Fransadakı «Charlie Hebdo» yumor jurnalına edilən hücumun Londonla əlaqəsi olduğu iddiası gündəmə gətirilib. «Times» qəzetinə görə, qırğınla bağlı şübhəlilərin yolu Londonistan adı verdikləri bir yerdə kəsişir.
Baki-xeber.com xəbər verir ki, qəzet Fransadakı hücumu reallaşdıran üç təcavüzkarın İngiltərədə yaxın əlaqədə olduğu şəxsin 1990-cı illərdə Londondakı Finsbury Park Məscidində intiharçı-kamikadze olmaq üçün təşkilata qoşulduğunu iddia edir.
"Londonistan üç təcavüzkarla əlaqəlidir" başlıqlı xəbərdə qəzet, 12 nəfərin ölümündən məsul olan Koaşi qardaşlarının ağıl müəllimi olduğu iddia edilən Djamel Begdalın Şərif Koaşi ilə 2010-ci ildə birlikdə çəkilmiş şəkilini də yayıb.
Londonistan ifadəsi sürgündəki dini qrupların məskunlaşdığı mərkəzin adına deyilir.
Şimali Londondakı Finsbury Park Məscidinin keçmiş imamı Abu Həmzənin terror ittihamlarına görə, Amerikada ömürlük həbs cəzasına məhkum edilib. 1990-cı illərdə Finsbury Park Məscidinin imamı vəzifəsini yerinə yetirən Abu Hamza El Masri, məsciddə cinayətə təşviq etmək iddiaları ilə həbs edilib və iki il əvvəl də ABŞ-a ekstradisiya edilib.
«Daily Mirror» qəzeti də Parisdəki marketə basqın edən Amedi Kolibalinin «Əl Qaidə»nin keçmiş əsas adamlarından biri Djemal Beghal ilə 2 il əvvəl birlikdə çəkilmiş şəkillərini yayıb. Beghalın İngiltərənin Leicester şəhərində terror evi yaratdığını yazan qəzet, Kolibali ilə iki il əvvəl eyni məkanda bir araya gəldiyini qeyd edib.
Qəzet, hazırda Fransada həbsxanada olan 50 yaşlı Beghalın Şərif Koaşini təşkilata qoşduğunu və onların Beghalın Parisdəki ABŞ konsulluğunu partlatmaq planına görə, həbsə olunmasının ardından burada tanış olduqlarını iddia edir.
«Daily Mirror», Beghalın 2009-ci ildə milli təhlükəsizliyi təhdid etdiyinə görə, İngiltərəyə girişinin yasaqlandığına bildirir.