Bazar günü günü, 29 noyabr 2026
     

Parisi silkələyən terrorçuların şəxsiyyəti barədə maraqlı məlumatlar əldə edilib

Image


Fransanın paytaxtı Parisdə iki gün əvvəl bir polisi öldürən və dünən də yəhudilərə aid bir marketə basqın edərək dörd adamın ölümünə yol açdıqdan sonra polis əməliyyatı nəticəsində ölü ələ keçirilən Amedi Kulibalinin (Amedy Coulibaly) polis tərəfindən axtarılan sevgilisi Fransanı tərk edib.

Baki-xeber.com xəbər verir ki, Fransanın beynəlxalq axtarışa verdiyi Hayat Bumeddyen (Hayat Boumeddiene) hazırda Parisdəki terror dalğası ilə bağlı ən çox maraq doğuran şəxsə çevrilib. Ancaq yayılan məlumatlara görə Hayat Bumeddyen Suriyaya qaçıb.

Hayat Bumeddyen Fransadakı hadisələr zamanı adı şübhəlilər arasında ən çox hallandıran 4 nəfərdən biridir. Digər 3 nəfər girov götürdükdən sonra polis tərəfindən öldürüldüyü halda, Hayat Bumeddyenin taleyi ilə bağlı müəmma davam edir.

Bumeddyen haqda yazırdılar ki, yanvarın 8-də Parisin cənubunda qadın polisin qətlində iştirak edib. Yanvarın 9-da isə Parisdəki supermarketə hücum zamanı xəbər verilirdi ki, onlarla adamın girov götürülməsində Amedi Kulibali ilə birlikdə o da iştirak edib. Hətta CNN xəbər verirdi ki, polis mağazaya hücum edəndə Bumeddyen aradan çıxa bilib.

BFM televiziya kanalı isə polisin hər yerdə axtardığı gənc qadının yanvarın 2-də ölkəni tərk etdiyini və Madriddən İstanbula, oradan da Suriyaya keçdiyini bildirir. Bu ehtimalı Türkiyə, Suriya və Fransa mənbələri də dəstəkləyir.

Türkiyə xüsusi xidmət orqanlarının gənc qadının yanvarın 8-də Türkiyədən Suriyaya keçməsi barədə Fransa rəsmilərini məlumatlandırdığı da qeyd edilir.

Türkiyə mənbəyi bildirir ki, axtarışda olan qadının nişanlarına və zahiri görünüşünə uyğun şəxs İstanbula Madriddən gəlibmiş. Həmin mənbə bildirib ki, qadını bir kişi müşayiət edirmiş və onun yanvarın 9-u üçün dönüş bileti olsa da, o qayıtmayıb.

Türkiyə təhlükəsizlik qüvvələrinin yüksək vəzifəli rəsmisi bildirib ki, hazırda Ankara və Paris şübhəlinin yaxalanması üçün birgə tədbirlərə başlayıblar. Bununla belə, rəsmi təəssüflə bildirib ki, qadının İstanbula gəlməsi barədə əvvəlcədən onlara kəşfiyyat məlumatı verilməyib. "Fransızlar bizə xəbər verən kimi biz onun mobil telefonunda yanvarın 8-i üçün olan siqnalı tapdıq. Düşünürük ki, o artıq Suriyadadır, lakin bunu dəqiq təsdiq edə bilmirik», - deyib adının çəkilməsini istəməyən Türkiyə rəsmisi. O deyib ki, axtarılan qadın çox güman artıq Türkiyədə deyil.

AFP-ə açıqlama verən bir fransız polis nümayəndəsi Bumeddyenin Türkiyədə saxlanmamasının fransız kəşfiyyat xidmətinin səhvi olduğunu deyib. Onun sözlərinə görə, kəşfiyyat məlumatlarının paylaşılmaması və Parisin Ankaranı məlumatlandırmamasına görə şübhəli Türkiyədə saxlanmayıb. Gənc qadın 9 yanvar tarixi üçün İstanbul-Madrid dönüş bileti olmasına baxmayaraq, bu təyyarəyə minməyib.

