İsrail qondarma "erməni soyqırım”ını tanımaq niyyətində deyil. Bu barədə Trend-ə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz bəzi İsrail siyasətçilərinin hökuməti qondarma "erməni soyqrımı”nı tanımağa çağırmasına münasibət bildirərkən deyib.
Səfir bildirib ki, İsrail demokratik ölkədir və hər kəsin bir deyil, bir neçə fikri ola bilər: "Hər bir insanın fərdi fikirləri var. Ancaq hökumətin aydın mövqeyi mövcuddur. Bu məsələyə gəlincə isə İsrail heç vaxt bunu tanımayacaq və tanımaq niyyətində də deyil”.
R.Harpaz əlavə edib ki, İsrailin xarici işlər naziri Adviqor Liberman da hökumətin bu mövqeyini əvvəllər də bəyan edib.