Bazar günü günü, 29 noyabr 2026
     

Əli Həsənov: Azərbaycan istəyir ki, onun milli iradəsinə və beynəlxalq hüquq normalarına uyğun siyasətinə hörmətlə yanaşılsın - MÜSAHİBƏ

Image


Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Bloomberg” agentliyinə müsahibə verib. Trend müsahibənin tam mətnini təqdim edir.

- Hörmətli Əli müəllim, Azərbaycan-ABŞ münasibətlərində son zamanlar yaranmış gərginliyi nə ilə izah edərdiniz? Kimdir günahkar (əgər belə demək mümkündürsə)?

- Azərbaycan Respublikasının xarici siyasəti bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimad, beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulmuşdur. Azərbaycan bütün ölkələrlə, o cümlədən Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq və artıq formalaşmış tərəfdaşlıq münasibətlərini məhz bu prinsiplər əsasında həyata keçirir. Tarixə nəzər salaraq, əminliklə qeyd edə bilərik ki, ABŞ-Azərbaycan əlaqələrinin inkişafında bu və ya digər qlobal geosiyasi, geoiqtisadi və hərbi-geostrateji məsələlərə yanaşmada, Xəzərin alternativ enerji resurslarını dövriyyəyə buraxması və üçüncü minillikdə Qərbin enerji təhlükəsizliyinin təmin olunması kimi məsələlərdə üst-üstə düşən mövqelər böyük rol oynamışdır. Məhz Azərbaycan Xəzər regionunu Qərbin üzünə açmış, ABŞ və Avropanın nəhəng neft şirkətlərinin Xəzər dənizinin karbohidrogen ehtiyatlarının hasilatı və ixracında iştirakını təmin etmişdir. Azərbaycan 1994-cü ildə NATO-nun "Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmuş, Kosovo, İraq və Əfqanıstan kimi qaynar nöqtələrdə bu qurumun sülhyaratma missiyasında fəal iştirak etmişdir. Prezident Heydər Əliyev 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktına çevik reaksiya verən, bu aktı birmənalı pisləyən ilk dünya prezidentlərindən biri olmuş və öz ölkəsinin münasibətini ortaya qoymuşdur. Azərbaycan demokratiya yolu ilə inamla irəliləyən modern müsəlman ölkəsi kimi Qərb institutları ilə daim yaxından əməkdaşlıq etmiş, Avropa Şurasına daxil olmuş, Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramına qoşulmuş, vətəndaş cəmiyyəti institutlarının, müstəqil medianın inkişafına, insan hüquq və azadlıqlarının təmin olunmasına hərtərəfli dövlət dəstəyi göstərmişdir. Məntiqlə yanaşsaq, hesab etmək olar ki, bütün bunlar ABŞ-Azərbaycan əlaqələrini sonrakı dövrdə də hər iki xalqın və dövlətin maraqları nəzərə alınmaqla, qarşılıqlı hörmət və səmimi tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirməlidir.

Ancaq təəssüf ki, son illər ABŞ-ın bəzi dairələri, xüsusən bir sıra qeyri-hökumət təşkilatları, media və ayrı-ayrı "ekspertlər” Azərbaycana qarşı qeyri-sağlam, tərəfdaşlıq münasibətlərinin ruhuna zidd olan "qara piar” kampaniyası həyata keçirirlər. Bu kampaniyanın məntiqini, məqsədini, hədəflərini anlamaq və izah etmək çətin olsa da, onun ikitərəfli münasibətlərə mənfi təsir göstərdiyi aydın görünür. Üstəlik, ABŞ Dövlət Departamentindəki bəzi məmurlar da hərdən anlaşılmaz açıqlamalar verərək, Azərbaycan ictimaiyyətini çaşdırır və müvafiq olaraq iki ölkə arasındakı konstruktiv münasibətlərə xələl gətirirlər.

- Razısınızmı ki, münasibətlər heç vaxt indiki kimi gərgin olmayıb?

- Düşünmürəm ki, ABŞ-ın bəzi keçmiş uğursuz məmurlarının hazırda "ekspert” qismində tez-tez ona-buna, o cümlədən beynəlxalq hüququn subyekti olan müstəqil dövlətlərə ağıl öyrətməyə çalışması, yaxud bu və ya digər hüquqa zidd çağırışlar etməsi, müvafiq olaraq qarşı tərəfin də onlara adekvat cavab verməsi iki ölkə arasındakı dərin tərəfdaşlıq münasibətlərini gərginləşdirmək gücündədir. Azərbaycanla ABŞ arasındakı dövlətlərarası münasibətlər həm tərəflərin milli maraqları baxımından, həm də qlobal beynəlxalq müstəvidə üst-üstə düşür və tərəfdaşlıq xarakteri daşıyır. Hazırda iki ölkə arasında münasibətlər ümumi maraq kəsb edən əsas məsələlər üzrə, o cümlədən qlobal transmilli müstəvidə əməkdaşlıq və tərəfdaşlıq istiqamətində davam etdirilir, qarşılıqlı təmaslar intensivdir. Düşünürəm ki, ölkələrimiz arasında münasibətlərin gələcək tendensiyasını da məhz bu amillər müəyyən edəcək. Odur ki, bu tipli bədbin yanaşma ilə ABŞ-Azərbaycan dövlətlərarası münasibətlərini xarakterizə etmək yanlışdır.

