Parisin 11-ci dairəsində yerləşən "Charlie Hebdo" satirik nəşrinin ofisi atəşə tutulub. Naməlum şəxslər ofisin binasına avtomat silahlardan atəş açıblar. Onların 3 nəfər olduğu bildirilir. Hadisə nəticəsində 12 nəfər ölüb, 5-i ağır 10 nəfər xəsarət alıb. Ölənlərin ikisi polisdir.
Hücumdan 1 saat əvvəl
Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Charlie Hebdo" uğradığı silahlı hücumdan bir saat əvvəl, yerli saatla 11.28-də İŞİD lideri Əbubəkr Əl Bağdadi ilə bağlı bir tweet paylaşıb. Jurnal, Twitterdən paylaşdığı mesajında Bağdadinin karikaturası ilə birlikdə "Bağdadinin də istəyi: Hər şeydən əvvəl səhiyyə" ifadələrinə yer verib.
"Bizimkilər etmiş ola bilər "
Qanlı hücumdan sonra İŞİD-ə bağlı sayt hadisə ilə bağlı açıqlama yayıb: Açıqlamada, "İslam Dövlətinin Fransa vətəndaşı olan mücahidləri, müxtəlif videolarla fransızları hicrət etməyə çağırmış, hicrət edə bilməyənləri də Fransa daxilində hücumlar təşkil etməyə təşviq etmişlər. Fransa İslam Dövlətinə qarşı hücumlar təşkil edən səlib koalisiyasının fəal üzvüdür. Jurnala qarşı hücumu İslam Dövləti tərəfdarlarının etmiş olması ehtimalı var, hadisə çox yeni olduğu üçün hələ dəqiq məlumat yoxdur" – deyə bildirilir.