Dekabr ayında iki şirkəti aldatmaqda günahlandırılaraq ev həbsinə məhkum edilən Rusiyanın müxalif liderlərindən Aleksey Navalnıy cəzasına etiraz edərək elektron qandalları kəsib.
Baki-xeber.com xəbər verir ki, Navalnıy kəsdiyi qandalların şəkilini Twitterdə paylaşıb.
Elektron qandalları mətbəx bıçağı ilə kəsərkən çətinlik çəkdiyini deyən Navalnıy, bir yerə getməyəcəyini, yalnız evindən işinə, işindən də evinə gedəcəyini bildirib.
Rusiya Federal Penitensiar Xidməti (FSIN) də Navalniyın ev həbsi ilə əlaqədar qaydaları pozduğunu təsdiqləyib. Navalniya ev həbs cəzası verən Moskva Zamoskvoretskiy Məhkəməsi FSIN-ə lazımlı tədbirlərin görülməsi üçün müraciət edib.