Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Topkapı Muzeyinin bərpası tamamlanan hissələrinin açılış mərasimində iştirak edib. Baki-xeber.com «Sabah» qəzetinə istinadən xəbər verir ki, Ərdoğan mərasimdə çıxış edərək maraqlı açıqlamalar verib: Topkapı Sarayını qorumaq bizim üçün bir tarixi vəzifədir. Fatih Sultan Mehmet Xandan başlayaraq, əməyi olan hər kəsdən Allah razı olsun.
İstanbulu mənəvi olaraq taclandırılan bütün əcdadımızdan Allah razı olsun. Topkapı Sarayı uzun müddətdir muzey kimi istifadə olsa da bəzi hissələr bağlıdır. 2007-ci ildə müqəddəs əmanətlər dairəsinin silah nümayişi hissəsi ilə digər hissələri açmışdıq. Hünkar məscidi də ötən il yenidən ziyarətə açıldı. Bu gün də bir qisminin açılışını edirik. Qiymətli nazirimizin də söylədiyi 13 ildir bağlı olan Zülüflü Baltacılar Ocağı açılır. İlk dəfə açılacaq olan Karaağlar Hünkar süfrəsi hissəsi də bu gün açılır.
Topkapı Sarayının içərisində olan suları axmayan və ya axıdılmayan fontan yenidən işə başlayır. Bu işlərin fasiləsiz şəkildə davam etdirilərək Topkapı Sarayının ziyarətə açılması lazımdır. Yeni nəsillər üçün Topkapı Saray kimi simvolların olması lazımdır. Yəni əcdadı ilə özünü aşağılamayacaq özünü yüksəldəcəkdir. Bunlar gənclərimizin üfüqünü açacaq. Yanlış filmlərdən tarixi öyrənmək başqadır, buradan öyrənmək başqadır.
Buraları axur kimi istifadə ediblər
Burada elə yerlər var ki, təəssüf ki, kədərlənərək deyirəm, buraları axur kimi istifadə ediblər. Bunları şəxsən gəlib gördüm. Tariximizə və əcdadımıza aid əsərlərin təmiri və ayağa qaldırılması işlərini yaxından təqib edirik. 5 minə yaxın əsər gələcəyə qazandırılmışdır.
Keçmişini bilməyən gələcəyini inşa edə bilməz. Bu şüuru 7-dən 70-ə hər kəsə izah etməmiz lazımdır. İnşallah önümüzdəki dövrdə əlaqədar ictimai təşkilatlarımız, qeyri-hökumət təşkilatlarımızla əl-ələ verək hərəkət edəcəyik. Xeyirli olmasını diləyirəm və hamınızı sevgi hörmətlə salamlayıram.