Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Avropada yeni bir kabus...
Tarix: 13.01.2015 / 02:46
Bölmə: Siyasət
Hələ təxminən 10 il öncə Fransaya səfərlərimdən birində axşama yaxın Yelisey çöllərində gəzişərkən ərəb mənşəli fransızların yaratdıqları iğtişaşların şahidi olmuşdum. Səbəb çox bayağı idi. Həmin anda adlarını indi xatırlaya bilməyəcəyim iki ərəb ölkəsinin futbol klubları arasında yoldaşlıq görüşü keçirilirdi. Şəhərin mərkəzi prospekti sayılan Yelisey çölləri ilə aşağı-yuxarı şütüyən bahalı avtomobillərin pəncərə və lyuklarından boylanan fransız gəncləri əllərində həmin ölkələrin bayraqlarını tutmuşdular.
Matçın gedişini avtomobillərdəki radioyayım vasitəsilə izləyən fanatlar üzlərini trotuarla hərəkət edən piyadalara tutaraq azarkeşlik etdikləri futbol klublarına pərəstiş ifadə edən şüarlar səsləndirirdilər. Get-gedə avtomobillərin sayı artır, "avtoxuliqanların" hərəkətləri isə seyr edənləri həyəcanlandırmağa başlayırdı. Matçın sonuna yaxın Yelisey çöllərinin hər iki tərəfi ilə polis nəfərləri sıra ilə düzülsələr də, gənclərin hərəkətlərinə müdaxilə etmirdilər. Matç başa çatan kimi "şou" iştirakçılarının yarısı sevinc eyforiyasında daha bərkdən qışqırmağa və əllərində oyuncaq kimi hərəkət etdirdikləri "Ferrari", "Bentley", "Mercedes" idman avtomobillərini daha kəskin manevrlərlə hərəkətləndirməyə başladılar. Şou iştirakçılarının digər yarısının sifətlərində isə aqressiv bir məyusluq hiss olunurdu. Qalib klubun fanatlarının "yekəxanalığına" dözməyən məyuslar tezliklə ərazini tərk edib bütün turistlərin də maraqla izlədikləri şou səhnəsini öz rəqiblərinə buraxdılar. Onların sevinci isə bitmək bilmirdi. Və nəhayət, hay-küy və qışqırıqların fonunda küçə boyunca bir neçə yerdə qalanan tonqalların tüstüsü Yelisey çöllərini bürüdü. Təxminən yarım saat ərzində adı dillər əzbəri olan, yüzlərlə filmlərdə, romanlarda, mahnılarda vəsf olunan gözəl Şanz-Elize sanki xarabalığa çevrildi.
Bütün bu ərköyünlüyü laqeydliklə izləyən polis nəfərləri bu qalmaqalın iştirakçılarına güldən ağır söz demədən, sadəcə, kuryoz tamaşaçıları kənara çəkilməyə və sanki ətrafdakı hər şeyi didib-dağıtmağa hazır olan gənclərə müdaxilə etməməyə çağırırdı. Bu qəribə "şou" başa çatdıqdan və ərköyün ərəb-fransızlar ərazini tərk etdikdən sonra küçəyə tökülüşən kommunal işçilər fanatların yandırdıqları və qoyub getdikləri zibil təpələrini təmizləməyə başladılar. Tamaşaçıların üzlərindəki ifadələr isə müxtəlif idi. Bu səhnədən sevinənlər də, təəccüb hissi keçirənlər də, hətta həyəcan və qorxu hissləri yaşayanlar da var idi. Yanımdakı fransız dostumdan polisin niyə müdaxilə etmədiyini soruşduqda o da soyuqqanlılıqla "...gənclər heç kimə ziyanlıq gətirmədən bayram edirlər, polisin bu anda qarışmağa haqqı yoxdur", deyə buna ehtiyac olmadığını bildirdi. Belə cavabdan sonra sualı verdiyimə utansam da, sanki yanaşmanın tam doğru olmaması və belə ifratçılığın ən azı faydalı olmaması fikri ilə özümə təskinlik verdim. Sonrakı illərdə isə ərköyün ərəb-fransız uşaqlarının könlünə küçələrdə saxlanmış avtomobilləri çevirərək yandırmaq düşdü və artıq bu bir ənənəyə, daha doğrusu, rituala çevrilib. Hər ilin eyni günündə Paris küçələrində yüzlərlə avtomobil heç bir səbəb olmadan yandırılır və Fransa jandarmı hər vəchlə bunun qarşısını almağa çalışır.