Fransız xüsusi xidmət orqanlarına görə, gənc qadın polis əməliyyatı ilə öldürülən sevgilisinə terror hücumu hazırlamağa kömək edib.

Fransa mediası yazır ki, Bumeddyen ailədəki 7 övladdan biri olub və anasını uşaqkən itirib. Sifarişləri mənzillərə çatdırmaqla məşğul olan atası ailəsini çətinliklə dolandırırmış. Artıq yetkin yaşlarında İslamı qəbul etdikdən sonra qadın özünün kassir işini itirib və niqabı da bundan sonra geyinməyə başlayıb.

«Le Monde» qəzeti yazır ki, Hayat Bumeddyen 2009-cu ildə Amedi Kulibali adlı şəxslə kəbinli izdivaca girib. Fransanın rəsmi idarələri kəbin nikahlarını tanımır.

Onların hər ikisi 2010-cu ildə polis tərəfindən dindiriliblər. Amedi Kulibali 1995-ci ildə Paris nəqliyyatında dəhşətli terror aktı törədən şəxsi həbsxanadan qaçırmaq istəyərkən ələ keçmişdi.

Fransız prokuror Fransua Molins yəhudi marketini ələ keçirən silahlının, «Charlie Hebdo» jurnalına silahlı hücum edən Səid və Şərif Kuaşi qardaşları arasında yaxın əlaqə olduğunu bildirib və polis tərəfindən axtarılan 26 yaşlı Hayat Bumeddyenin, yenə polis əməliyyatı ilə öldürülən Şərif Kuaşinin sevgilisi Izzana Hamid ilə keçən il təxminən 500 dəfə telefonla danışdığını qeyd edib.

Hazırda təhlükəsizlik orqanları digər iki terrorçunun – Fransada doğulmuş Əlcəzair əsilli

Səid və Şərif Kuaşi qardaşların səyahət qadağanı siyahısında və polis müşahidəsində ola-ola "Charlie Hebdo” qətliamını necə törədə bildikləri sualına cavab axtarırlar.

Qardaşlardan biri ölümündən az əvvəl «Əl-Qaidə» təşkilatı tərəfindən maliyyələşdirildiklərini bildirdmişdi. Şərif Kuaşi Fransa telekanallarından birinə demişdi ki, o vaxtilə «Əl-Qaidə»nin Yəməndəki vaizlərindən Anvar əl Avlakidən də maliyyə dəstəyi alıb. «Əl-Qaidə»nin qüdrətli səfərbərçilərindən sayılan əl Avlaki 2011-ci ilin sentyabrında öldürülüb.

Kulibali də ölümündən əvvəl BFM-TV telekanalına zəng edərək İŞİD təşkilatının üzvü olduğunu deyib. O, fələstinlilərin müdafiəsi olduğu üçün yəhudiləri hədəflədiyini söyləyib.

Polis bildirir ki, adı çəkilən bütün şəxslərin Parisin şimalındakı gizli islamçı qruplaşmanın üzvü olduqları artıq müəyyən edilib.

Bu arada Fransa kəşfiyyatının Kuaşi qardaşlarını Yəməndə təlim keçdikləri vaxt təqib etdiyi, ancaq daha sonra yetərli qaynaqları olmadığına görə təqibi dayandırmaq məcburiyyətində qaldığı ortaya çıxıb. «Washington Post» qəzetinə görə, amerikalı rəsmilər fransız kəşfiyyatına 2011-ci ildə Yəməndə təlim keçən qardaşlar barədə məlumat verib, ancaq şübhəli davranışları müşahidə edilmədiyi üçün keçən yaz qardaşların izlənilməsi dayandırılıb.

Keçmiş kəşfiyyat rəsmisi Kristian Prouteau isə, "Bir seçim etmək məcburiyyətində idik. Suriyadan dönənlər bizim üçün daha böyük bir təhlükə yaradır" – deyə bildirib.

Amerikalı kəşfiyyat səlahiyyətliləri də bu açıqlamaları təsdiqləyir, Suriyaya çox sayda adamın gedib gəldiyini, buna görə təqibin də çətin olduğunu bildirirlər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