Bazar günü günü, 29 noyabr 2026
     

Qərb və Rusiya hərbi güclərini bu dəfə Baltikyanı ölkələrdə sınayır

Image


Qərb və Rusiya arasında siyasi, iqtisadi müstəvidə getdikcə dərinləşən qarşıdurmanın cari il ərzində daha da şiddətlənməsi gözlənir. Proseslərin gedişi göstərir ki, ABŞ və Avropa hələlik sanksiyalar yolu ilə Moskvanı diz çökdürməyə çalışır. Almaniyanın vitse-kansleri Siqmar Qabriel bununla bağlı bildirir ki, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi sabitliyi pozaraq ölkədə xaos yarada bilər: "Biz Rusiyanı diz çökdürməyə yox, Ukraynadakı münaqişəni tənzimləməyə kömək etməyə çalışırıq".
Qabriel "Bild am Sonntag" qəzetinə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin Avropa üçün təhlükə yaratdığını deyib: "Sanksiyaları istəyənlər nəticədə Avropa üçün daha təhlükəli vəziyyət yaradacaqlar. Bəziləri Rusiyanı diz çökmüş görmək istərdi, lakin bu, Almaniya və ümumilikdə Avropa maraqlarına cavab vermir". Siqmar Qabrielin bu mövqeyinə baxmayaraq, Avropanın əksər ölkələrində, eləcə də ABŞ-da Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq olunması geniş müzakirə olunur.
Bunun əvəzində Rusiya Avropaya daha çox hərbi güc nümayiş etdirir. Xüsusən də Baltikyanı ölkələrlə bağlı bu məsələ özünü qabarıq formada büruzə verir. Əvvəlki kimi
Rusiyanın strateji bombardmançı təyyarələri Baltikyanı ölkələrin sərhədləri boyu uçuşlar keçirir. Elə bir müddət öncə Latviyanın hava hücumundan müdafiə qüvvələri ölkənin hava sərhədlərinə yaxın uçan 4 rus ağır bombardmançı təyyarəsini qeydə alıb. Məlumata görə, təyyarələrdən ikisi qanadlı raketlər daşıya bilən "Tu-95", ikisi isə strateji bombardmançı "Tu-22" olub. Rusiya bombardmançıları bir müddət Latviyanın hava sərhədlərinə yaxın uçuşlar keçirdikdən sonra ərazidən uzaqlaşıb. Belə bir vaxtda isə İtaliyanın "Corriere della Sera" qəzeti maraqlı bir məlumatla çıxış edib. Qəzet iddia edir ki, Rusiya "Aland adaları arxipelaqında yerləşən bəzi adaları ələ keçirməyə hazırlaşır. O da bildirilir ki, Aland adaları arxipelaqında yerləşən hətta iki adanın ələ keçirilməsi Rusiyaya Baltik Avropasının bütün ərazisinə nəzarət etməyə imkan verəcək. Finlandiyanın Xarici İşləri İnstitutunun aparıcı strateq-analitiklərindən biri olan Çarli Salonius-Pasternak da bu mövqeyi təsdiqləyir. Qeyd edək ki, Aland adaları Finlandiyanın muxtar regionudur. Təxminən 25 min sakini olan adalar İsveç sahilindən 50, Finlandiya sahilindən 70, Rusiyadan isə 1141 kilometr uzaqlıqda yerləşir. Aland adaları çar dövründə Rusiyaya məxsus olub, lakin sonradan Finlandiyaya verilib. Məsələni aktuallaşdıran digər məqam isə Rusiyanın aqressiv davranışlarıdır. Litvalı hərbçi Aurimas Navis iddia edir ki, Rusiya faktiki olaraq artıq Baltika ölkələrinə qarşı müharibə aparır: "Müharibə yalnız Ukraynada getmir. Müharibə həm də Baltikyanı ölkələrdə gedir. Əlbəttə, bu bizim görməyə öyrəşdiyimiz müharibə deyil, müharibə dənizdə və yaxud torpaqda deyil, informasiya məkanında gedir". Onun sözlərinə görə, qan tökmədən Krımın zəbt edilməsi ssenarisi Baltikyanı ölkələrdə də təkrarlana bilər: "Rusiya nə edir? O, cəmiyyəti elə hazırlayır ki, sonradan ordunu daxil etmək üçün kifayət qədər əsasları olsun. İnformasiya müharibəsinin hədəfi cəmiyyətin müqavimət göstərmək arzusunu sındırmaqdır".
Xatırladaq ki, Rusiyanın Baltikyanı ölkələri də Krım kimi ələ keçirə biləcəyi ilə bağlı iddialar ötən ildən aktiv şəkildə müzakirə mövzusudur. Bundan ehtiyatlanan NATO bölgəyə əlavə hərbi qüvvələr cəmləşdirir. O da vurğulanır ki, bundan sonra da NATO Ukrayna və Krımdakı hadisələrlə əlaqədar Baltikyanı ölkələrdə əlavə hərbi kontingent yerləşdirə bilər. Qeyd olunur ki, NATO kollektiv müdafiənin genişləndirilməsi üçün bütün mümkün tədbirləri nəzərdən keçirir. Buraya müdafiə sahəsindəki planların inkişafı, təlimlərin keçirilməsi və digər məsələlər daxildir. Ötən ilin ortalarından isə NATO Baltikyanı ölkələrin müdafiəsinə cəlb edilən qırıcıların sayını üç dəfə artırıb. Estoniya, Latviya və Litvanın qorunması üçün Polşa, Böyük Britaniya və Danimarka Hərbi Hava Qüvvələri 12 təyyarə göndərib. Ötən ilin sonunda isə ABŞ prezidenti Barak Obama Rusiyanın Ukraynaya müdaxiləsini ölkənin ərazi bütövlüyünün pozulması aktı kimi qınayaraq, Baltikyanı ölkələri NATO-nun onları Moskvanın hər hansı bir təcavüzü qarşısında müdafiə edəcəyinə əmin edib. Obama deyib ki, Estoniya, Litva və Latviya əvvəllər Moskvanın xeyrinə öz müstəqilliklərini itirmişdi, lakin NATO buna bir daha imkan verməyəcək. Bütün bunlar isə Rusiya - Qərb qarşıdurmasının Baltikyanı ölkələrin ərazisində də davam edəcəyini göstərir.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