O zamandan bir sual məni çox düşündürür. Artıq iki yüz ildən çox müddətdə insan haqlarının qorunduğu bir cəmiyyətdə, söz və fikir azadlığı mühitində yaşamağı həyat tərzi seçmiş demokratik Fransanın bugünkü gəncliyi nədən belə aqressivdir?
Son günlər ərzində baş verən hadisələrin episentri Paris olsa da, terrorçular tərəfindən məşhur "Şarli Hebdo" əməkdaşlarının qan donduran amansızlıqla həyata keçirilən qətliamı bütün Avropanı gərginlikdə saxladı. İyirmiyə yaxın adamın həyatına son qoyan terror və antiterror əməliyyatları Avropanı bir daha silkələnməyə və Avropa üçün toxunulmaz hesab olunan söz azadlığı və insan haqları kimi müqəddəs ideallar ətrafında yenidən birləşməyə səslədi. Terror qurbanlarının xatirəsinə ehtiram və terrora nifrət fransızlarla yanaşı, bütün Avropa ölkələrinin də vətəndaşlarını küçələrə çıxardı. Hələ baş verənlərin doğurduğu təəccüb, təəssüf və nifrət hisslərinin qarışığında çıxış yolu arayan siyasətçilər miqrantlara qarşı tədbirlərin sərtləşdirilməsindən tutmuş, ölüm hökmünün yenidən qüvvəyə minməsinə qədər ciddi təkliflər səsləndirdilər. Fransa prezidenti Fransua Olland isə vətəndaşları terrora qarşı müqavimətə və milli həmrəyliyə çağırdı. Avropanın bütün şəhərlərində yüz minlərlə insan söz azadlığının müdafiəsi üçün həmrəylik mitinqlərinə qatıldı. Paris küçələrində "Mən Şarliyəm" şüarı altında Avropa ölkələrinin dövlət rəhbərlərinin iştirakı ilə milyonların marşı keçirildi. Beləcə, Fransanın çağdaş tarixinin daha bir qanlı səhifəsi yazıldı və qapandı. Hadisələr bitdi, ortada isə cavabsız suallar qalır.
Son yüz il ərzində Fransa Avropanın ən çox miqrant qəbul edən ölkəsi olub. Ölkədə sığınacaq tapıb, ailə qurub, nəsil davam etdirən 8 milyondan artıq miqrantın təxminən 42%-i, yəni 3,5 milyonu müsəlman ölkələrindən gələnlərdir. Fransa hökuməti miqrantların cəmiyyətə adaptasiya olunması üçün hazırladığı mükəmməl proqramlar əsasında doğrudan da onların sosial müdafiəsini, səhiyyə ehtiyaclarını və təhsil haqlarını uğurla təmin edir. Belə olan halda, öz tarixi ölkələrində bütün bu imtiyazlardan məhrum olan "gəlmələrin" iddiası nə ola bilər? Vaxtilə əsasən Şimali Afrika ölkələrindən gəlmiş miqrantların ikinci və hətta üçüncü nəsil xələflərini doğulub boya-başa çatdığı, təhsil aldığı, bütün hüquqlarının təmin olunduğu ölkədə nə qane etmir? İndi Fransa mətbuatında, eləcə də digər Avropa ölkələrinin mətbuatında dərc olunan müsahibələrdə siyasətçilərə, psixoloqlara, sosioloqlara və s. verilən bu sualların cavabları da müxtəlifdir: bəzi mülahizələrdə terror aktlarının "Əl-Qaidə", İŞİD və digər dini cərəyanların təmsilçiləri tərəfindən həyata keçirilməsi ehtimal olunur. Sözügedən terror aktının keçən il Fransanın Malidə keçirdiyi hərbi əməliyyatların doğura biləcəyini iddia edənlər də var.
