Ukrayna baş naziri Rusiya ilə Almaniyanı üz-üzə qoydu, Moskva Berlinə nota verdi
.jpg?v=1520254601)
Rusiya, Ukrayna baş naziri Arseni Yatsenyukun Almaniyada bir televiziyaya verdiyi müsahibəyə görə Berlinə nota verib. Yatsenyuk İkinci Dünya Müharibəsində SSRİ-nin Almaniya və Ukraynanı işğal etdiyini iddia edib.
Baki-xeber.com xəbər verir ki, Rusiya xarici işlər nazirinin birinci müavini Vladimir Titov Ukrayna baş nazirinin sözlərinə görə, Almaniyadan rəsmi açıqlama gözlədiklərini bildirib. Rusiyalı diplomat, "Almaniyadan mövzu ilə əlaqədar rəsmi mövqeyini açıqlaması tələbilə Almaniya Xarici İşlər Nazirliyinə nota göndərdik. Ukrayna baş naziri Yatsenyuk sözləri ilə tarixi təhrif edib" - deyərək buna sərt reaksiya göstərib.
Rusiya parlamenti üst qanadı Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının başçısı Konstantin Kosaçev isə hadisəilə əlaqədar Avropa liderlərinin də öz rəsmi mövqelərini dilə gətirməsini və şərh verməsinin vacibliyini bildirib. Rus senator, "Bu faşizmin, nasizmin həyata keçirilməsi mənasını verir və döyüşdə ölənlərə, faşizmin qurbanlarına hörmətsizlikdir" – deyə bildirib.
Ukrayna baş nazirinin sözçüsü Olqa Lappo isə Yatsenyukun açıqlamalarını müdafiə edərək, sovetlərin döyüşdən sonra Almaniyanı ikiyə böldüyünü deyib.
Yatsenyuk, Almaniyanın ARD televiziyasına açıqlamasında, Sovetlər Birliyinin İkinci Dünya Müharibəsi zamanı Almaniya və Ukraynaya hücum etdiyini deyib və Moskva rəhbərliyinin bu gün də eyni şəkildə hücum niyyətində olduğunu bildirib. O, deyib ki, buna icazə verilməməlidir.