- Azərbaycan hökumətinin ABŞ-dan əsas gözləntiləri nədir? Əsas narazılıq yaradan səbəblər hansılardır?

- ABŞ dünyanın ən nəhəng dövlətidir, qlobal proseslərə ciddi təsir imkanlarına malikdir, Azərbaycan isə keçən 23 ildə uğurlu daxili və xarici siyasət nəticəsində milli çərçivədən çıxaraq regional və beynəlxalq arenada öz mövqeyi ilə seçilən ölkəyə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev istəyir ki, bütün dünya ölkələri onun ölkəsinin milli iradəsinə və beynəlxalq hüquq normalarına uyğun siyasətinə hörmətlə yanaşsınlar. Belə münasibəti Azərbaycan ilk növbədə qlobal dünya siyasətini formalaşdıran BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən - ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa kimi ölkələrdən, habelə İran, Türkiyə və s. kimi qonşu və tərəfdaş dövlətlərdən gözləyir. Çünki bizim ölkənin özü bütün dünya dövlətlərinə, onların milli maraqlarına və müstəqil iradəsinə məhz bu səpgidən yanaşır. Azərbaycan istəyir ki, onu istədikləri kimi deyil, olduğu kimi qəbul etsinlər. Ona görə də bəzi dairələr başa düşməlidir ki, Azərbaycan müstəqil ölkə kimi xarici siyasətində daim öz milli maraqlarını rəhbər tutmuş, heç vaxt təzyiq və təhdid cəhdlərini qəbul etməmiş və gələcəkdə də etməyəcək. İkitərəfli əlaqələr kimlərinsə öz dominantlıq iddialarını reallaşdırmaq istəyi üzərində deyil, ümumi maraqlar, bərabərhüquqlu əməkdaşlıq, bir birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilə bilər. Azərbaycanı "satellit”, yaxud forpost dövlət kimi görmək istəyənlər nə qədər tez bu fikirlərindən əl çəksələr, bir o qədər ölkəmizlə yaxın dost ola bilərlər.

- Doğrudanmı siz düşünürsüz ki, ABŞ hökuməti Azərbaycanda hakimiyyət dəyişikliyi istəyir və ya özünün "beşinci kolonu” vasitəsilə buna nail olmağa çalışır?

- Təəssüf ki, müasir dövrdə bəzi beynəlxalq qüvvələr demokratiya prinsiplərinin təşviqi adı altında hansısa "siyasət laboratoriyalarında” hazırlanmış standart proqramlarla müstəqil dövlətlərin daxili işlərinə müdaxilələr edir, bu ölkələrin rəsmi dövlət siyasətini və ictimai prosesləri nəzarətə götürməyə, belə demək mümkünsə, yönəltməyə, idarə etməyə çalışırlar. Bir müddət bundan əvvəl Şərqi Avropada tətbiq olunan bu ssenari sonrakı mərhələdə postsovet məkanını və Yaxın Şərqi əhatə etmişdir. Nəticələr heç də hər yerdə eyni dərəcədə "ürəkaçan” olmamışdır. Belə müdaxilələr bir çox ölkələrdə ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaş qarşıdurmasına, iqtisadi tənəzzülə, sosial kataklizmlərə yol açmışdır. Bəzi faktlar analoji ssenarinin Azərbaycanda da həyata keçirilməsi üçün müəyyən planların qurulduğu fikrinə gəlməyə əsas yaradır. Bununla yanaşı, mən belə cəhdləri birbaşa ABŞ Prezidenti və onun Administrasiyası ilə əlaqələndirmək istəməzdim. Çünki istər Prezident B.Obama, istərsə də ABŞ-ın digər yüksək səviyyəli rəsmi şəxsləri müxtəlif vaxtlarda Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verdiklərini və bu məqsədlə Azərbaycanın hazırkı prezidenti İlham Əliyevlə, onun rəhbərlik etdiyi iqtidarla işləmək arzusunda olduqlarını ifadə etmişlər. Biz bu fikirlərin səmimiliyinə inanırıq...