İlk diqqəti çəkən isə bütün müsahiblərin terrorçuların müsəlman olduğunu önə çəkməsidir. Doğrudur, onların bir çoxu terrorçuluğun həqiqi islamla heç bir əlaqəsi olmadığını vurğulasalar da, eyni zamanda hamısı bu kimi halların islam radikalizmindən irəli gəldiyinə əmindirlər. Bir çox şərhlərdə islam radikalizminin Oman, Qətər, Səudiyyə Ərəbistanı kimi ölkələrdə meydana gəldiyi də söylənilir. Odur ki, ərəb ölkələrinin Fransadakı səfirlikləri öz hökumətləri adından terroru pislədiklərini və terrora qarşı mübarizədə Avropa hökumətlərinə hər zaman hər cür dəstək verdiklərini dönə-dönə bəyan edir, sanki baş verən hadisələrdə təmsil etdikləri ölkələrin günahlandırıla biləcəyindən ehtiyatlanırlar. Fransanın bir sıra şəhərlərində isə keçən günlər ərzində artıq məscidlərə qumbara atılması faktları da qeydə alınıb. Lakin bütün bunlar baş verənləri izah etmək, hadisələri doğuran səbəbləri və onların ilkin şərtlərini ortaya çıxarmaq üçün uğurlu çıxış yolu deyil. Çünki hansı inancdan, hansı ideoloji mənbədən qidalanmasından və harada meydana gəlməsindən asılı olmayaraq radikalizm istənilən təzahür formasında sivil cəmiyyətə xas olan xüsusiyyət deyil. Ona görə də bu şəraitdə radikalizmin harada meydana gəlməsindən daha çox harada, hansı cəmiyyətdə və hansı səbəbdən baş verməsi sualı daha önə çəkilməlidir. Verilən şərhlərdə hadisələrin bir təfərrüatı unudulur ki, bu gün dini radikalizmin təzahürü adıçəkilən islam ölkələrində deyil, məhz Avropada - demokratiyanın beşiyi sayılan Fransada baş verir. Öldürülən terroristlərin də heç biri Avropaya başqa ölkələrdən gəlməyib. Yəni hadisənin baş verdiyi məkan Fransa, hadisəni törədənlər isə fransızlardır.
Bu günə qədər bir çox Avropa ölkələrində baş vermiş qanlı terror aktlarının icraçıları da məhz həmin ölkələrin öz vətəndaşlarıdır. Onların bir çoxu artıq tarixi ana dillərində danışa da bilmirlər və bütün hüquqi parametrlərinə görə onlar əsl fransızlar, əsl ingilislər və ya əsl ispanlardır. Başqa sözlə desək, bu terrorçular Avropada doğulub, Avropanın suyunu içib, çörəyini yeyib, təhsilini və tərbiyəsini almış uğursuz vətəndaşlardır. Hazırda Suriyada müxtəlif yönümlü terror qruplarının tərkibində döyüşən 1100-dən çox fransızın, 600-dən çox ingilisin və digər avropalıların əksəriyyətinin də əvvəllər heç zaman islam ölkələrində olmaması danılmaz faktdır.
Bu halda, Avropa vətəndaşının haradasa meydana gəlmiş islam radikalizminə yoluxmasının səbəblərini ərəb ölkələrində axtarmaq o qədər də məntiqli görünmür. Demək olar ki, bütün siyasətçilərin, eləcə də Fransa prezidenti Ollandın bu hadisələrlə bağlı öz xalqına müraciətində dediyi kimi, terrorçuların islam dini ilə heç bir əlaqəsi yoxdur.
Ümumiyyətlə, sivil cəmiyyətlərdə istənilən dinə bəşəriyyətin inkişaf tarixinin müəyyən mərhələsində bəşər övladı tərəfindən yaradılmış qeyri-maddi mədəniyyət nümunəsi, antik cəmiyyətin əxlaq kodeksi kimi baxılmalıdır və etiraf etməliyik ki, bəzi istisnaları nəzərə almasaq, belə də baxılır. Deməli, problemin kökü dində deyil, hadisələrin baş verdiyi cəmiyyətlərin daxilində axtarılmalıdır. Bütün dünya isə Avropa cəmiyyətində demokratiyanın hökm sürdüyünü, fikir və söz azadlığının insan azadlıqlarının önündə getdiyini, vətəndaşın rifah halının ən yüksək səviyyədə təmin olduğunu iddia edir. Bəli, bütün dünyaya Avropa dəyərləri kimi təbliğ olunan dəyərlərin çoxu doğrudan da heyranedicidir. Onda bəs paradoks nədədir? Bəlkə səbəbin kökündə terrorçuların dədə-babalarının hansı ölkədən gəlməsi yox, onların belə yüksək rifah cəmiyyətində hansısa səbəbdən uğursuz olmaları dayanır? Əlbəttə, cəmiyyəti maddi rifah bolluğunda «bəsləmək» hökumətlər üçün qürur və şərəf işidir. Lakin, görünür, maddi rifahın yüksək səviyyəsi cəmiyyətin tam sağlamlığı üçün yeganə zəruri şərt deyil və ya kifayət deyil.
