"Biz Azərbaycan Xalq Cəbhəsi Partiyasını real müxalifət qüvvəsi hesab edirik”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.
O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən müəyyən siyasi partiyalara müttəfiqliklə bağlı təkliflər göndəriləcək və Xalq Cəbhəsi Partiyasına da bu istiqamətdə əməkdaşlıq təklif olunacaq: "Ancaq təklifin formasını müəyyən müddətdən sonra müəyyənləşdirəcəyik”.