Bazar günü günü, 29 noyabr 2026
     

Dağıstan azərbaycanlılarının taleyi qeyri-müəyyənlikdə...

Image


Dağıstanda yaşayan soydaşlarımızla bağlı son dövrlərdə bu respublikanın icra hakimiyyəti orqanlarının həyata keçirdiyi siyasət heç də birmənalı xarakter daşımır. Özü də bütün bu hallar Ramzan Abdulatipovun burada rəhbərliyə gəlməsindən sonra müşahidə olunur. O və kadrlarının həyata keçirdiyi siyasət soydaşlarımızın getdikcə daha böyük narazılığına səbəb olur.
Son günlərdə isə Dərbənddə Nizami Gəncəvinin heykəlinin yandırılması, Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin heykəlinin sındırılması, tanınmış din xadimi Seyid Mirqafar ağanın qəbrinin təhqir edilməsi soydaşlarımızın səbrini daşdırıb. Bununla bağlı olaraq Dərbənd şəhərində yaşayan azərbaycanlılar mitinq keçirib. Onlar Dərbənd şəhər meri İmam Yaraliyevin istefasını, Dərbənddə sosial problemlərin həll edilməsini tələb edib. Baş verənlərə görə soydaşlarımız şəhərin meri Yaraliyevi suçlayıb. Mitinq iştirakçılarından birinin sözlərinə görə, Dərbənd şəhər rəhbərliyi ildən-ilə üst-üstə yığılıb qalan sosial problemləri həll etmək istəmir: "Biz şəhər meri İmam Yarəliyevə, Dağıstan prezidenti Ramzan Abdulatipova, Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə daimi nümayəndəsi Sergey Məlikova problemlərimizin həlli xahişi ilə dəfələrlə müraciət etmişik. Dərbəndin əsasən azərbaycanlılar yaşayan 7 mahalında mənzil-kommunal şəraiti dəhşətli vəziyyətdədir. Bizim normal yolumuz yoxdur, su təchizatı pis gündədir, antisanitariya baş alıb gedir. Şəhərin yubileyi olacaq. Amma Dərbəndin azərbaycanlılar yaşayan qədim hissəsi təmir-abadlıq proqramına daxil edilməyib. Nə qədər şikayət etsək də baxan yoxdur".
Digər mitinqçi isə deyib ki, İ.Yarəliyev şəhərə divan tutur: "O, hakimiyyəti qəsb edib. Dərbənddə özbaşınalıqdır. Hamısını onun adamları edir. Yanvarın 12-də seçkilər olacaq. Yarəliyev öz nəzarətində olan şəhər məclisi deputatlarının əli ilə öz səlahiyyət müddətini daha 4 il uzatmaq istəyir. Halbuki, xalq ümid edirdi ki, o bu il vəzifəsindən, nəhayət ki, gedəcək". Xatırladaq ki, azərbaycanlıların kompakt yaşadığı Dərbənd şəhərinin milliyyətcə ləzgi olan meri İmam Yarəliyev Moskvada yaşayan dərbəndli oliqarxları onu devirməyə çalışmaqda ittiham edib. Bundan sonra Dərbənddə azərbaycanlılara qarşı aqressiya daha da güclənib. Faktiki olaraq Dərbənd meri Seyid Mirqafar ağanın ziyarətgahının dağıdılmasında azərbaycanlıların özlərini ittihama məruz qoyub. Elə proseslər də Dərbənd şəhərinin Şıxsalah qəbiristanlığında ziyarətgah olan Seyid Mirqafar ağanın qəbrinin dağıdılmasından sonra kəskin xarakter alıb. Xatırladaq ki, ziyarətgahın dağıdılmasının məsuliyyətini Dağıstandakı heç bir qruplaşma öz üzərinə götürməyib. Dərbənd əhalisi bu vandalizmdə vəhhabiləri günahkar görür. Amma bəziləri məsələnin arxasında siyasi çaların da olduğunu deyir. Onların fikrincə, bəziləri ziyarətgahı dağıtmaqla Dərbənddə milli qarşıdurma yaratmağa can atır. Xatırladaq ki, İ.Yarəliyev 2014-cü ildən Dərbənd şəhərinin meridir. Dərbənd rayonunun meri isə seçki yolu ilə seçilmiş əslən azərbaycanlı Qurban Qurbanov idi. Rəhbərlik müddətinin 2015-ci ilin ortalarında başa çatmasına baxmayaraq, Dağıstan prezidenti Ramzan Abdulatipov 2014-cü ildə Q.Qurbanovu vəzifədən kənarlaşdırıb. Abdullatipov bu addımı ilə azərbaycanlıların mövqeyini zəiflətmək, Dərbənd rayonunun təbii resurslarını qeyri-azərbaycanlılara paylamaq kimi niyyətini həyata keçirmək istəyir. Qurban Qurbanovun vəzifəsindən çıxarılması haqda qərarı Mahaçqalanın Sovetsk rayon məhkəməsi qəbul edib. Məhkəmə qarşısında Qurbanovun vəzifədən azad edilməsi barədə vəsatəti Rusiya İstintaq Komitəsinin Şimali Qafqaz regionu üzrə idarəsi qaldırmışdı. Q.Qurbanov hazırda ev dustağıdır və onun barəsində cinayət işinin araşdırması gedir.
Xatırladaq ki, ilk əvvəl ötən əsrin 60-cı illərindən etibarən Dərbəndi idarə edən Qurbanovlar klanının nümayəndəsi olan Dərbənd rəhbəri Abdulatipovun çağırışına qulaq asmadı və istefa verməyəcəyini elan etdi. Hətta öz tərəfdarlarını mitinqə topladı. Bunun ardınca Dağıstan hüquq-mühafizə orqanları Dərbənd administrasiyasına basqın edib bütün sənədləri apardılar, daha sonra Q.Qurbanova qarşı cinayət işi qaldırıldı. Bu günlərdə isə onu həbs etdilər. Q.Qurbanov həbs edilsə də bir neçə həftə sonra onu ev dustaqlığına buraxdılar. Ona qarşı irəli sürülmüş ittihama görə, Qurbanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyə mülkiyyətində olan 56 hektar torpağı şəxsi istifadəyə verib. Lakin Q.Qurbanov deyir ki, ona qarşı irəli sürülmüş ittiham əsassızdır və heç bir məhkəmə perspektivi yoxdur. Qurbanov, həmçinin, məhkəmənin onu vəzifəsindən azad etmək barədə qətnaməsinə etiraz edib.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