Yüksək mədəni dəyərlərin hökm sürdüyü iddia edilən bir cəmiyyətdə vətəndaşın öz həmvətənlərinə qarşı terror aktı həyata keçirməsi, söz və fikir azadlığına təcavüz etməsi, insanlığa qarşı cinayət törətməsi faktı məncə ortadakı sualları ilk növbədə Avropa cəmiyyətinin özünə ünvanlamağı tələb edir. Bu qədər liberal-demokratik dəyərlərin hökm sürdüyü mühitdə yetişmiş vətəndaşlar niyə öz cəmiyyətlərinə qarşı belə amansızdırlar? Cəmi bir neçə il öncə öz millətinin 80-ə yaxın gəncini qətlə yetirmiş və 20 il həbs cəzasına məhkum edilmiş Breyviki bu qədər qəddarlaşdıran nə olmuşdu? Yeri gəlmişkən, bəzi Qərb şərhçiləri hazırda rasizm və nasizm kimi neqativ halların Avropa cəmiyyətində mövcudluğunu etiraf edərək intensivləşən terror aktlarının bu kimi hallara qarşı bumeranq effekti ola bilməsini də istisna etmirlər. Fransanın daxili işlər naziri isə öz çıxışında ölkədə hüquq-mühafizə sisteminin mükəmməl olmadığını etiraf etdi.
Antiterror üzrə fransalı ekspert Klod Monikenin «Euronews» telekanalına müsahibəsi də maraq doğurur. Belə ki, cənab Monike öz müsahibəsində Fransa xüsusi xidmət orqanlarında ölkədə terror törətmək ehtimalı olan bütün vətəndaşların siyahısının mövcudluğunu, o cümlədən, Şərif və Səid Kuaşi qardaşlarının da çoxdan «qara siyahı»da olduğunu bildirdi. Teleaparıcının «...belə olan halda xüsusi xidmət orqanlarının bu şəxsləri niyə vaxtında neytrallaşdırmaması və ya heç olmasa onları müşahidə altında saxlamaması» haqqında sualına Klod Monikenin cavabı da bəzi məqamlara aydınlıq gətirir. «...Birincisi, onların sayı 1000-2000 nəfərdir, bu qədər adamı nəzarət altında saxlamaq bizim hüquq-mühafizə orqanlarının (yəni Fransanın - CF) gücü xaricindədir. Çünki, bir tərəfdən, insan haqları adı altında spekulyasiya ifrat həddə çatıb. Polis orqanlarının müasir cihazlarla texniki təchizatı üçün vəsait istənildikdə dərhal «insan haqları» adı altında cəmiyyətdə isterika yaşanır və hər hansı bir addım «psevdodemokratların» müqaviməti ilə rastlaşır. İkincisi, hazırda ölkənin hüquq-mühafizə və gömrük orqanlarında korrupsiya o həddə çatıb ki, zabitlər artıq ölkənin təhlükəsizlik məsələlərinə də biganə yanaşırlar...». Mənə elə gəlir ki, ekspertin cavabı Fransadakı, bəlkə də bütün Avropadakı bugünkü gerçəkliyi obyektiv şəkildə əks etdirir və qismən də olsa hadisələri doğuran səbəblərə işıq salır. Amma səbəblərin tam siyahısı bununla da bitmir. «Soyuq müharibə» erası başa çatdıqdan sonra yaranmış yeni şəraitdə güc və söz sahibi olan Qərb dövlətləri qlobal siyasət meydanında baş verən rəqabət mühitində bəzi universal dəyərlərdən geri çəkilməyə başlamışlar. Bu daha çox Avropanın qeyri-qərb dövlətlərinə qarşı münasibətlərində beynəlxalq hüquq və beynəlxalq ədalət normalarına ikili yanaşmasında özünü göstərir. Məsələn, keçən il ərzində Ukraynada baş verən hadisələrə Qərbin sərgilədiyi obyektiv münasibət bundan daha əvvəl Azərbaycanda, Gürcüstanda və Moldovada baş vermiş hadisələrə olan münasibətdən xeyli fərqlənir. Əslində isə, bütün bu ölkələrdə baş verənlər eyni ssenari üzrə, eyni qüvvələr tərəfindən həyata keçirilmiş ilhaq faktlarıdır. Artıq 25 ilə yaxın bir müddətdə davam edən Azərbaycan-Ermənistan münaqişəsinə Avropa tərəfindən qərəzli yanaşma da Avropa siyasətinə, onun ədalətliliyinə etimadı azaltmaqdadır. Beynəlxalq ədalətin təmin edilməsi sahəsində