Rusiya ordusunun zabiti və Donbasdaki Rusiyameylli terrorçuların keçmiş başçısı İqor Girkin (Strelkov), Rusiyanı başını quma gömməməyə və Ukraynada döyüşdüyünü qəbul etməyə çağırıb.
Baki-xeber.com xəbər verir ki, separatçı «Anna-News» televiziya kanalına danışan Girkin, "Biz artıq döyüşürük. Uzun müddət başımızı quma basdıra bilərik. Lakin könüllü əsgər göndərən, silah və sursat verən ölkə döyüşən ölkədir" – deyə bildirib.
"Biz çox qəribə döyüşürük. Düşməni kömür və elektriklə təmin edirik" - deyən Girkin bir vaxtlar Bosniyada da eyni vəziyyətin olduğunu bildirib.