Dünən Fransa polisi «Charlie Hebdo» dərgisinə silahlı hücum reallaşdırdığı iddia edilən əlcəzairli qardaşlara qarşı əməliyyat keçirdi. Fransaya 3 gündür kabus yaşadan Kuaşi qardaşları öldürüldü. Qadın girov də qurtarıldı. Hücumları isə «Əl Qaidə»nin Ərəb Yarımadasındakı qolu üzərinə götürdü.
Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yəmən «Əl Qaidə»sinin sözçüsü Haris en-Nezari bununla bağlı internetdə yaydığı videoda bildirir ki, "Ey fransızlar, əvvəlcə siz müsəlmanlara qarşı hücumları dayandırın. Vallah, Allaha və müsəlmanlara qarşı savaşdığınız müddətcə güvəndə olmayacaqsınız".
Allahın əsgərlərinin onlara ədəb və ifadə azadlığının sərhədini başa saldığını deyən Haris en-Nezari, "Allahın Rəsuluna kömək etməyəcəyini zənn etdilər və Allahın hökmündən əmin olduqlarını hesab etdilər. Allah onlara heç gözləmədiklərini möminlərinin əli ilə verdi" - deyə bildirib.
O, Fransanın dinlərə meydan oxuduğunu və möminlərlə döyüşdüyünü bildirib.
Haris en-Nezari çıxışında təcavüzkarlara "Ey mücahidlər üzümüzü ağartdınız. Əllərinizə sağlış, kaş ki sizinlə birlikdə olsaydım" deyə səslənib.