nümayiş etdirilən ayrı-seçkilik isə heç də Avropanın nüfuzunun möhkəmlənməsinə xidmət etmir. Dünyadan, xüsusilə də hələ möhkəmlənməmiş yeni dövlətlərdən ikitərəfli iqtisadi-siyasi münasibətlərdə özləri üçün əlavə imtiyazlar qoparmaq məqsədilə onlarla ikili standartlar əsasında qərəzli davranan Qərb dövlətləri və siyasətçiləri də bunu yaxşı bilirlər. Buna baxmayaraq, həm Fransa, həm də bütüvlükdə Qərb dövlətləri, yerli-yersiz, qeyri-qərb cəmiyyətlərini korrupsiya və insan haqlarının pozulması iddiaları ilə şantaj etməkdən çəkinmirlər. Qərb dövlətləri vaxtaşırı dünyanın müxtəlif bölgələrində peyda olan PKK, «Əl-Qaidə», «Boko-Haram», İŞİD və s. kimi terror təşkilatlarının bir çox hallarda onlar tərəfindən dəstəklənməsi və maliyyələşdirilməsi haqqında səsləndirilən iddiaları da hələ ki, inandırıcı şəkildə təkzib etmək iqtidarında deyillər. Bəzi hallarda Avropa dövlətləri özləri söz və fikir azadlığına dövlət səviyyəsində birbaşa təcavüz edirlər. Fransa Senatında qondarma «erməni genosidini» tanımamağa görə vətəndaşa qarşı cinayət işinin açılmasını nəzərdə tutan qanunun qəbul edilməsi sadəcə bir terrorçunun deyil, «lazım gəldikdə» siyasi maraqlar naminə elə dövlətin özünün də cəmiyyətdə söz və fikir azadlığına sipər çəkməsini sübut etmirmi? Avropa esteblişmentində hakimiyyət uğrunda mübarizədə siyasi spekulyasiyalar, qorunması və daha da möhkəmləndirilməsi zəruri olan mənəvi-etik dəyərlərin siyasi oyunlara qurban verilməsi Qərb cəmiyyətində mənəvi-əxlaqi dəyərlərin aşınmasına gətirib çıxarır. Siyasət mənəvi-əxlaqi dəyərlər müstəvisindən kənarda formalaşdıqda isə cəmiyyət «xəstələnir». Beləliklə, cəmiyyətin dərin qatlarında inkubasiya dövrünü yaşayıb birdən-birə üzə çıxan və müasir Qərb cəmiyyətini silkələyən intihar, eynicinsli evlilik və terror kimi xəstəlikləri ilk növbədə Qərb siyasətçiləri özləri dövriyyəyə gətirir və bu kimi halların mövcudluğundan müəyyən siyasi ambisiyalara nail olmaq üçün sui-istifadə edirlər. Bütün bu oyunların baş verdiyi qlobal siyasət meydanında dünyanı idarə etmək iddiası ilə çox uzaqlardakı labirintlərdə dolaşan Qərb siyasəti öz çıxış nöqtəsindəki - Avropadakı daxili vəziyyətdən xəbərsiz kimi görünür. Belə görünür ki, başları digər ölkələrə «demokratiya və azadlıq», «dözümlülük və tolerantlıq» dərsi keçməyə qarışmış Avropa hökumətləri, Avropa Birliyinin çoxsaylı qurumları öz cəmiyyətlərinin «diaqnostikasına» və «profilaktikasına» diqqət ayırmağı unudublar. Halbuki, ilk növbədə onlar öz vətəndaşlarının hansı səbəblərdən uğursuzluğa düçar olub öz taleyini terrora qurban verdiyini araşdırmalıdırlar.
Avropada isə yenə bir kabus dolaşmaqdadır. Lakin bu, məşhur sitatda deyildiyi kimi, kommunizm kabusu deyil. Bu, heç də ondan az təhlükəli olmayan terror kabusudur. Tarix bir çox qlobal fəlakətlərin dünyaya Avropadan yayılmasının şahididir. Belə bir təhlükə qarşısında bu dəfə də Avropa daha sıx birləşməli və yeni kabusun bütün dünyaya yayılmasının qarşısını almaq üçün ilk növbədə onu doğuran səbəbləri aradan qaldırmalıdır. Bunun üçünsə Avropa siyasəti özündə qeyri-qərb cəmiyyətləri ilə əməkdaşlıqda bərabərlik, tərəfdaşlıqda etibar, mədəniyyətdə universallıq, siyasətdə əxlaq, dünyaya münasibətdə səmimiyyət və ən başlıcası isə, universal ədalət təcəssüm etdirməlidir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