Fransa prezidenti Fransua Olland ölkəsində terror aktlarının davam edə biləcəyini istisna etməyib. APA-nın "Sabah”a istinadən verdiyi məlumata görə, "Charlie Hebdo” jurnalının redaksiyasına terror hücumunda şübhəli bilinən şəxslərin saxlanılması məqsədi ilə keçirilən əməliyyata rəhbərlik edən F. Olland Fransanın sülhü möhkəmləndirmək istəyən bir ölkə olduğunu vurğulayıb.
"Hücum edən şəxslər hələ tutulmayıb, əməliyyat davam edir. Hazırda əlimizdən gələn edirik, ölkəmizi qorumağa çalışırıq”, - deyə Fransa prezidenti qeyd edib.