- ABŞ-ın "Sülh Korpusu” bu ildən Azərbaycanı tərk etdi. "Azadlıq” radiosunun Bakı ofisinin qapısı möhürləndi. ABŞ-ın maliyyələşdirdiyi Media Forum saytı fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bütün bunları, bəzilərinin dediyi kimi, "anti-Amerikan siyasətinin” nəticəsi saymaq olarmı?

- Təəssüf ki, media bir çox hallarda "bəzilərinin” süni şəkildə siyasiləşdirilmiş, qeyri-obyektiv və qərəzli iddialarına həddən artıq böyük önəm verir və onun əsasında da ümumi tendensiyaları müəyyənləşdirməyə çalışır. Azərbaycanın Baş Prokurorluğunun məlumatında göstərilmişdir ki, "Azadlıq” radiosunun Bakı ofisinin maliyyə fəaliyyəti şəffaf deyil. Buna görə də prokurorluqda "radio vasitəsilə böyük məbləğdə vəsaitlərin mənimsənilməsi və yuyulması şübhəsi” yaranmışdır. Bunun üçün prokurorluq müvafiq araşdırma aparmış və əməkdaşların sorğulanmasını həyata keçirmişdir.

O ki, qaldı Media Forum saytının fəaliyyətinə, bunun nə dövlətlə, nə də ki, hansısa dövlət orqanı ilə heç bir əlaqəsi yoxdur. Belə xəbər portallarının sayı Azərbaycanda yüzlərlədir.

"Sülh Korpusu”nun fəaliyyətinə gəldikdə, qeyd etmək istəyirəm ki, bu qurum 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş və düşünürük ki, öz missiyasını yerinə yetirmişdir. Hesab edirik ki, bundan sonrakı dövrdə bizdə "Sülh Korpusu”nun belə fəaliyyətinə ciddi ehtiyac qalmamışdır. Azərbaycan hökuməti həm də hesab edir ki, ABŞ kimi fövqəldövlətin başını belə xırda məsələlərlə məşğul etmək olmaz. Bu dövlətin qlobal səviyyədə məşğul olacağı çoxsaylı transmilli problemlər, beynəlxalq və regional konfliktlər və s. məsələlər olduğu halda, onun diqqətini "Sülh Korpusu” kimi lokal məşğuliyyətlə məhdudlaşdırmaq düzgün deyil.

- "Azadlıq” radiosunun Bakı ofisi öz fəaliyyətini davam etdirə biləcəkmi?

- Azərbaycanda xarici KİV-lərin nümayəndəlikləri və ya əməkdaşları öz nizamnamələri, Azərbaycan qanunları və akkreditasiya qaydaları əsasında fəaliyyət göstərirlər. Müvafiq dövlət orqanları bu sahədə qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət funksiyasını həyata keçir və əgər pozuntu halları müşahidə olunursa, hüquqi ölçü götürürlər. Bu onların birbaşa vəzifəsidir. "Azadlıq” radiosunun Azərbaycanda yerli tezliyi mövcud deyildi və internet radiosu kimi fəaliyyət göstərirdi. Radio öz nizamnaməsinə uyğun olaraq internet müstəvisində fəaliyyətini indiyə qədər davam etdirdiyi kimi, hazırda da davam etdirir və bundan sonra da yəqin ki, etdirəcəkdir. Sadəcə, Azərbaycanda akkreditasiyadan keçmək və yerli ofis açmaq üçün dövlətin qayda-qanununa əməl etmək tələb olunur. Təbii ki, burada "Azadlıq” radiosunun qanunlar çərçivəsində işləyib-işləməməsinə dair istintaq araşdırmasının nəticəsi də öz rolunu oynayacaq.

- ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, Dövlət katibi Con Kerri dekabrın 21-də Prezident İlham Əliyevə zəng edib. Bu telefon danışığının detalları haqda mətbuata heç nə deyilməyib. Kerri Prezident Əliyevə nə üçün zəng etmişdi? Maraqlıdır ki, bu telefon danışığından beş gün sonra "Azadlıq” radiosunun Bakı ofisi qapadıldı.

- Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Con Kerri ilə telefon danışığında, fikrimcə, ilk növbədə ikitərəfli münasibətlər, ümumi maraq kəsb edən aktual məsələlər müzakirə olunub. Qeyd edim ki, belə təmaslar Azərbaycan və ABŞ rəhbərləri arasında həmişə olmuşdur və cənab Kerrinin telefon zəngi də bu baxımdan istisna xarakter daşımır və hüquq mühafizə orqanlarının "Azadlıq” radiosunun Bakı ofisində həyata keçirdiyi axtarışla heç bir əlaqəsi yoxdur.

