdış cəhdləri müşahidə olunur: "Bəzi xarici telekanallarda Lenin və Stalin çağlarının, SSRİ dövrünün təriflənməsi nəzərə çarpır. Biz bu cür yanaşmanı qəbul edə bilmərik. Bizim xalqın istəklərinə cavab verən öz yolumuz var. Bir daha qeyd etmək istəyirəm ki, bu cür keçmişə qayıdış olmayacaq”.