İngiltərə mətbuatında Rusiya prezidenti Vladimir Putinin İspaniyada lüks villa satın aldığı barədə xəbərlər yayılıb. Ancaq bu xəbər Kreml tərəfindən təkzib edilir.
Baki-xeber.com xəbər verir ki, Putinin sözçüsü Dmitri Peskov «Daily Mail» qəzetinin iddiasını "orijinal olmayan bir zarafat" kimi xarakterizə edərək, xəbəri təkzib edib.
Peskov, «Exo Moskvı» radiosuna açıqlamasında, "Xeyr, belə bir şey yoxdur. Bu, orijinal olmayan bir zarafatdır" – deyə bildirib.
«Daily Mail» qəzeti Putinin, İspaniyanın Marbella şəhəri yaxınlığında görkəmli bir malikanə satın aldığını iddia edir. İngilis qəzeti, helikopter meydançası, 22 avtomobil tutumu olan qarajı və şərab zirzəmiləri olan, dəniz mənzərəli malikanənin qiymətinin isə 15 milyon funt (təxminən 22 milyon dollar) olduğunu bildirir.