Parisdəki hücumları qınamaq və yüksələn irqçilik ilə İslam basqılarına qarşı çıxmaq məqsədilə müsəlman təşkilatları ilə birlikdə Almaniya kansleri Merkel və hökumət üzvlərinin də iştirakı ilə Berlində nümayiş keçiriləcək.
Baki-xeber.com xəbər verir ki, alman hökumətinin sözçüsü Georg Streiter Almaniya Türk Toplumu (TGB) və Müsəlmanların Mərkəz Şurası (ZMD) tərəfindən çərşənbə axşamı yerli vaxtla saat 18:00-da Brandenburg Qapısı qarşısında keçiriləcək nümayişə, baş nazir Angela Merkel, baş nazir köməkçisi Sigmar Gabriel və nazirlərin də qatılacağını bildirib.
TGB və ZMD tərəfindən təşkil edilən nümayişlə, Parisdəki terror hücumlarını qınamaq, Almaniyada son aylarda yüksələn irqçiliklə İslam basqısına diqqət çəkməyi qarşısına məqsəd qoyub.
"Birlik içində, hərəkət edirik" şüarı ilə keçiriləcək nümayiş, Berlinin tarixi Brandenburg Qapısı önündəki Paris Meydanında reallaşdırılacaq.