"Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə çox dəqiq çıxış etdi və bir daha göstərdi ki, işğal altında olan torpaqlarımızın düşməndən azad olunmasında israrlıdır”. Bunu Trend-ə Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışını şərh edərkən millət vəkili Tahir Rzayev deyib.
Millət vəkili vurğulayıb ki, Prezident bir daha bəyan etdi ki, əgər sülh yolu ilə olmasa, biz işğal edilmiş torpaqlarımızı hansı vasitə ilə olursa-olsun, azad edəcəyik.
T.Rzayev əlavə edib ki, əlbəttə, bu, ölkə rəhbərinin, eyni zamanda Azərbaycan xalqının prinsipial mövqeyidir: "Bizim torpaqlarımız düşmən tapdağı altında qala bilməz. Ancaq çox təəssüflər olsun ki, beynəlxalq qurumlar, bu münaqişəni həll etməyə cavabdeh olan ATƏT-in Minsk qrupu məsələyə ikili standartlardan yanaşır, işğalçını işğalçı kimi göstərmir, işğalçı haqqında ciddi sanksiyalar həyata keçirmir, onlara öz yerini göstərmir. Bu da Azərbaycan Prezidentini ciddi narahat edir və digər yollara əl atmağa sövq edir”.