Sovetlər Birliyinin son lideri Mixail Qorbaçov son vaxtlar gümdəmdə olan Rusiya-Qərb gərginliyi ilə bağlı maraqlı açıqlamalar verib.
Baki-xeber.com xəbər verir ki, Qorbaçov Almaniyanın «Der Spiegel» jurnalına açıqlamasında, Rusiya və Qərb arasındakı gərginliyin nüvə müharibəsinə gətirib çıxara biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Rusiya və Avropa arasında Ukrayna böhranına görə yaranmış gərginliyin nüvə müharibəsinə çevrilə biləcəyini proqnozlaşdıran Qorbaçov, "Əgər bu gərgin vəziyyətdə bəzilərinin əsəbləri daha da atarsa önümüzdəki illərdə həyatda qalmarıq" –deyə bildirib.