Bazar günü günü, 29 noyabr 2026
     

"The Hill": Ermənistanın ağılsız siyasəti öz xalqının maraqlarına ziddir

Image


"Ermənistan hökuməti özünün ağılsız siyasəti ilə öz xalqının maraqlarına ziyan vurur". Bu fikir müxtəlif ölkələrin hökumətləri ilə işləyən "Tool Shed Group" məsləhət firmasının rəhbəri, Los-Ancelesdə yerləşən Amerika Yəhudi Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəhbəri Ceyson Katsın "The Hill" qəzetində dərc olunan məqaləsindəndir.

Trend-in məlumatına görə, məqalədə deyilir ki, dünyada Cənubi Qafqaz kimi ümumilikdə uğurlu, sabit və inamla Qərbə yönəlmiş regionlar azdır. Ermənistan istisna olmaqla, Cənubi Qafqaz ölkələri dünyada ən çiçəklənən dövlətlər və ən nüfuzlu və zəngin postsovet respublikalarıdır.

Müəllif xatırladır ki, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyənin bir hissəsinin daxil olduğu Cənubi Qafqaz regionu enerjidaşıyıcılarla zəngindir və qısamüddətli perspektivdə və gələcəkdə Avropaya təbii qaz tədarükünün zəruri və real alternativ mənbəyidir. Və bu, Rusiyanın hərbi və xarici siyasətindən asılı olan təbii qazın qarma-qarışıq ixracına qarşıdır.

C.Katsın yazdığı kimi, bu yaxınlarda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Türkiyənin şimal-şərqindəki Qars vilayətində regional əməkdaşlığı müzakirə etmək üçün görüşüblər. Bu, artıq Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Tamar Beruçaşvili və Mövlüd Çavuşoğlunun üçtərəfli formatda dördüncü görüşü idi.

Müəllif yazır ki, regional inkişaf, energetika və regionun ümumi çiçəklənməsi haqqında bütün görüşlərdə və danışıqlarda Cənubi Qafqaz ölkələrindən öz-özünü regionun çiçəklənən ölkələrinin siyahısından çıxaran yalnız Ermənistan iştirak etmir.

Onun sözlərinə görə, Ermənistan suverenlikdən tam imtina tələb edən tamamilə başqa yol seçib: "Cənubi Qafqazın digər xalqlarının ölkələri çiçəklənməyə aparan müstəqil xarici və iqtisadi siyasət yürütməyə başladıqları və davam etdirdikləri halda Ermənistan getdikcə daha çox Rusiya Federasiyasının vassalına çevrilir ki, bu da Ermənistan xalqının maraqlarına tam ziddir".

Müəllifin sözlərinə görə, Ermənistanın sərhədləri və hava məkanına Moskva nəzarət edir. Bundan başqa, Ermənistanda Rusiyanın hərbi bazaları yerləşir və bu yaxınlarda imzalanan müqavilələr həmin bazaların 2044-cü ilədək orada qalmasını nəzərdə tutur. Bu yaxınlarda DTK-nın varisi Rusiya FTX özünün formal xarici dövlət olan Ermənistandakı fəaliyyəti barədə məlumat dərc edib. Cənubi Qafqazın və digər qonşu ölkələrin Avropa İttifaqı ilə daha sıx əlaqələr qurmağa can atdıqları halda Ermənistan Avrasiya İttifaqına qoşulmağı qərara alıb.

Müəllif yazır: "Ermənistan hətta 2014-cü ildə BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı səs verən Şimali Koreya, Suriya, Sudan və digər dövlətlərə qoşulub. Bütün bunlar millətin yoxsullaşması və ölkədə ağır iqtisadi situasiyaya görə ermənilərin başqa ölkələrə kütləvi axını nəticəsində əhalinin sayının güclü şəkildə azalması fonunda edilir".

Bununla yanaşı, C.Katsın fikrincə, Ermənistanın çiçəklənməyə doğru yolu çox sadədir: Rusiyanın qandallarından, Azərbaycanla münaqişədən qurtulmaq və yenə də Ermənistan xalqının xeyrinə olan gələcəyi qəbul etmək.

Müəllif xatırladır ki, Sovet İttifaqının süqutu ərəfəsindən Azərbaycan və Ermənistan Azərbaycan torpaqları – Dağlıq Qarabağ və ona bitişik rayonlar uğrunda müharibə aparır.

Məqalədə deyilir: "Dağlıq Qarabağda və ona bitişik regionlarda azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmələrdən sonra Azərbaycanın bir milyon qaçqın ordusu yarandı. Orada öz ikinci dövlətinin əsasını qoymağa çalışan Ermənistan özü bu işğal edilmiş əraziləri tanımır. Müharibənin gedişində Türkiyə Azərbaycanla həmrəylik əlaməti olaraq Ermənistanla öz sərhədlərini bağladı. 20 ildən çox zaman keçdikdən sonra bütün region çiçəkləndi, lakin Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir və beləliklə, işlərə qatılmır".

Qeyd olunur ki, Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin görüşünün yekunu üzrə birgə mətbuat konfransında çıxış edən türkiyəli nazir Mövlud Çavuşoqlu dedi ki, Türkiyə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. O, əlavə edib ki, həmçinin Ermənistanın əməkdaşlığa başlayacağına ümid edir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov vurğuladı ki, indiyə qədər Azərbaycan və Ermənistan arasındakı problemlər həll edilməyib. Münaqişənin həllinin əsasında beynəlxalq sazişlər dayanmalıdır.

Müəllif hesab edir ki, Ermənistan rəhbərliyi suverenliyini və öz xalqının yaşamaq qabiliyyətini saxlamaqla öz-özünə kömək etməlidir: "Həmçinin Ermənistanın azərbaycanlıların öz torpaqlarına və öz evlərinə qayıdacaqları və etnik ermənilərin qorunacağı, onların Azərbaycanın istənilən vətəndaşına veriləcək hüquqlara malik olacaqları barədə möhkəm saziş olduğu halda, Azərbaycanın işğal edilmiş torpaqlarını qaytarması vacibdir və yenidən ümumi sərhədləri açmaq üçün sonra Türkiyə ilə işə başlamaq lazımdır. Əgər Birinci Dünya müharibəsinin gedişində baş verən hadisələr bu cür danışıqlar üçün əngəldirsə, onda məhkəməni və həmin hadisələri araşdıran alimləri cəlb etməklə müvafiq razılığa gəlmək lazımdır; daha sonra Gürcüstanla, Azərbaycan və Türkiyə ilə münasibətlərin və əlaqələrin bərpası üzərində işləmək lazımdır; erməni diasporunu Birinci Dünya müharibəsi və Dağlı Qarabağ hadisələri ilə bağlı məsələlərdə lobbiçiliyə sərf olunan əhəmiyyətli pul vəsaitlərindən Ermənistanın iqtisadi dirçəlişi üçün istifadəyə məcbur etmək lazımdır".

Müəllifin yazdığı kimi, bütün bu addımlardan sonra Ermənistan regional inkişaf üzrə danışıqlara başlamalı, mövcud və gələcək layihələrin oyunçusuna çevrilməlidir.

Məqalədə deyilir: "Azərbaycan, Gürcüstan və Türkiyə bu dondurulmuş münaqişənin həlli, regional inkişaf və inteqrasiyanın genişləndirilməsi və dəstəklənməsi üçün açıqdır. Ermənistan bundan yalnız udacaq".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