- ABŞ-la münasibətlərin pisləşməsi fonunda Rusiya ilə əlaqələrimiz inkişaf edir. Demək olarmı ki, Azərbaycan artıq öz strateji seçimini edib və indi Rusiyanın yanındadır?

- Artıq qeyd etdiyim kimi, Azərbaycan öz xarici siyasətini hansısa dövlətlərin, güc mərkəzlərinin maraqları üzərində deyil, öz milli maraqları çərçivəsində, öz milli iradəsinə uyğun həyata keçirir. Hansısa dövlətlə dost olmaq üçün digəri ilə düşmən olmaq və ya əksinə, Azərbaycana xas olan xüsusiyyət deyil. İşğalçı Ermənistan rəhbərlərindən fərqli olaraq, Prezident İlham Əliyev həmişə müstəqil siyasət yürüdüb və yürütməkdə də davam edir. Azərbaycanın ABŞ, Rusiya, İran, Avropanın əksər önəmli ölkələri və ya digər dövlətlərlə əlaqələri onun milli maraqlarına əsasən qurulur və ardıcıl olaraq da həyata keçirilir. Azərbaycan bütün dünya və region ölkələri, o cümlədən həm ABŞ, həm də Rusiya ilə ənənəvi əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin qorunub saxlanmasında maraqlıdır. Bu siyasət heç bir halda digər ölkələrə qarşı yönəlməyib.

- Heç kimə sirr deyil ki, Ermənistan məhz Rusiyanın hərbi-siyasi dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edib və bu işğalı davam etdirməkdədir. Rusiya ilə yaxınlaşma Azərbaycana öz torpaqlarını geri qaytarmağa kömək edəcəkmi?

- Azərbaycan 20 ildən artıqdır ki, torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, son iki yüz ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasəti törədildiyini, bizə məxsus milli mədəni abidələrin məhv edildiyini bütün dünyaya bəyan edir və beynəlxalq müdiriyyəti, dünyada söz sahibi olan fövqəldövlətləri bu problemin beynəlxalq hüquq normaları, BMT-nin məlum 4 qətnaməsi əsasında həllinə yardım göstərməyə çağırır. Ancaq hər dəfə ABŞ, Fransa və Rusiyanın təmsil olunduğu ATƏT-in Minsk qrupu problemin konstruktiv həllini tərəflərin üzərinə ataraq işğalın ömrünü uzadırlar. BMT-nin sanksiyaları, yaxud adı keçən böyük ölkələrin iradəsi əsasında İraq, Liviya və digər ölkələr dərhal havadan bombardman edilir, Ukraynada olduğu kimi separatçı rejimlərə qarşı sanksiyalar tətbiq olunur, amma işğalçı Ermənistan və separatçı Dağlıq Qarabağ rejiminə qarşı heç bir təsirli beynəlxalq tədbir görülmür. Əksinə, bu rejimə çox vaxt himayədarlıq edilir. Məgər ABŞ hökuməti Dağlıq Qarabağdakı separatçı rejimə hər il 10 milyon dollar vəsait ayırmır? Yaxud separatçıların ABŞ və Avropa ölkələrindəki "nümayəndəliyinin” fəaliyyətinə şərait yaradılmır? Nəyə görə bu rejimin başçılarının ABŞ-da, Fransada marafon keçirib pul yığmasına mane olmurlar? Bəli, bütün bunlar dünyada ikili standartların, ayrı-seçkiliyin, ədalətsizliyin bariz nümunələridir. Kimlərsə silahla, kimlərsə də maliyyə yardımı və susqunluqları ilə işğalçılara və separatçılara dəstək göstərir, bu isə, təbii ki, beynəlxalq hüququn iflic olmasına birbaşa dəstəkdir. Bu anlamda, hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli BMT və onun Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin birbaşa öhdəliyi və vəzifəsidir. Bu problem ABŞ, Rusiya və Fransanın ümumi səyləri nəticəsində həll oluna bilər və həll olunmalıdır. Biz bütün həmsədr dövlətlərlə münasibətlərin inkişafında maraqlıyıq.

- Sonda ABŞ-Azərbaycan münasibətlərinin perspektivini necə qiymətləndirərdiniz?

- Yalnız müsbət. Ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial vardır. Əminik ki, ABŞ və Avropadakı bəzi dairələrin iki ölkə arasındakı münasibətləri pozmaq cəhdləri heç bir nəticə verməyəcək. Düşünürük ki, onların sözçüsü rolunda çıxış edərək reallıq hissini itirmiş Dövlət Departamentinin sabiq əməkdaşlarının, keçmiş səfirlərin və "ekspertlərin” Azərbaycana qarşı qərəzli bəyanatları Amerikanın həm rəsmi dairələri, həm də ictimaiyyəti tərəfindən ciddi qarşılanmır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